"Qarabağ işğalda olanda harada idilər?" - HƏQİQƏTƏN DƏ...
İran Silahlı Qüvvələrinin Quru Qoşunları Naxçıvan istiqamətində hərbi təlimlərə başlayıb.
Bu barədə İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.
Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş aparatları (PUA), helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.
Kyumərs Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran Ordusunun hərbi gücünün artırılmasıdır.
O bildirib ki, İran Silahlı Qüvvələri ölkənin müxtəlif bölgələrində xüsusi proqram əsasında məlum təqvimlərdə təlimlər keçirir. Təlimlərin neçə gün davam edəcəyi qeyd olunmayıb.
Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edir. Sosial şəbəkələrin İran seqmentində yayılan videolarda İranın Culfa-Aslandüz-Muğan istiqamətindəki hərbi təlimlərə çox sayda zirehli texnikalar cəlb etdiyi görülüb.
İranın bu addımlarına Türkiyənin də cavabı gecikməyib. Belə ki, təkcə dünən Türkiyə Naxçıvan istiqamətində 5 ədən PUA havaya qaldırıb.
Maraqlıdır, İranın Naxçıvan istiqamətində hərbi təlimlərə başlamasının əsas məqsədi nədir?
Politoloq, sabiq diplomat Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın bu hərəkətlərinə Azərbaycan və Türkiyə göz yummayacaq:
“İranla münasibətlərimiz həqiqətən son zamanlarda çox gərgindir. Üstəlik, bunu yaradan biz deyilik. Biz görürdük ki, İran Laçın dəhlizindən separatçı rejimə yanacaq aparırdı. Hətta onlar bunu inkar edərək, göz yumurdu. İndi isə İran sərhəddimizdə təlimlərə başlayıb. Belə olan halda isə sual yaranır. Nə üçün bu təlimlər 30 il ərzində Azərbaycan torpaqları işğal altında olan zaman keçirilmirdi? Niyə məhz biz torpaqlarımzı azad etdikdən sonra onlar hərbi təlimlərə başladılar?
Biz Türkiyə ilə münasibətlərimiz daha yaxın olandan sonra iranlılar narahat olmağa başladı. Lakin Azərbaycan İrana qarşı heç bir addım atmayıb, çünki onlar bizim qonşu dövlətimizdir. İranın bu təlimlərə başlamasının əsas səbəbi ölkəmizin güclənməsilə bağlıdır.
Həmçinin, Türkiyənin belə reaksiyasının da əsası var. Türkiyə Azərbaycanın yanında olduğunu göstərir və bizim maraqlarımızı müdafiə etməyə qadirdir. İranla Türkiyə arasında isə hər hansı bir hərbi qarşıdurmanın yaşanacağını düşünmürəm. Lakin onların münasibətləri ciddiləşərək, mürəkkəbləşəcək. Ümumiyyətlə, biz öz torpaqlarımızı azad etmişik və müdafiə edirik. Buna kimsə qarşı çıxırsa və bizə əzələ nümayiş etdirmək istəyirsə, heç bir nəticə verməyəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2021, 15:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2021, 15:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01