reklam
Regionxeberlericom.az » Siyasət » "Lukaşenkonun başı işləmir, Ukraynaya qarşı müharibəyə qoşula bilər" - Politoloqdan İLGİNC AÇIQLAMA

reklam

"Lukaşenkonun başı işləmir, Ukraynaya qarşı müharibəyə qoşula bilər" - Politoloqdan İLGİNC AÇIQLAMA















Ukrayna Müdafiə Nazirliyi Rusiya-Ukrayna müharibəsinin 28-ci günü ilə bağlı son məlumatları yayıb. Məlumata görə, Rusiya son 24 saat ərzində Ukraynaya raket zərbələri endirməkdə davam edib. Məlumatda o da qeyd olunur ki, Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanılır.

Maraqlıdır, Ukrayna ilə sərhədə hərbi texnikanın toplanması əslində nədən xəbər verir? Belarusun Rusiya-Ukrayna müharibəsinə qatılma ehtimalı varmı?

Mövzu ilə bağlı danışan politoloq Qabil Hüseynli bildirib ki, Belarusun başı normal işləməyən və prosesləri başa düşməyən bir rəhbəri var. Belarus Prezidenti Alkesandr Lukaşenko Rusiyanın oyuncağına çevrilib. Putin onun üstünə qışqıran kimi qorxusundan hər şey edir. Amma Lukaşenko hakimiyyətdən getmək istəmir. Əslində Belarusun bu müharibəyə qoşulması gələcəkdə Belarus xalqının üzünə gün doğmasına gətirib çıxara bilər. Aleksandr Lukaşenko istəyirsə, müharibəyə qoşula bilər. Amma bu müharibəyə qatılmaq ona baha başa gələ bilər. Çünki müharibənin nəticələri nə Rusiya üçün, nə də Belarus üçün heç də xoş olmayacaq. İndiki halda Belarusun müharibəyə qoşulma ehtimalı var. Çünki qeyd etdiyim ki, ölkə prezidenti Putinin təlimatlarına uyğun hərəkət edir. Lakin Belarusun müharibəyə qoşulub-qoşulmayacağı və proseslərin necə cərəyan edəcəyi haqqında indidən dəqiq fikir və proqnoz vemrək çətindir”.




Paylaş:


Müəllif : Tarix:
23-03-2022, 15:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər