İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Azərbaycanda artan nüfuzu rəsmi Tehranı narahat edir - FAKT BUDUR!
Azərbaycan-İran münasibətlərində yaranmış gərginlik və soyuq münasibətlərin səbəbləri haqda bir çox versiyalar var. İranla Azərbaycan arasında son gərginliyə səbəb İran yük avtomobillərinin Azərbaycanı xəbərdar etmədən Qarabağa yük daşımaları ilə bağlıdır.
Buna cavab olaraq Azərbaycan İran sürücülərindən ölkə ərazisinə daxil olduqları üçün gömrük rüsumu almağa və daşınan yükü yoxlamağa başlayıb. Bu fonda İran Azərbaycanın 44 günlük müharibə nəticəsində bərpa etdiyi sərhədlərin yaxınlığında hərbi təlimlər keçirdi. Hazırda Azərbaycanla sərhəd bölgələri boyunca İran qoşunlarının cəmləşməsi müşahidə olunmaqdadır.
Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı təəccübünü bildirib və qeyd edib ki, 30 il işğal müddətində İran həmin ərazilərdə heç zaman təlim keçirməyib. Bəzi ekspertlər isə güman edir ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Azərbaycanda artan nüfuzu da rəsmi Tehranı narahat edir. Sirr deyil ki, Tehran Azərbaycanda uzun illər “irançılıq” xəttinin güclənməsinə çalışıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra “irançılıq xəttinə” qarşı turançılıq, türkçülük xətti də möhkəmlənməyə başlayıb. İkinci Qarabağ savaşında isə Türkiyənin qardaş dəstəyi türkçülük xəttini ən yüksək səviyyəyə çatdırdı, bu proses artmaqda davam edir.
Məsələn, Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində bu ildən “Osmanlı tarixi” kursunun tədrisinə başlanılıb. Turançılıq və türkçülüyün Azərbaycanda daha da artışı İranda aparıcı etnos olan azəri türklərinə də ciddi təsir edir ki, Tehran bundan da ehtiyatlanır. Bu isə təbii ki, dünyada irançılıq xəttinin ideoloji babası olan Tehranın mühafizəkar dini liderlərinin narazılığına və narahatlığına səbəb olur. Bu səbəbdən Tehran bütün nifrətini ortaya qoyur, amma bu proses onların ciddi zərərinə işləyir, anti-irançılıq meyllərini daha da artırır.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəylinin İranın məlum mövqeyinə münasibəti diqqət çəkməyə bilməz: “İranın mövcud dini-siyasi rejimini narahat edən təkcə bir millətin iki dövləti olan Azərbaycan-Türkiyə münasibətləri, ölkəmizdə milli özünüdərk prosesinin güclənməsi və türkçülüyün vahid bir mədəniyyət anlayışı, dövlətin təməl sütunlarını qoruyan dövlət millətçiliyi - etatik patriotizm kimi qəbul edilməsi deyil, həm də öz sərhədləri yaxınlığında əhalisi əsasən türklərdən və onlarla eyni mədəniyyəti, düşüncəni paylaşan, Vahid Vətən -Vahid Dövlət ideyasına bağlı olan müsəlman və qeyri-müsəlman xalqların nümayəndələrindən ibarət, dünyəvi inkişaf yolu keçmiş və cəmi 30 illik müstəqilliyi dövründə olduqca böyük uğurlara imza atmış bir dövlətin mövcudluğunu arzulamır. Çünki Azərbaycan Respublikası təkcə İran adlanan dövlətdə, öz tarixi vətənlərində yaşayan, əslində bu ölkənin titul xalqı olan türklərlə yanaşı, digər xalqlar, o cümlədən farslar üçün də nümunədir. Təbii ki, İran İslam Respublikasının müxtəlif millətlərdən olan nümayəndələri özlərinə və hökumətlərinə olduqca sadə bir sual ünvanlayırlar: Necə olur ki, ərazisi 1 648 195 kv kilometr, əhalisinin sayı isə 81 milyondan çox olan bir ölkə, ərazisi 86.6 min km, əhalisi 10 milyon nəfərdən azacıq çox olan bir ölkədən bütün sahələrdə geri qalır? Həm də nəzərə almaq lazımdır ki, İran neft ehtiyatlarına görə dünyada 3-cü (dünya neft ehtiyatlarının 13,5%-i İranın payına düşür), Azərbaycan isə 19-cu (0,45%) yerdədir. Təbii qaz ehtiyatlarına gəldikdə isə İran dünyada 2-ci, Azərbaycan isə 26-cı sıradadır.
