Xalq Saakaşvilinin mübarizəsinə qalxdı: azadlığa çıxa bilər...
Xəbər verdiyimiz kimi, dünən Tbilisidə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin azadlığa çıxması üçün mitinq keçirilib.
Mitinq müxalif “Vahid Milli Hərəkat” partiyası tərəfindən təşkil edilib.
4 saata yaxın davam edən mitinq zamanı M.Saakaşvilinin məktubu oxunub.
Bəs Gürcüstan xalqının bu mübarizəsindən sonra Saakaşvili azadlığa buraxıla bilərmi?
Məsələni Bakupost.az -a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Saakaşvilinin həbsə düşməsi əhali arasında ona olan rəğbəti daha da artırır:
“Dünənki aksiya əzəmətli idi. Bu tədbir bütün müxalifətin adından təşkil edilsə də, aparıcı xətti “Vahid Milli Hərəkat” partiyası təşkil edirdi. Eyni zamanda, Saakaşviliyə həbsdən xalqa müraciət etmək imkanının yaradılması da diqqətçəkicidir.
Seçkilərdə Milli Hərəkat Partiyasının 30 faizə qədər səs toplaması, mer seçkilərində onun namizədliyinin ikinci mərhələyə keçməsi göstərir ki, Saakaşvilinin cəmiyyətdə nüfuzu böyükdür. Bu nüfuz Milli Hərəkat Partiyasının fəaliyyəti, həm də Saakaşvilinin həbsdə olması ilə daha da artır.
Saakaşvili əzabkeş obrazını uğurla həyata keçirib desək, yanılmarıq. Üstəlik kifayət qədər siyasi tərəfləri ölçülüb-biçilmiş, həm də şəxsiyyətin özünün siyasi iradəsinin nə qədər möhkəm olmasını göstərən bir hərəkətə əl atıb. Tutulacağını bildiyi halda ölkə ərazisinə daxil olub. Verdiyi kiçik müsahibələr göstərir ki, tutulmağı, həyatı üçün yaranan təhlükənin onun üçün o qədər də əhəmiyyəti yoxdur. Əsas məsələ ölkənin indiki rejimdən xilas olub, normal inkişaf yoluna çıxmasıdır. Əlbəttə, bu, Gürcüstanın daxili işidir”.
Politoloqun fikrincə, Saakaşvili azadlığa buraxıla bilər:
“Həm Saakaşvilinin özü, həm də partiyası kifayət qədər enerjili və mübariz dayanır. Onun həbsdə qalması ilə ölkəyə beynəlxalq təzyiqlər arta bilər.
Elə bir vəziyyət yarana bilər ki, müxalifət qüvvələrinin ciddi təzyiqi altında Saakaşvili azad edilə, yaxud müxalifət hakimiyyəti təzyiqlə devirə biləcək səviyyə gəlib çata bilər. Tezliklə indiki hakimiyyət beynəlxalq təzyiqi, onun xəstəliyini, müxtəlif amili nəzərə alaraq Saakaşvilini azadlığa buraxa bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2021, 14:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-10-2021, 14:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11