PUA-nın vurulması ABŞ-a mesajdır - İranlı ekspert
İranın ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurması ABŞ üçün gözlənilməz hadisə idi.
Bu sözləri İranın xarici siyasət üzrə mütəxəssisi Əli Rza İranın ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurmasına münasibət bildirərkən deyib. O bildirib ki, ABŞ İranın müharibəyə hazır olmasını təxmin etmirdi:
“Amerika Birləşmiş Ştatları tez-tez bu cür hücumlar edir, asan hədəf tapdıqda isə bu hərəkətlərini davam etdirir. Lakin bu dəfə İran tərəfindən PUA-nın vurulmasından sonra ABŞ İranın asan hədəf olmadığını gördü. İran bu məsələlərlə bağlı daha əvvəl də açıqlama verib. Torpaqlarına daxil olan hər cür kəşfiyyat vasitəsinə və hərbi hava qüvvələrinə Müdafiə Nazirliyi tərəfindən dərhal hücum ediləcəyi ilə bağlı İran xəbərdarlıq etmişdi. İran bu istiqamətdə ciddi addımlar atmağa hazırdır. Amerikalılar PUA-nın bu ölkənin torpaqlarına girməsinin zarafat olmadığını anlamalıdır. ABŞ Silahlı Qüvvələri daha əvvəl də təsadüf, ya da yanlışlıqla sərhədləri pozmuşdu və iranlı əsgərlər də qəti və peşəkar şəkildə cavab vermişdi. Təcavüzkar və təxribatçı siyasət tətbiq edən yeganə ölkə ABŞ-dır. Bu hadisə İranın amerikalılara verdiyi ciddi mesajdır”.
Qeyd edək ki, iyunun 19-u İran ordusu Hörmüz boğazı üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-06-2019, 10:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-06-2019, 10:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11