Bu göstəricilərin yetərli olduğunu düşündüyüm üçün hər iki ölkənin digər təbii resursları arasında müqayisə aparmaq istəmirəm. Yəni mənzərə ortalıqdadır. Dünyanın təbii resursları baxımından ilk üçlükdə olan bir ölkənin insanlarının həyatında son 30 il ərzində müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Əksinə, ölkə vətəndaşlarının sosial-iqtisadi durumu gündən-günə pisləşib, infilyasiya ağlasığmaz həddə çatıb. Azərbaycan isə məğlub ölkədən qalib dövlətə çevrilib. Təkcə regionda deyil, daha geniş bir ərazidə söz sahibidir, qlobal humanitar və iqtisadi-siyasi proseslərin aktiv, nüfuzlu oyunçularından biridir. Yürüdülən siyasət, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində həyata keçirilən siyasət, qlobal maraqların uzlaşdırılması, qarşılıqlı faydalı əməkdaşlıqdan doğan təbii iqtisadi asılılıqların yaradılması nəticəsində ölkə ərazisi geoiqtisadi haba və qlobal geostrateji əhəmiyyət daşıyan məkana çevrilib. Şübhəsiz ki, bu məqam qlobal miqyasda bütün çirkli oyunların içərisindən baş qaldırsa da heç bir nəticəyə nail olmayan İran rejiminin Azərbaycana münasibətdə müstəqilliyimizin ilk illərindən aqressiv, məkrli siyasət yürütməsində əsas yerlərdən birini tutur. Azərbaycan-Türkiyə münasibətləri, həmçinin bu iki qardaş ölkənin qurduqları iqtisadi-siyasi və digər platformalar üzərindən Türk Dövlətləri Təşkilatının gerçəkliyə çevrilməsi də, İranı əndişələndirir. Parfarsizmlə məzhəbçiliyin sintezindən yaranan, reallıqda isə İranda yaşayan heç bir xalqın, o cümlədən farsların mənafeyinə xidmət etməyən İran klassik türk dövlətidir və bu ölkə Türk Dövlətləri Təşkilatında yer almaqla ilk növbədə öz təhlükəsizliyinə və iqtisadi inkişafına böyük töhfə verə bilərdi. Amma göründüyü kimi, rejimin maraqları və rejimi yaradanların bu günə kimi verdiyi təlimatlar buna imkan vermir”.
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov burada başqa səbəblər görür: “Türkiyənin bugünkü geosiyasi atılımları və açılımları, məncə, turançılıqla deyil, mötədil ümmətçiliklə bağlıdır. Sadəcə olaraq, dünya türklərinin müstəqil dövlət təsisatları olan hissəsi müsəlman olduğu üçün birinci mərhələ Turandır. Azərbaycanda turançılığın mötədil ümmətçiliklə sintezi Türkiyənin maraqlarındadır. Türkiyə həm də müsəlman coğrafiyasının məzlumlarının ümidinə çevrilir. İran ola bilər ki, bundan ciddi bir şəkildə narahatdır. Çünki İran nə qədər istəsə də bunu edə bilmir. Fələstində bəzi qruplara silah göndərsə də orada belə Türkiyənin siyasi dəstəyi olmadan ciddi heç nəyə nail olmaq olmur. Azərbaycanda İranın fəaliyyətinə gəldikdə isə tarixi siyasi inkişafımız səbəbi ilə bizdə şiə müsəlmanlar əksəriyyəti İrandakı ruhanilərə tabedir. İran dövləti isə bundan istifadə edir. Bir daha deyirəm. Bu məsələni zorla həll edə bilməzsən. Heç kimin qəlbində kiməsə məhəbbət və ya nifrət formalaşdıra bilməzsən. Bu problem ancaq təbliğlə həll etmək mümkündür. İrana bağlı olmayan, mötədil və ümmətçi şiə alimlərinin düşüncə və fikirlərinə yaşıl işıq yandırmaq lazımdır. İkincisi, İrana bağlı olmayan, Azərbaycan insanlarından şiə ruhaniyyəti içərisində ictihad edə biləcək savadlı ruhanilər yetişdirmək lazımdır. Bunu etmək üçün ərəb dünyasına bir baxış lazımdır. İran bu gün mötədil istiqaməti özündə məhv edib. Məhz bu səbəbdən də 44 günlük müharibənin nəticələrinə məzhəbçi və ya sasaniçi baxışla baxır. İran iddia edir ki, Azərbaycan sionist məkanıdır. Əgər ehtimal etsək ki, lap elədir, bu ona Ermənistanla müttəfiq olmağa əsas verirmi? O Ermənistan ki, Qarabağda islami dəyərləri çeynədi və ayaqlar altına aldı. İran xarici siyasətini dəyişməsə, özünə ziyandır. İran unutmamalıdır ki, Cənubi Azərbaycanda türklərin ayağa qalxması siyasi texnoloji bir məsələdir. Bunumu istəyir? Türkçülük və turançılıq məsələsinə gəldikdə isə Azərbaycanda bu xəttin ülkücü versiyasının inkişafı daha münasib olardı. Bunun üçün də ideoloji siyasətə məsul olan şəxslər idealist olmalıdır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:1-10-2021, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-10-2021, 10:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11