reklam
Regionxeberlericom.az » Siyasət » Türkiyə bu məsələ üçün səfərbər oldu: Konqresdəki dostlar hərəkətə keçdi

reklam

Türkiyə bu məsələ üçün səfərbər oldu: Konqresdəki dostlar hərəkətə keçdi
















BŞ-da Türkiyənin maraqlarını və nüfuzunu qoruyan şəxs hərəkətə keçib. ABŞ Konqresində təsirli inandırma bacarığı və uğurları ilə tanınan Robert Lyuis Türkiyənin qarşısında ən böyük maneə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri ilə əlaqə saxlayıb. Prioritet F-16 satışını təsdiqləməkdir.

Publika.az xəbər verir ki, qlobal kəşfiyyat nəşri "Intelligence Online" (IO) Türkiyənin ABŞ Konqresi və Vaşinqton siyasət səhnəsində öz təsirini səfərbər etdiyini qeyd edib. IO-nun Konqresdəki mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyənin ABŞ-da maraqlarını təmsil edən ən böyük şirkətlərdən biri olan “The Van Aucker Group” xüsusilə F-16-ların satışı ilə bağlı yaranmış düyünü həll etmək üçün hərəkətə keçib.

Şirkət tezliklə ABŞ-ın xarici və hərbi siyasətini birbaşa müəyyən edən Senatın Xarici Əlaqələr Komissiyası və Silahlı Qüvvələr Komissiyasının üzvləri ilə görüşlər keçirməyi planlaşdırır. Şirkətin baş direktoru Robert Lyuis şəxsən hərəkətə keçib, bir çox Konqres üzvləri ilə əlaqə saxlayıb və danışıqlara başlayıb.














Ankaranın əsas tələbi F-16 döyüş təyyarələrinin Türkiyəyə satışını təsdiqləməkdir. Bu tələb demokrat senator Bob Menendezin ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri olduğu müddətdə yerinə yetirilməyib.




















ABŞ Ədliyyə Nazirliyinin qeydlərinə görə, Konqresin hər iki palatasının (Senat və Nümayəndələr Palatasının) əsas simaları da daxil olmaqla 271 nəfər Türkiyənin ABŞ-da maraqlarını, diskursunu və nüfuzunu qorumaq üçün fəaliyyətlərini davam etdirir.

Qeyd edək ki, Robert Lyuis ABŞ-ın nüfuzlu nəşri olan "WealthManagement" tərəfindən ölkənin ən nüfuzlu 10 adamından biri seçilib.




Paylaş:


Müəllif : Tarix:
28-12-2023, 11:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər