ABŞ Maduronu bu yolla devirəcək – Politoloqdan şok
ABŞ-ın bütün diplomatlarını Venesueladan çıxarması olduqca təhlükəli bir tendensiyadan xəbər verir. Bu o deməkdir ki, Venesuelada qarşıdurma olacaq və silahlar işə düşəcək.
Bu sözləri açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Venesuela müxalifətinin lideri Xuan Quaido Maduro rejiminə qarşı Karakasda böyük mitinqlər təşkil edəcək:
“Silahlı Qüvvələrin müəyyən hissəsi Maduroya tabe olduğundan, o, mitinqləri yatırmaq üçün atəş əmri verə, bununla da ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər. Maduro silah tətbiq etsə, ABŞ dərhal bu ölkəyə qoşun yeridəcək. Çünki ABŞ dəfələrlə Maduroya təklif edib ki, ya dinc şəkildə əhalinin rəyinə uyğun olaraq yenidən prezident seçkiləri elan etsin, ya da ölkəni tərk etsin. Artıq dünyanın böyük hissəsi müxalifətin lideri Xuan Quaidonu keçici prezident kimi tanıyıb. Zənnimcə, Venesueladakı hadisələr uzandıqca ölkədə gərginlik artır, ciddi ərzaq qıtlığı yaşanır, infeksion xəstəliklər yayılır. Venesuelanı bu xaosdan çıxarmaq üçün mütləq legitim hakimiyyət strukturları formalaşdırılmalı, idarəçilik yaxşılaşdırılmalı, embarqolar aradan qaldırılmalı, neft satışı qaydaya salınmalı, bir sözlə, iqtisadiyyat canlanmalıdır”.
Q.Hüseynli bu mənada hesab edir ki, amerikalı diplomatların Venesueladan çıxarılması artıq Maduro rejiminin sona çatmasına bir işarədir:
“ABŞ Maduronu Venesuela xalqının öz əli ilə devirməyə çalışacaq. Mümkün qarışıqlıq fonunda ABŞ-ın bu və ya digər formada Venesuelaya hərbi müdaxiləsi də istisna olunmur”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo bütün amerikalı diplomatların bu gün Venesuelanı tərk etdiyini açıqlayıb.
Onun bundan öncə Venesuelada ABŞ diplomatlarının mövcudluğunun ABŞ-ın bu ölkə ilə bağlı siyasətini məhdudlaşdırdığına dair fikri isə birmənalı qarşılanmayıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-03-2019, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-03-2019, 09:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01