"İran-Azərbaycan münasibətlərinin normallaşması ehtimalı demək olar ki, yoxdur" - HƏQİQƏTƏN DƏ...
Uzun illərdir din pərdəsi arxasında gizlənmiş, hər fürsətdə Azərbaycana və Türkiyəyə qarşı nifrət püskürən İranın son zamanlar atdığı addımlar ölkə ictimaiyyətinin kəskin narazılığına səbəb oldu. Tehranın qərəzli yanaşması o həddə çatıb ki, mövcud problem Prezident İlham Əliyevin dilindən səsləndirildi. Ölkə rəhbəri İrana mesaj verdi ki, həqiqətən dost xalq və mehriban qonşu olmaq niyyətiniz varsa, bunu səmimi şəkildə göstərin. İran isə Azərbaycana qarşı tutduğu mövqeyi dəyişmək əvəzinə XİN səviyyəsində yenidən öz çirkin niyyətini ortaya qoydu.
İran XİN sözcüsü Səid Xətibzadə bildirdi ki, “ölkəsinin şimal-qərb sərhəd bölgələrində təlimlərin keçirilməsinin bütün regionda sülhə və sabitliyinə xidmət edir”. Daha sonra Xətibzadə İsrailə işarə edərək deyib ki, “İslam respublikası öz sərhədləri yaxınlığında sionist rejimin varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq lazım bildiyi hər şeyi edir”.
İranla bağlı suallarımızı cavablandıran professor, hazırda elmi-pedaqoji fəaliyyətini Türkiyədə davam etdirən tarixçi-alim, sabiq millət vəkili Nəsib Nəsibli Tehran-Bakı münasibətlərinin normallaşacağı ehtimalına inanmır. Professor hesab edir ki, İran və Azərbaycan arasındakı problemlər çox dərindir və tarixi kökləri var.
- Nəsib müəllim, İranın Azərbaycana qarşı qərəzli yanaşması nədən qaynaqlanır?
- Yadınıza gəlirsə, 44 günlük savaş bitəndən sonra Azərbaycan dövlət başçısı bir sıra ölkələrlə yanaşı, İrana da təşəkkürünü bildirdi. Hətta o zaman Güney Azərbaycandan olan soydaşlarımız təəccüb etdilər. Çünki həmin dövrdə də İranın Qarabağa qanunsuz yük daşımaları ilə bağlı videogörüntülər yayılmışdı. Xeyli soydaşımız etiraz etdiyinə görə zindanlara atılmışdı və s. Amma bir az sonra aydın oldu ki, Azərbaycan rəhbərliyinin İranla bağlı açıqlaması siyasi məqsəd daşıyır. O zaman elə bir şərait var idi ki, əsas diqqət Rusiya və Ermənistan üzərindəydi. Yəni düşmənlərimiz kifayət qədər idi. Ona görə də əlavə olaraq İranı qarşımıza almaq istəmədik. Həm də ümid edilirdi ki, Tehran rejimi rəsmi Bakının dost yanaşmasından dərs çıxarar və münasibətini dəyişdirər. Əfsuslar olsun ki, bu baş vermədi və İran getdikcə daha kəskin addımlar atmağa başladı. İranla Azərbaycan arasındakı ziddiyyətlərin kökü dərindədir. Elmi dillə ifadə etsək, iki ölkənin münasibətləri geopolitik düyünə çevrilib. Əslində, İran niyyətini qeyri-rəsmi dəfələrlə bəyan edib. Bildirib ki, yalnız o halda bizimlə dost ola bilərlər ki, Azərbaycan Tehranın nəzarətində olmağa razılıq versin. Yəni müstəqilliyindən vaz keçsin və islamçı bir rejim olsun. O zaman rəsmi Tehran Azərbaycana başqa gözlə baxar. Azərbaycan Respublikasının suverenliyi Güney Azərbaycana təsir göstərən ən ciddi faktordur. Problemlər fundamentaldır və günlük siyasətlə, ölkəyə rəhbərlik edən şəxslərlə bağlı deyil.
- Bəs, Tehranın son günlərdə sərgilədiyi açıq düşmənçilik mövqeyinin səbəbi nədir?
- Azərbaycanın güclənməsi, ərazi bütövlüyünü bərpa etməsi, söz sahibinə çevrilməsi İranı əndişələndirir. Azərbaycan 30 illik əsarətdən sonra torpaqlarının xeyli hissəsini düşməndən azad etdi. “Məğlub dövlət” sindromundan xilas oldu. Nəticədə Azərbaycan Respublikası ilə yanaşı, Güney Azərbaycanda da əhval-ruhiyyə dəyişdi. Soydaşlarımız yenidən fəallaşdı. İran isə bundan ciddi narahat olmağa başladı. Rəsmilərlə yanaşı, din xadimi Amulinin gündəmə gəlməsi və Azərbaycanı təhdid etməsi də birbaşa bununla bağlıdır. Tehran bu gedişatdan qorxur. Çünki soydaşlarımızla bağlı məsələ İranın təhlükəsizliyidir.
- Yəni İran-Azərbaycan münasibətlərinin normallaşma ehtimalı yoxdurmu?
- Qonşu dövlət kimi müəyyən əlaqələrimiz, iqtisadi əməkdaşlığımız, gediş-gəlişimiz ola bilər. Amma dost və qardaş münasibətlərin qurulması, ən azından yaxın və etibarlı qonşuluq əlaqələrinin qurulması mümkünsüzdür. Əslində hər iki ölkə aradakı problemin köklü olduğunun fərqindədir. Əgər Güney Azərbaycan məsələsi olmasaydı, İranla çox yaxın münasibət qurmaq mümkün idi. Hətta əlaqələrimiz Pakistan İslam Respublikası kimi zamanla inkişaf edə bilərdi. Nə qədər ki, Güney Azərbaycan reallığı ortadadır, İran-Azərbaycan münasibətlərinin normallaşması ehtimalı demək olar ki, yoxdur. Rəhbərlik və rəsmilər dəyişsə də, Azərbaycana münasibət dəyişməz olaraq qalmaqdadır. Ona görə ki, ziddiyyət prinsipial xarakter daşıyır. Bizə olan münasibət İranın Azərbaycana qarşı yeritdiyi dövlət siyasətinin tərkib hissəsidir. Yəni ayrı-ayrı adamlardan asılı deyil. İranı qıcıqlandıran mühüm məqamlardan biri də Azərbaycan-Türkiyə və Pakistanın üçlü hərbi təlimləri, İsraillə dost münasibətlərin daha da inkişaf etdirilməsidir.
- İranın region üçün xüsusi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbləri nədir?
- İran Zəngəzur dəhlizinin reallaşmasını istəmir. Zəngəzur dəhlizi türk dünyasının birliyinə xidmət edəcək çox önəmli layihədir. Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycan və Türkiyə ilə yanaşı, türk respublikaları üçün yeni imkanlar açır, Orta Asiya regionunun Türkiyə ilə birləşməsi anlamına gəlir. İran bunu özü üçün ciddi təhlükə sayır. Çünki Naxçıvanla yeganə əlaqəmiz İran ərazisi vasitəsilədir. Zəngəzur dəhlizindən sonra İrandan asılılığımız tamamilə aradan qalxacaq. Naxçıvanla birbaşa əlaqə bu qədər önəmlidir. Yaxşı olardı ki, Bakı-Tbilisi-Qars dəmiryolunun sərnişinlər üçün də istifadəyə verilməsinə imkan yaradılardı. İnsanlar çox rahat şəkildə qatarla Qarsa, oradan da Ankaraya, İstanbula gedərdilər. Onu da deyim ki, Zəngəzur dəhlizinə əngəl törədən təkcə İran deyil, həm də Rusiyadır.
- Rusiya hansı səbəblərdən dəhlizin əleyhinədir? Axı Zəngəzur dəhlizi Moskvanın da iqtisadi maraqlarına uyğundur...
- Zəngəzur dəhlizi məsələsi 10 noyabr üçtərəfli bəyanatında yer alıb. O vaxtdan xeyli zaman keçsə də, irəliyə doğru əsaslı addım atılmayıb. Ermənistanın məsələni yubatması, prosesdə əngəl törətməsi bəllidir. Amma Rusiya da bunu istəmir. Dəhlizin açılması Rusiyanın strateji maraqlarına və gələcək ambisiyalarına zərbədir. Türk birliyinin formalaşması və güclənməsi İranla yanaşı, Rusiya üçün də kabusdur. Nəticə etibarı ilə Kreml də Azərbaycanın bölgədə daha çox güclənməsində maraqlı deyil. Ona görə də ruslar Zəngəzur dəhlizi məsələsində tələsmirlər. Hətta Gümrü və s. istiqamətlərdə bizə alternativ yollar da təklif edirlər. Ancaq bunu qəbul edə bilmərik. Çünki burada söhbət sadəcə kommunikasiyaların bərpasından getmir. Məhz strateji əhəmiyyətinə görə Zəngəzur məsələsi bizim üçün çox önəmlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-09-2021, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-09-2021, 09:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |