Deputat Patruşevin Bakı səfərini ŞƏRH ETDİ: - “Məqsəd Paşinyanı aşağılamaq idi”
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri bəzi ekspertlərin iddia etdikləri kimi "gözlənilməz" yox, əksinə gözlənilən idi. Həm də kiber xarakterli bir çox artan qlobal risq və təhdidlər var ki, burada Azərbaycanla Rusiyaının intensiv, sıx, kordinasiyalı əməkdaşlığı son dərəcə önəmli, eyni zamanda da hər iki tərəf üçün faydalıdır.
Fikrimcə, bu səfərdə İran ətrafında artan gərginlik, avqustda üçlü format çərçivəsində keçirilməsi planlaşdırılsa da, elə o üzdən təxirə salınan Moskva zirvəsi və Dağlıq Qarabağ danışıqlarının Ermənistanın baş naziri Nikol Paşinyanın populist, populist olduğu qədər də məsuliyyətsiz açıqlamaları nəticəsində dalana dirənməsi məsələləri də diqqət mərkəzində idi.
Sonuncunun üzərində ayrıca dayanmaq istərdim. Artıq bəllidir ki, həmsədr dövlətlər Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşlərini hazırlayırlar. Amma Moskva da yaxşı fərqindədir ki, Ermənistanın rəhbəliyinin son açıqlamalarından sonra onlarla danışıqlar masası arxasına əyləşmək, yumşaq desək, anlamsız təsir bağışlayır. Moskva onun da yaxşı fərqindədir ki, bu isə gec-tez regionda savaşla nəticələncək.
Yəqin bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinin adından Robert Köçəryana göndərilən təbrik məktubunda onun "regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində yetərincə töhvə verməsi"nin də vurğulandığına diqqət yetirənlər oldu.
Keçən dəfə də bildirmişdim, indi də təkrar edirəm ki, bu məktubun göndərildiyi adam Köçəryan olsa da, orada hədəf Nikol Paşinyan idi. Məişətdə olduğu kimi diplomatiyada da bəzən belə fəndlərə əl atılır. Yəni birini tərifləyərəkən orada əsas məqsəd heç də onu göylərə qaldırmaq yox, həmən təriflənənin rəqibini yerinı dibinə soxmaq olur. Bu baxımdan Köçəryana göndərilən məktubda da fikrimcə, məqsəd onu tərifləməkdən çox Paşinyanı aşağılamaq idi.
Və həmən məktubda əgər Köçəryan kimi bizim yaxşı tanıdığımız quzğun birinin "regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində yetərincə töhvə verməsi" qabardılırsa, bu, daha çox o deməkdir ki, Nikol Paşinyan öz hərəkətləriylə regiondakı təhlükəsizlik və sabitliyi təhdid altına alır.
Belə düşünürəm ki, Patruşev Azərbaycan Pezidentinin qəbulunda olarkən bu reallğa da toxunulub və onun nədən qaynaqlandığına (Nikol Paşinyanın xarakterindən irəli gəldiyinə, yoxsa müəyyən çevrələrin diqtəsiylə bunu etdiyinə) da aydınlıq gətirilib.
Patruşevin bu səfərindən sonra ola da bilsin ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin planlaşdırılan görüşləri baş tutsun. Yüksək səviyyəli görüşə gəldikdə onun baş tutacağı açığı bu gün elə də real görünmür. Həm də o səbəbdən görünmür ki, Ermənistanda yaxın zamanlarda böyük toqquşmaların olacağı və Paşinyanın necə gəlmişdisə, o cür də hakimiyyətdən gedəcəyi istisna edilmir.
Hər halda, Putinin Köçəryana məktubundan dərhal sonra hazırda Dağlıq Qarabağdakı haylar arasında ən çox sözünün kəsəri olan adamlardan biri, oradakı uydurma rejimin "təhlükəsizlik şurasının" keçmiş katibi, "general" Vitali Balasanyanın hərəkətə keçərək Nikol Paşinyanı dövlət çevirilişində suçlandırması elə-belə deyil.
Məncə, artıq strat verilib, amma danışıqlara yox, Ermənistanda yeni hakimiyyət dəyişikliyinə.
Sahib Alıyev,
Milli Məclisin üzvü //modern.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2019, 14:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2019, 14:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti