Ukraynada siyasi savaş qızışır: kim qalib gələcək?
Ukraynada builki prezident seçkilərində Pyotr Poroşenkonun siyasi gələcəyi dəyişəcək, çünki ona qarşı narazılıqlar durmadan artır.
Bu sözləri Ukraynada yaxınlaşan prezident seçkisi ilə bağlı danışan “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspertin sözlərinə görə, Ukraynada seçkilərin nəticələri daha çox Qərbin kimi dəstəkləyəcəyindən asılı olacaq:
“Düzdür, Pyotr Poroşenkonun güclü maliyyə resursları var, lakin son zamanlar ona qarşı narazılıqlar artır. Bu mənada Ukraynada prezident seçkilərində Poroşenkonun siyasi gələcəyi dəyişəcək. Çünki onun prezident olma ehtimalı o qədər də güclü deyil. Yuliya Timoşenko isə uzun müddətdir siyasətdədir və dəstəkçiləri var. Prezidentlik uğrunda əsas mübarizə üç namizəd arasında getsə də, seçki zamanı gedişat dəyişə bilər. Belə ki, Yuliya Timoşenko və Vladimir Zelenski Poroşenkoya qarşı birləşə bilər. Bu fonda Ukraynada hakimiyyətə yeni bir ismin gəlmə ehtimalı daha yüksəkdir. Bu şəxs isə Vladimir Zelenskidir”.
Politoloq İlqar Vəlizadə də Vladimir Zelenskinin digər namizədlərdən daha şanslı olduğunu düşünür:
“Çünki bu şəxs rəqiblərindən 10 faiz öndədir. Onun dəstəkçisi isə Poroşenkonun ən qatı düşməni olan oliqarx Kolomoyskidir. Bu fonda seçkilərin olduqca gərgin keçəcəyi indidən bəllidir. Poroşenko ilk turda qalib gəlməsə, növbəti turda bütün inzibati və maliyyə resurslarını işə salacaq. Timoşenkoya gəlincə isə Rusiyanın onu dəstəkləyəcəyini düşünmürəm”.
Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, Poroşenko prezident seçkisinin ikinci turuna keçmək üçün bütün imkanlarını səfərbər etsə də, onun komandası laxlayır:
“Poroşenko prezident olduğu illərdə iqtisadiyyatda və sosial problemlərin həllində uğur qazanmayıb. Ancaq Zelenski və ya Timoşekonun prezident seçilməsi də Ukraynanı ağ günə çıxarmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, Ukrayna siyasi baxımdan rəngarəng ölkədir, Şərqin bir hissəsi Moskvaya ümidlə baxır, paytaxt və qərb bölgələri isə Avropanı seçir. İkisi arasındakı baxışlarda böyük uçurum var. Üstəlik, Ukraynanın sənayesi dağılıb və onu yenidən bərpa etmək problematikdir. Subyektiv səbəb isə odur ki, ölkədə siyasi sistemi oliqarxlar nəzarətdə saxlayır”.
O bildirib ki, buna görə də Ukraynanı dirçəltmək üçün kənar yatırımlara ehtiyac var:
“Ayrılan milyardlar Ukraynanın köklü problemlərini həll etmədi. Ona görə də heç bir dövlət və beynəlxalq maliyyə institutu Ukraynaya yatırım etmək istəmir. Bu səbəbdən Ukraynanın istənilən prezidenti Poroşenkonun üzləşdiyi eyni çətinliklərlə qarşılaşacaq və onları həll etməkdə “sehrli çubuğa” malik olmayacaq”.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-03-2019, 09:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-03-2019, 09:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01