“Böyük yeddilik”: İran nüvə silahına malik olmamalıdır
Fransanın Biarritz şəhərində keçirilən “Böyük yeddilik” sammitində iştirak edən ölkələrin liderləri İranın nüvə silahına malik olmaması ilə bağlı vahid mövqe ortaya qoyublar.
APA-nın məlumatına görə, bu barədə “Kiodo” agentliyi məlumat yayıb.
Sammit iştirakçıları Yaxın Şərq regionunda sülh və təhlükəsizliyin qorunmasına kömək etmək niyyətində olduqlarını bildiriblər.
Qeyd edək ki, Fransanın Biarritz şəhərində “Böyük yeddilik” sammitinin rəsmi açılışı olub. Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderləri işgüzar şam yeməyində iştirak ediblər. Sammitin ilk rəsmi tədbirində Avropa Şurasının rəhbəri Donald Tusk da iştirak edib. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sammitdə beynəlxalq böhranların nizama salınması, ticarət mübahisələri üzrə gərginliyin azaldılması və Amazon meşələrində yanğınla bağlı vəziyyət müzakirə olunacaq. Liderlərin zirvə görüşünün əsas mövzusu isə müxtəlif ayrı-seçkilik və qeyri-bərabərlik təzahürlərinə qarşı mübarizə tədbirləri olacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-08-2019, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-08-2019, 10:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti