Bölgədə gərginlik pik həddə - “Qoşunlar Xankəndiyə yeridilə bilər”
Ermənistan Baş naziri Nikol Paşinyan Araik Arutyunyanın “istefa”sından sonra Xankəndidə yeni “rejim”in formalaşmasını istəmir.
Regionxeberlericom.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr iddia edir ki, Qarabağın dağlıq hissəsindəki gəlişmələr Ermənistan hakimiyyəti arasında panikaya səbəb olub: “Onlar buradakı əlaltıları vasitəsilə prosesləri idarə etməyə, xüsusən də fikir ayrılıqlarına səbəb olmağa və “rejim dəyişikliyi”nin qarşısını almağa çalışırlar”.
“Hraparak” qeyd edir ki, Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan kimi separatçılar Samvel Şahramanyanın “rejimin başı”na keçməsini istəyir, Ermənistan Baş naziri Nikol Paşinyan isə Samvel Babayan vasitəsilə bunun qarşısını almağa çalışır.
Ermənistan rəhbərliyinin narahatlığına gəlincə, qəzet bildirir:
“Heç kimə sirr deyil ki, Nikol Paşinyan Qarabağ məsələsini başağrısı hesab edir və bu yükdən qurtulmaq üçün hər şeyi edir. Hətta bu məqsədlə Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü də tanıyıb. Müharibədən sonra üç il ərzində aparılan siyasət durumu bu nöqtəyə çatdırdı. İndi də hakimiyyətin təbliğat maşını Bakının yüklərin Ağdam-Xankəndi yolu ilə qəbul edilməsi tələbinin yerinə yetirilməsini Qarabağ ermənilərinin burada yaşamaları üçün ilkin şərt hesab edir”.
Nəşr vurğulayır ki, İrəvan Arutyunyanın “istefa”sını revanşistlərin - Bako Saakyan, Arkadi Qukasyan, Ruben Varandyan və Serj Sərkisyaın “qələbə”si hesab edir.
Məqalədə qeyd olunur ki, Paşinyan Babayan vasitəsilə separatçılar arasındakı xaosu dərinləşdirməyə və iğtişaş yaratmağa çalışır. Erməni qəzeti iddia edir ki, gərginliyin gedişatına uyğun olaraq, sabitlik və təhlükəsizliyi təmin etmək məqsədilə Azərbaycan qoşunları Xankəndiyə yeridilə bilər. Mənbə mövcud xaotik – qarşıdurmaya yol aça biləcək durumun buna zəmin yaratdığını iddia edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-09-2023, 12:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər