Ermənistanda əsir götürülən əsgərimizə AĞIR CƏZA
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirov 11,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Sputnik Armenia”ya istinadən xəbər verir.
Aqşin Bəbirov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurdu.
Əsirlikdə olan digər hərbçimiz Hüseyn Axundovla bağlı istintaq davam edir.
Qeyd edək ki, bu ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-05-2023, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-05-2023, 17:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti