Ermənistan odla oynayır: Sülhə daha bir atəş! - Hərbi əməliyyatlar BAŞLAYACAQ?
Təxribatçı Ermənistanın budəfəki hədəfi Laçın-Xankəndi yolundakı nəzarət-buraxılış məntəqəsi olub. İyunun 15-də Ermənistan ərazisindən sərhəd-buraxılış məntəqəsinə atəş açılıb. Nəticədə məntəqədə xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Təxribat hadisəsi Azərbaycan əsgəri körpünün başındakı dirəyə üçrəngli bayrağımızı asmaq istəyərkən baş verib. Bunun ardınca əraziyə rus sülhməramlıları gəliblər və onların müşayiəti ilə bayrağımız qaldırılıb. Ermənilər rus sülhməramlıların müşayiəti ilə Azərbaycan bayrağı qaldırılmaq üçün gətirilərkən də atəş açıblar. Yəni sərhədçilərimizlə bərabər sülhməramlıları da atəşə tutublar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Təxribatdan dərhal sonra təhlükəsizlik məqsədilə Laçın postundan gediş-gəliş müvəqqəti məhdudlaşdırılıb və nəqliyyat vasitələrinin keçməsinə icazə verilməyib. Rusiya teleqram kanallarında ermənilərə qarşı kəskin münasibət göstərilib. “Kremlyovskaya praçka” kanalı qeyd edib ki, bu dəfə ermənilər daha irəli gediblər: "Azərbaycan xalqının Milli Qurtuluş Günündə öz ərazilərində bayraq sancan sərhədçilərini müşayiət edən Rusiya sülhməramlılarına atəş açmaq qərarına gəliblər. Sual yaranır: “atəş” əmrini verən erməni ordusunun rəhbərində hər şey qaydasındadırmı?". Kanal qeyd edib ki, buradakı problem təkcə “zehni gerilik” deyil, həm də erməni tərəfinin vəziyyəti məqsədyönlü gərginləşdirməsidir: “Guya, “Avropadan olan tərəfdaşlar” sülhməramlı vəzifələrin öhdəsindən daha yaxşı gələcəklər. İrəvan Qərbin vassallığına imza ataraq, odla oynayır". Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Qərbi günahlandırıb. Onun sözlərinə görə, Avropa İttifaqının müşahidə missiyası bölgədə təhlükəsizliyi, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsə riayət edilməsini təmin edə bilmir. Rusiyalı politoloq Sergey Markov deyib ki, Ermənistan ötən gün açdığı atəşə görə günahını etiraf edib, günahkarları cəzalandırana qədər Laçın yolundakı keçid məntəqəsi fəaliyyət göstərməyəcək. Humanitar təyinatlılardan başqa, insan və digər yüklər Ermənistandan Qarabağa keçirilməyəcək: “Ermənilərin Azərbaycan hərbçiləri və Rusiya sülhməramlıları istiqamətində necə atəş açmağa başladığının videosu var. Paradoksal olaraq bu videonu erməni tərəfi yayıb. Azərbaycan hazırda insidentlə bağlı öz ərazisində araşdırma aparır. Ermənistanda isə ötən gün AB-dən bütöv bir müşahidəçilər ordusu sərhədə doğru irəliləyib və onlar İrəvanın haqlı olduğunu israrla bəyan edirlər. Bu, Paşinyanı radikal mövqeyə sövq edir. Yol işləməsə, bu, hərbi toqquşmalara və yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər”. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistanın təxribatının məqsədi sərhəd-buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Amerika şərti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır. Onun sözlərinə görə, Vaşinqton hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırır: "İnanırıq ki, razılaşma hələ də əldə edilə bilər və irəli getmək üçün hər iki tərəflə görüşməyi səbirsizliklə gözləyirik”.
Hərbi polisin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın "Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" açıqlamasından sonra ruspərəst qüvvələr və separatçılar hərəkətə keçdilər. Hərbi ekspertin sözlərinə görə, Qarabağdakı separatçılar özlərinin "tərəf" kimi qəbul olunmasını, Ruben Vardanyan isə erməniləri Azərbaycanla müharibəyə çağırdı: "Bu proses təxminən bir aydır davam edir. Ermənilər "təsərrüfat" adı altında səngərlər qazır, mühəndis-istehkam işləri aparırlar. Ermənistanda Paşinyana tabe olmayan qüvvələr var. Hətta ordu daxilində hökumət başçısını dinləməyənlər, təlimatı başqa yerdən qalanlar mövcuddur. Bilirsiz ki, Seyran Ohanyan uzun müddət Ermənistanın müdafiə naziri olub. Ordunun zabit heyətinin 30 faizi "Qarabağ klanı"na tabedir, onlardan təşkil edilib. Şübhə etmirəm ki, ermənilərin təxribatlarında birbaşa rusların rolu və dəstəyi var. Baxmayaraq ki, Moskva Ukrayna ilə müharibə aparır və ağır zərbələr alır, amma Qarabağda da öz işini görür və mütəmadi təxribatlara əl atır. Sülhməramlıların gözü qarşısında, özü də snayperlərdən istifadə etməklə təxribat törədilməsi o anlama gəlir ki, atəşin açılması sıradan hadisə deyil və məqsədyönlü planlaşdırılmış təxribatdır. Azərbaycan Silahlı Qüvvələri qəti tədbirlər görməlidir. Hərbi əməliyyatlara başlamaq lazımdır. İlk növbədə Qarabağ ərazisindəki separatçı qüvvələrin qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirilməlidir. Üçtərəfli bəyanatın 4-cü bəndində göstərilib ki, rus sülhməramlıları Azərbaycan ərazisinə daxil olduğu andan qanunsuz silahlı dəstələr torpaqlarımızı tərk etməlidir. 3 ilə yaxın zaman keçsə də, Rusiyanın qarant olmasına rəğmən, bəyanatın sözügedən bəndi icra olunmayıb. Bu da Azərbaycan tərəfinə səlahiyyət verir ki, əgər qarant ölkə öz öhdəliyini icra etmirsə, ərazimizdəki problemi özümüz həll edək. Öz ərazilərimizdə antiterror əməliyyatı, yaxud xüsusi əməliyyat keçirə bilərik".
Polkovnik vurğulayıb ki, təxribatın Rusiya sülhməramlı kontingentinin gözü qarşısında olması ilk növbədə Moskvaya "minus"dur: "Deməli, ruslar bölgədə təhlükəsizliyi təmin edə bilmir, hətta əksinə, gərginliyin qalmasında maraqlı tərəfdir: "Rusiya tərəfi gərginliyi daha da artırmağa çalışacaq. Hətta lokal toqquşmalar da mümkündür. Lokal toqquşmaların müharibəyə çevrilmə ehtimalı da var. Zəngilanda qısamüddətli də olsa müharibə oldu, düşmənlərimiz minaatanlardan, PUA-lardan istifadə etdi. Bunlar məsafəsinə və fəsadına görə ağır silahlar sayılır. Bütün bu gərginliyi artıran Rusiyadır. ABŞ rəsmisinin "Qarabağdakı erməni icması Azərbaycanla danışıqlar aparmalı və tələblərini yerinə yetirməlidir" sözündən sonra Rusiyanın cavabı gecikmədi. Kreml bunun "mümkünsüz" olduğunu vurğuladı. Bu, bir daha göstərir ki, Rusiya Cənubi Qafqazda sülhün tərəfdarı deyil".
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2023, 18:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər