Gürcüstanın azərbaycanlı deputatlarından ETİRAZ: - “Putin düşmən olsa da, ailəsi toxunulmazdır”
İyulun 8-nə keçən gecə gürcüstanlı jurnalist Georgi Qabuniyanın efirdə Putini təhqir etməsi böyük qalmaqal yaradıb. “P.S.” proqramının aparıcısı verilişin başlanğıcından Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, ona qarşı müxtəlif təhqiramiz ifadələr səsləndirib.
“Rustavi 2” kanalında yayımlanan verlişə görə etirazçılar televiziyanın binasını mühasirəyə alıb kəskin etiraz da etdilər. Kanal bir neçə saat fəaliyyətini dayandırsa da hazırda yenidən öz işinə davam edir.
Maraqlı hal ondan ibarətdir ki, kanal rəhbəri Nika Qvaramiya efirdə səsləndirilən bu cür təhqirdən sonra hakimiyyəti jurnalistləri müdafiə etməyə çağırıb.
“Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev Modern.az-a açıqlamasında bildirib ki, baş verən hadisə müxalifətin növbəti təxribatı kimi qiymətləndirilməlidir.
“Rusiyanın Gürcüstan torpaqlarını işğalı, Rusiya nümayəndəsi olan deputatın Gürcüstan parlamentində əyləşməsi xaqlın haqlı etirazına səbəb oldu. Lakin müxalifət bundan öz çirkin əməllərini həyata keçirmək üçün istifadə etdi. O cümlədən, Gürcüstan parlamentinin zorla tutulması, konustitusiya quruluşunun dəyişdirilməsi addımı mahiyyət etibarilə dövlət çevrilişinə cəhd idi. Düzdür, indi aksiyalar davam edir, lakin orada çox az sayda insan iştirak edir. Jurnalistin efirdən istənilən şəxsə o cür müraciət etməsi nə əxlaq nə də mənəviyyata sığan bir haldır. Məsələnin digər tərəfi var. Belə ki, bu hal ölkənin təhlükəsizliyi, Rusiyada yaşayan yüz minlərlə gürcüstanlı üçün təhdiddir. Belə görünür ki, bu yaxşı düşünülmüş ssenarinin növbəti halqasıdır. Müxalifətin praktikası ondan ibarətdir ki, biz Putini müdafiə edək və bizi Putinin müdafiəçisi, ruspərəst kimi təqdim etsinlər. Birmənalı olaraq da biz bunu qınayırıq. Çünki yaşanan hal ölkənin milli maraqlarına, təhlükəsizliyinə böyük qəsdlər doğurur, xüsusilə ölkənin xarici təhlükəsizlik risklərini daha da artırır. Bu cür ifadələrin efirdə işlədilməsi yolverilməzdir, xüsusilə də jurnalist xartiyasına sığmayan bir hərəkətdir. Məsələyə siyasi qiymət verəndə düşünülmüş, təxribata hesablanmış növbəti bir addım kimi qiymətləndirirəm. Bu, iyun ayında baş baş tutmayan dövlət çevrilişi üçün onların qisasıdır. Mahiyyət etibarilə “Rustavi 2” kanalı vahid milli hərəkatın, Saakaşvilinin kanalıdır. Bu kanal və müxalifət öz ölkəsinə müharibə elan edib”.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyir ki, Georgi Qabuniyanın bu hərəkəti nə Gürcüstan vətəndaşına, nə də jurnalistə yaraşan haldır.
“Düşmən olsa belə, bir insanın şəxsiyyəti, ailəsi toxunulmazdır. Bu cür təhqiri həm bizim komanda, həm də sıravi vətəndaşlar pis hal kimin qarşıladı. Düzdür, kanal rəhbərliyi üzr istədi amma üzr istəməklə mövcud durumu düzəltmək olmaz. Fikrimcə bu dövlət rəhbərliyi tərəfindən komanda və televiziyaya qarşı qurulmuş bir təxribat idi. Çünki uzun zamandır ki, “Rustavi 2” kanalının bağlamaq istəyirlər. Çünki kanal dövlətə qarşı müxalif mövqedə dayanır. Bu gün ölkədəki problemləri açıq aşkar yayımlayır ki, bu da təbii olaraq dövlətin maraqlarına uyğun gəlmir. İllərlə kanalın fəaliyyətinə son qoymaq istəsələr də buna nail ola bilməyiblər. İkinci bir ehtimal da ola bilər. Bildiyiniz kimi hər axşam ölkədə mitinqlər təşkil olunur və Daxili İşlər Nazirliyinin istefası tələb edilir. Dövlət diqqəti başqa istiqamətə yönəltmək üçün də bu addımı ata bilər. Hazırda ölkədə işsizlik, larinin dəyərini itirməsi kimi böyük problemlər var. Bu problemləri başqa istiqamətə yönəltmək istəyi də ola bilər .Hansısa dövlətin də bu msələdə maraqları ola bilər. Xüsusilə Ermənistan Gürcüstanda qeyri-stabil vəziyyətin yaranmasını istəyir. Bununla da o üçüncü bir dövlət kimi özünü önə atmaq və rusiyalı turistləri cəlb etmək niyyətindədir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2019, 17:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-07-2019, 17:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti