Xarici, yoxsa daxili mübarizə? Gürcüstandakı qarşıdurmanın səbəbi nədir?
Ötən həftənin sonunda Gürcüstandadakı siyasi vəziyyət ciddi olaraq pisləşdi. Etirazların səbəbi Gürcüstanın parlamentinin iclasında rus deputatın beynəlxalq tədbir çərçivəsində iclası aparması olub. Ancaq rus deputatın etirazlar üçün sadəcə bir bəhanə olması və narazılığa səbəblərin uzun müddət əvvəl yaranmasına dair iddiaları da var.
Gürcüstanda siyasi mübarizənin temperaturu niyə yüksəlib?
Kimin əli - Moskvanın, yoxsa İvanişvilinin?
İyunun 20-də bir neçə min adam Gürcüstan parlamentinin qarşısına toplaşdı. Onların çoxu anti-Rusiya şüarları qışqırır və rəsmi Moskvanı Gürcüstanın tədrici işğalında itttiham edirdi. Bununla belə, toplaşanların tələbi daha çox daxili siyasətə aidiydi.
"Rusiyalı deputatla bağlı epizod simvolik məqamdan başqa bir şey deyildi. Hakim partiyaya etimadsızlıq və hakimiyyətdən narazılıq çoxdan vardı.
Bu aksiya həmin narazılığın maddilləşmiş halıdır" - Gürcüstan politoloqu Giya Nodiya BBC-yə müsahibəsində belə deyib.
2012-ci ildən etibarən Gürcüstanda "Gürcü arzusu" partiyası hakimiyyətdədir. Onu milliarder Bidzine İvanişvili yaradıb, bu təşkilat ona məxsusdur.
İvanişvili heç bir dövlət vəzifəsi daşımır, amma bir çoxları onu Gürcüstanın ən nüfuzlu şəxsi hesab edirlər.
"Mən ömrümün ən gözəl 20 ilini Rusiyada yaşamışam" - BBC Rusiya xidmətinə müsahibəsində bir dəfə o, belə demişdi.
- Tbilisidə etirazlar: Rusiya Gürcüstana uçuşları qadağan edir
- Tbilisidə etirazlar: Parlamentin spikeri istefa verib
"Biz bu zərbəni addadacağıq"
İvanişvilinin bioqrafiyası, onun Rusiyadakı biznesi və Moskvayla münasibətləri yaxşılaşdırmaq barədə bəyanatları müxalifətə imkan yaradıb ki, onu Gürcüstanın maraqlarına zidd olan Rusiya yönümlü siyasət yürütməkdə ittiham etsin.
Bu, həqiqətən də belədirmi?
İvanişvilinin partiyası hakimiyyətə gələndən sonra bəzi məsələrlə bağlı Tbilisi və Moskva arasındakı danışıqlar konstruktiv məcraya yönəlib.
Ölkələr arasında mütəmadi aviauçuşlar, gürcü çaxırı, mineral su və meyvələrinin ixracı bərpa edilib.
Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini asanlaşdırıb. Gürcüstana rusiyalı turistlərin axını başlayıb.
Amma prinsipial fikir ayrılıqları həll olunmamış qalıb. Rusiya hələ də Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər hesab edir və Gürcüstanı status-kvonu tanımağa çağırır.
Tbilisidə Tsinxvali və Suxumini hələ də işğal olunmuş ərazi sayırlar və "qopmuş" regionlara nəzarəti bərpa edəcəklərinə ümid edirlər.
Tbilisidəki aksiyaların xronologiyası.
Bununla belə, İvanişvili Vladimir Putini publik tənqid etməkdən yayınır.
Onun partiyasının hakimiyytədə olduğu illər ərzində nəinki rusiyalı turistlərin sayı artıb, eyni zamanda Rusiyayla yaxınlaşaraq Aİ və NATO-dan uzaqlaşmağı təbliğ edən təşkilatlar da çoxalıb.
Məsələn, "İkinci İrakli Cəmiyyəti", "Qorçakov fondu", Primakov adına Rusiya-Gürcüstan ictimai mərkəzi və s. kimi.
Sosioloji sorğuların nəticələrinə görə, İvanişviliyə və onun "Gürcü arzusu" partiyasına etimad getdikcə azalmaqdadır.
"Hakim partiya sürətlə xalq arasındakı nüfuzunu itirir, çünki insanlara elə gəlir ki, bu siyasətçilər adi adamların qayğılarına biganədirlər" - "Karnegi" mərkəzinin baş şərhçisi Tomas de Vaal BBC-yə müsahibəsində belə deyib.
Seçki kömək etməyəndə
2018-ci ilin noyabr ayında Gürcüstanda prezident seçkisi keçirilib. Səsvermə legitim sayılıb.
Amma bir çox politoloqlar hesab edirlər ki, İvanişvili dəstəkləmək qərarına gəldiyi Zurabişvilinin qələbəsini təmin etmək üçün hakim partiyanın adminstrativ resurslarından və özünün maliyyə imkanlarından geniş istifadə edib.
"Son seçkilərdən sonra adamların çoxunda ədalətli siyasi mübarizəyə və hakimiyyətin seçki yoluyla dəyişdirilməsinə pessimist münasibət yaranıb. Bu ovqat partlayıb belə bir aksiyaya çevrildi" - politoloq Nodiya belə deyir.
Seçkilərdən dərhal sonra müxalifət lideri Qriqol Vaşadze BBC-yə demişdi ki, səvermənin nəticələrini heç vaxt tanımayacaq və növbədənkənar parlamanet seçkilərinin keçirilməsini tələb edəcək.
Tbilisinin mərkəzindəki kortəbii iyun mitinqlərində bu çağırışlar yenidən səslənib.
"Sərt müdaxilə" faktoru
Parlamentin önündəki 20 iyun mitinqinə sərt müdaxilə Gürcüstanda çoxlarını şoka salıb.
Məsələ burasındadır ki, "Gürcü arzusu" məhz mitinqlərə münasibət məsələsində keçmiş prezident Mixail Saakaşvilidən fərqli olduğunu vurğulayırdı.
Saakaşvilinin məmurlarının 2007 və 2011-ci illərdəki nümayişləri necə kobudluqla dağıtmasını Gürcüstanada çoxları xatırlayır.
- Türkiyə və Gürcüstan arasındakı siyasi mədəniyyətin fərqli rəngləri
- Ramil Usubovun dəyişdirilməsi - daha sərt güc ehtiyacı, yoxsa daxili gərginlik?
- "Polis necə güclü idisə, elə də qalacaq" - Hikmət Hacızadə Sual Vaxtı
İvanişvilinin tərəfdarları onu və rejimini "avtoritar və qanlı" adlandırıdılar və vəd edirdilər ki, "Gürcü arzusu"nun dövründə belə şey olmayacaq.
Amma 20 iyun mitinqi zamanı polis gözyaşardıcı qazdan, suvuran maşınlardan və rezin güllələrdən istifadə etdi.
Nəticədə 240 nəfər xəstəxanalıq oldu, yəni etiraz aksiyası Saakaşvilinin dövründəki qəddarlıqla yatırıldı.
Ekspertlər əmindirlər ki, bu cür hərəkətlər hakim partiyanın reytinqinə ciddi şəkildə təsir edə bilər.
Bundan sonra nə olacaq?
Gürcüstandakı siyasi qarşıdurmanın bundan sonra hansı istiqamətə yönlənəcəyini demək çətindir.
Hakim partiyanın mövqeyi xeyli zəifləyib. Amma problem bundadır ki, müxalifət parçalanmış vəziyyətdədir. Milli hərəkatın tərəfdarları çoxdur, hərçənd ona qarşı çıxanlar da az deyil.
"Bir mənada hakimiyyət küçəyəyə sərilib, ancaq qaldırıb götürən yoxdur, çünki güclü müxalifət partiyası da yoxdur. Qeyri-sabitlik atmosferi göz qabağındadır" - politoloq Giya Nodiya bu fikirdədir.
Tomas de Vaalsa hesab edir ki, "Bu, hakim partiya üçün ciddi siqnaldır, amma ölümcül zərbə deyil. Mən düşünmürəm ki, müxalifət təşəbbüsü ələ ala bilər.
