“Putin Ukraynada atəşi dayandırmağa hazır olduğunu bildirdi” – NYT
“Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin sentyabrından başlayaraq müxtəlif diplomatik kanallar vasitəsilə Ukraynada atəşkəslə bağlı danışıqlara başlamağa hazır olduğuna işarə edir”.
Bu barədə Amerikanın “The New York Times” qəzeti Kremlə yaxın iki keçmiş yüksək rütbəli rusiyalı məmura, həmçinin ABŞ və digər ölkələrin rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Putin vasitəçilər vasitəsilə hazırkı sərhədlər daxilində atəşi dayandırmağa və hərbi əməliyyatları dondurmağa hazır olduğunu çatdırıb.
Amerika rəsmiləri iddia edirlər ki, Vladimir Putin artıq 2022-ci ilin payızında, Ukrayna qoşunları Xarkov və Xerson vilayətlərindəki əraziləri azad edəndə atəşkəslə bağlı oxşar təkliflə çıxış edib. Mənbələr Putinin Rusiyanın ələ keçirdiyi əraziləri saxlayacağı təqdirdə atəşkəsə hazır olduğunu açıq şəkildə ifadə etdiyini bildirib.
Nəşrin qeyd etdiyi kimi, Ukraynanın yeni təkliflə razılaşacağına dair heç nə yoxdur, çünki rəsmi Kiyev bundan əvvəl işğal olunmuş bütün əraziləri qaytarmaq niyyətində olduğunu açıq şəkildə bildirib. Amerika rəsmiləri hesab edirlər ki, Putin onları çaşdırmağa çalışır. Keçmiş Rusiya rəsmiləri etiraf ediblər ki, Rusiya ordusu uğur qazanarsa, Putin fikrini dəyişə bilər.
ABŞ rəsmilərinin fikrincə, Putinin təklifi Ukraynanı paytaxtı Kiyev olan suveren dövlət kimi qoruyub saxlayacaq, lakin Rusiya ələ keçirilən Ukrayna ərazisinin demək olar ki, 20%-ni özündə saxlayacaq. Mənbələr bildirir ki, Putin sövdələşməyə hazır olduğunu bildirərkən, daha konkret təklif gözləyir. Amerika rəsmilərinin fikrincə, indi heç bir tanınmış ukraynalı siyasətçi Rusiyanın bu qədər Ukrayna ərazisini alması ilə nəticələnəcək razılaşmaya razı olmayacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The New York Times” qəzetinə açıqlamasında deyib ki, təqdim edilən tezislər konseptual baxımdan yanlışdır:
“Putin həqiqətən də danışıqlara hazırdır və bu barədə danışıb. Lakin yalnız öz məqsədlərinə çatmağa hazırdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2023, 20:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |