Əliyevdən İrəvana Moskva ultimatumu - ermənilər üçün “öldürücü” 5 bənd
Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsi şübhəsiz, kapitulyant ölkənin Moskva üçün strateji dəyərini bir az da azaldacaq. Məsələ ondadır ki, rəsmi Kreml bu sənədlə bölgədə “iki stul” siyasəti aparan və çoxdan onun üçün “qulpsuz çamadan”a çevrilən Ermənistana deyil, daha çox Azərbaycana güvəndiyini ortaya qoymuş oldu. Moskva bəyannaməsinin İrəvanda doğurduğu təlaşın əsas səbəbi burada axtarıla bilər (artıq Kremlin ünvanına “xəyanətkar”, “satqın” ittihamları başlayıb).
“DNR” və “LNR”in tanınması isə Ermənistanı ikiqat qəliz və uğursuz duruma salıb. Çünki İrəvan bir yandan bu separatçı qurumların tanınmasına “artsax” kontekstində sevinirsə, o biri yandan həmin qurumları tanımağa cürət eləmir. Çünki Qərb amili var və “ilanı Seyid Əhməd əli ilə tutmaq” istəyir.
Heç təsadüfi deyil ki, dünən Ermənistan XİN-in mətbuat katibinin yaydığı açıqlamada bildirilir ki, İrəvan “DNR” və “LNR”i tanımağa hazırlaşmır. Qəribədir, deyilmi? “DNR”in, “LNR”in, Abxaziyanın, Cənubi Osetiyanın “müstəqilliyi”ni tanımayan Ermənistan “dqr”ə müstəqillik tələb edir.
O zaman məntiqli sual yaranır: nədən “artsax”ın da Rusiya tərəfindən tanınmasını gözləyirsiniz? Yox, “DNR” və “LNR”i tanımaqdan imtina edirsinizsə və bununla guya beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə sayğılı olduğunuzu göstərmək istəyirsinizsə, onda nədən Bakının illərdir təklif elədiyi, beynəlxalq hüquq normalarına əsaslanan sülh müqaviləsini imzalamaqdan qaçırsınız?!
*****
Moskva Bəyannaməsinin 1-ci bəndi bu xüsusda İrəvan üçün növbəti “soyuq duş” effekti yaradacaq. Orada Rusiya və Azərbaycanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazılığını tanıması, bir-birinin daxili işlərinə qarışmaması birmənalı vurğulanır. Yəni Rusiya Qarabağı bir daha, rəsmən Azərbaycan ərazisi saymaqla yanaşı, ermənilərin bitmiş saymadığı “Qarabağ məsələsi”ni də bizim daxili işimiz hesab edir.
Sənədin 40-cı bəndində isə deyilir: “Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər”.
Başqa sözlə, erməni etnik azlığı Azərbaycan qanunvericiliyi çərçivəsində digər azlıqlara verilən hüquqlarla, mədəni özünəməxsusluğunu saxlamaqla kifayətlənməli olacaq. Ondan artığını yox!
Bütün bunlar hər şeydən öncə o anlama gəlir ki, ermənilərin “siyasi status” arzuları həmişəlik basdırılır, çünki Rusiya bu “məsələ”də Bakıya təkid eləməyəcək.
*****
Moskva sənədində həmçinin 10 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il üçtərəfli sazişlərinin bəndlərinin yerinə yetilməsinin vacibliyi qeyd olunur (9-cu bənd). Bu anlaşmalar isə məhz İrəvanın günahı üzündən tam həyata keçməmiş qalır. Söhbət xüsusilə də qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan tam çıxarılmasınan gedir.
Diqqətçəkicidir ki, Prezident İlham Əliyev rusiyalı həmkarı V.Putinlə birgə mətbuat konfransında bu məqama xüsusi toxundu. İlham Əliyev vurğuladı ki, Ermənistan tərəfdən 10 noyabr üçtərəfli sazişinin bütün şərtlərini yerinə yetirməsini, hər şeydən öncə də Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılmasını gözləyir. Azərbaycan lideri, həmçinin, Naxçıvana yolun açılmasını da Ermənistanın öz üzərinə hüquqi öhdəliklər olaraq götürdüyünü xatırlatdı.
Azərbaycan lideri bunu Moskvadan, Putinin yanından bəyan elədi. Rusiya rəhbərinin yanından faktiki İrəvana ultimatum ünvanladı. Çünki həlli gecikən qanunsuz silahlı dəstələr məsələsinin ölkəmiz üçün hansı həssaslıqda olduğunu xatırlatmağa dəyməz. Və əgər dövlət başçısı bu tələbi sülhməramlıları Qarabağda olan Rusiyanın öz paytaxtında səsləndirirsə və Putin də buna susqun razılıq bildirirsə, demək ki, erməni tərəfi nəticə çıxarmağa tələsməlidir. Daha bir səbəbə: Moskva Bəyannaməsi ilə Bakının separatçılara münasibətdə “əl-qolu” bir az da açılmış olub.
*****
Bəyannamədə Ermənistanın tələsməsini və özünü nəhayət, ağıllı aparmasını zəruri edən daha 2 “öldürücü” bənd var. Bənd 16: “Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya və Azərbaycan bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər”.
Söhbət qarşılıqlı hərbi köməkdən gedir. Belə kömək isə adətən xarici təcavüz zaman, lazım olur. Yəni Ermənistan bir daha Azərbaycana qarşı işğalçı planlar qurarsa, o zaman Rusiya ona nəinki yenə birbaşa dəstək verə bilməyəcək, hətta onu öz qarşısında görəcək.
Sənədin 18-ci bəndində isə həm də iki ölkə daxilində separatçılıq təhdidləri ilə, separatizmi qaynaqlandıran mənbələrlə birgə mübarizədən danışılır: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.
Aydındır ki, Azərbaycan dövlətçiliyinə ən böyük təhdid erməni separatizmindın gəlir...
Qısası, seçim həmişəki kimi, İrəvanındır. Amma doğru seçim üçün erməni tərəfinin çox az zamanı qalıb...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-02-2022, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər