Yaponiya hökuməti istefa verdi
Bu gün Yaponiya hökuməti tam tərkibdə istefa verib.
Bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin Nazirlər Kabinetinin növbədənkənar iclası yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 06:30) başlayıb. Baş nazir Fumio Kisidanın rəhbərliyi ilə Yaponiya hökumətinin yeni tərkibinin tezliklə məlum olacağı gözlənilir.
İlkin olaraq Kabinet dəyişikliyi sentyabrın əvvəlində nəzərdə tutulmuşdu, lakin Kisida yeni kapitalizm iqtisadi konsepsiyasının təşviqini sürətləndirmək planları, ərzaq və yanacağın artması ilə əlaqədar tədbirlər görmək zərurəti səbəbindən bunu indi etmək qərarına gəlib.
Qeyd edək ki, Yaponiya hökumətinin hazırki tərkibi 2021-ci il oktyabrın 4-də Kisida Baş nazir postunu tutduğu zaman formalaşıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-08-2022, 08:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-08-2022, 08:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26