Etirazçıların çoxuna spikerin istefası bəs edir. Amma "Gürcü arzusu" gələn il keçiriləcək seçkilərə qədər xalq arasında populyarlığını və legitimliyini qoruyub saxlamaq istəyirsə, ciddi şəkildə dəyişməlidir".BBC
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-06-2019, 13:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Ötən həftənin sonunda Gürcüstandadakı siyasi vəziyyət ciddi olaraq pisləşdi. Etirazların səbəbi Gürcüstanın parlamentinin iclasında rus deputatın beynəlxalq tədbir çərçivəsində iclası aparması olub. Ancaq rus deputatın etirazlar üçün sadəcə bir bəhanə olması və narazılığa səbəblərin uzun müddət əvvəl yaranmasına dair iddiaları da var.
Gürcüstanda siyasi mübarizənin temperaturu niyə yüksəlib?
Kimin əli - Moskvanın, yoxsa İvanişvilinin?
İyunun 20-də bir neçə min adam Gürcüstan parlamentinin qarşısına toplaşdı. Onların çoxu anti-Rusiya şüarları qışqırır və rəsmi Moskvanı Gürcüstanın tədrici işğalında itttiham edirdi. Bununla belə, toplaşanların tələbi daha çox daxili siyasətə aidiydi."Rusiyalı deputatla bağlı epizod simvolik məqamdan başqa bir şey deyildi. Hakim partiyaya etimadsızlıq və hakimiyyətdən narazılıq çoxdan vardı.
Bu aksiya həmin narazılığın maddilləşmiş halıdır" - Gürcüstan politoloqu Giya Nodiya BBC-yə müsahibəsində belə deyib.
2012-ci ildən etibarən Gürcüstanda "Gürcü arzusu" partiyası hakimiyyətdədir. Onu milliarder Bidzine İvanişvili yaradıb, bu təşkilat ona məxsusdur.
İvanişvili heç bir dövlət vəzifəsi daşımır, amma bir çoxları onu Gürcüstanın ən nüfuzlu şəxsi hesab edirlər.
"Mən ömrümün ən gözəl 20 ilini Rusiyada yaşamışam" - BBC Rusiya xidmətinə müsahibəsində bir dəfə o, belə demişdi.
- Tbilisidə etirazlar: Rusiya Gürcüstana uçuşları qadağan edir
- Tbilisidə etirazlar: Parlamentin spikeri istefa verib
"Biz bu zərbəni addadacağıq"
İvanişvilinin bioqrafiyası, onun Rusiyadakı biznesi və Moskvayla münasibətləri yaxşılaşdırmaq barədə bəyanatları müxalifətə imkan yaradıb ki, onu Gürcüstanın maraqlarına zidd olan Rusiya yönümlü siyasət yürütməkdə ittiham etsin.Bu, həqiqətən də belədirmi?
İvanişvilinin partiyası hakimiyyətə gələndən sonra bəzi məsələrlə bağlı Tbilisi və Moskva arasındakı danışıqlar konstruktiv məcraya yönəlib.
Ölkələr arasında mütəmadi aviauçuşlar, gürcü çaxırı, mineral su və meyvələrinin ixracı bərpa edilib.
Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini asanlaşdırıb. Gürcüstana rusiyalı turistlərin axını başlayıb.
Amma prinsipial fikir ayrılıqları həll olunmamış qalıb. Rusiya hələ də Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər hesab edir və Gürcüstanı status-kvonu tanımağa çağırır.
Tbilisidə Tsinxvali və Suxumini hələ də işğal olunmuş ərazi sayırlar və "qopmuş" regionlara nəzarəti bərpa edəcəklərinə ümid edirlər.
Tbilisidəki aksiyaların xronologiyası.
Bununla belə, İvanişvili Vladimir Putini publik tənqid etməkdən yayınır.
Onun partiyasının hakimiyytədə olduğu illər ərzində nəinki rusiyalı turistlərin sayı artıb, eyni zamanda Rusiyayla yaxınlaşaraq Aİ və NATO-dan uzaqlaşmağı təbliğ edən təşkilatlar da çoxalıb.
Məsələn, "İkinci İrakli Cəmiyyəti", "Qorçakov fondu", Primakov adına Rusiya-Gürcüstan ictimai mərkəzi və s. kimi.
Sosioloji sorğuların nəticələrinə görə, İvanişviliyə və onun "Gürcü arzusu" partiyasına etimad getdikcə azalmaqdadır.
"Hakim partiya sürətlə xalq arasındakı nüfuzunu itirir, çünki insanlara elə gəlir ki, bu siyasətçilər adi adamların qayğılarına biganədirlər" - "Karnegi" mərkəzinin baş şərhçisi Tomas de Vaal BBC-yə müsahibəsində belə deyib.
Seçki kömək etməyəndə
2018-ci ilin noyabr ayında Gürcüstanda prezident seçkisi keçirilib. Səsvermə legitim sayılıb.Amma bir çox politoloqlar hesab edirlər ki, İvanişvili dəstəkləmək qərarına gəldiyi Zurabişvilinin qələbəsini təmin etmək üçün hakim partiyanın adminstrativ resurslarından və özünün maliyyə imkanlarından geniş istifadə edib.
"Son seçkilərdən sonra adamların çoxunda ədalətli siyasi mübarizəyə və hakimiyyətin seçki yoluyla dəyişdirilməsinə pessimist münasibət yaranıb. Bu ovqat partlayıb belə bir aksiyaya çevrildi" - politoloq Nodiya belə deyir.
Seçkilərdən dərhal sonra müxalifət lideri Qriqol Vaşadze BBC-yə demişdi ki, səvermənin nəticələrini heç vaxt tanımayacaq və növbədənkənar parlamanet seçkilərinin keçirilməsini tələb edəcək.
Tbilisinin mərkəzindəki kortəbii iyun mitinqlərində bu çağırışlar yenidən səslənib.
"Sərt müdaxilə" faktoru
Parlamentin önündəki 20 iyun mitinqinə sərt müdaxilə Gürcüstanda çoxlarını şoka salıb.Məsələ burasındadır ki, "Gürcü arzusu" məhz mitinqlərə münasibət məsələsində keçmiş prezident Mixail Saakaşvilidən fərqli olduğunu vurğulayırdı.
Saakaşvilinin məmurlarının 2007 və 2011-ci illərdəki nümayişləri necə kobudluqla dağıtmasını Gürcüstanada çoxları xatırlayır.
- Türkiyə və Gürcüstan arasındakı siyasi mədəniyyətin fərqli rəngləri
- Ramil Usubovun dəyişdirilməsi - daha sərt güc ehtiyacı, yoxsa daxili gərginlik?
- "Polis necə güclü idisə, elə də qalacaq" - Hikmət Hacızadə Sual Vaxtı
Amma 20 iyun mitinqi zamanı polis gözyaşardıcı qazdan, suvuran maşınlardan və rezin güllələrdən istifadə etdi.
Nəticədə 240 nəfər xəstəxanalıq oldu, yəni etiraz aksiyası Saakaşvilinin dövründəki qəddarlıqla yatırıldı.
Ekspertlər əmindirlər ki, bu cür hərəkətlər hakim partiyanın reytinqinə ciddi şəkildə təsir edə bilər.
Bundan sonra nə olacaq?
Gürcüstandakı siyasi qarşıdurmanın bundan sonra hansı istiqamətə yönlənəcəyini demək çətindir.Hakim partiyanın mövqeyi xeyli zəifləyib. Amma problem bundadır ki, müxalifət parçalanmış vəziyyətdədir. Milli hərəkatın tərəfdarları çoxdur, hərçənd ona qarşı çıxanlar da az deyil.
"Bir mənada hakimiyyət küçəyəyə sərilib, ancaq qaldırıb götürən yoxdur, çünki güclü müxalifət partiyası da yoxdur. Qeyri-sabitlik atmosferi göz qabağındadır" - politoloq Giya Nodiya bu fikirdədir.
Tomas de Vaalsa hesab edir ki, "Bu, hakim partiya üçün ciddi siqnaldır, amma ölümcül zərbə deyil. Mən düşünmürəm ki, müxalifət təşəbbüsü ələ ala bilər.
Etirazçıların çoxuna spikerin istefası bəs edir. Amma "Gürcü arzusu" gələn il keçiriləcək seçkilərə qədər xalq arasında populyarlığını və legitimliyini qoruyub saxlamaq istəyirsə, ciddi şəkildə dəyişməlidir".BBC
Paylaş:
Müəllif :
Redaktor
Tarix:27-06-2019, 13:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |