“Doing Business”in Azərbaycana qarşı saxtakarlığı ifşa olundu
Xəbər verdiyimiz kimi, Dünya Bankı ənənəvi “Doing Business” hesabatlarının hazırlanması təcrübəsindən imtina edib. Qurumun mətbuat xidmətinin məlumatına görə, ötən illərdəki hesabatların hazırlanmasında ciddi səhvlərə yol verilməsi müvafiq qərarın qəbul edilməsini şərtləndirib. Bildirilir ki, 2020-ci il 27 avqust tarixində açıqlanmış press-relizdə hesabatda nəticələrin saxtalaşdırıldığı əsas gətirilərək hesabatın nəşri təxirə salınıb.
Qeyd edək ki, bir neçə gündür ki, dünya mətbuatında bununla bağlı müxtəlif rəylər verilir. Bank rəhbərliyinin bəzi ölkələrin (burada Çin nəzərdə tutulur) xeyrinə nəticələrin süni formada yüksəldilməsi göstərişi verdiyi bildirilir.
Məlumatların doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı məlum olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Qafqazinfo”ya bildirib ki, “Doing Business” hesabatında obyektivliyin təyin olunması ilə bağlı araşdırma ötən il aparılıb:
“Bu araşdırmalar nəticəsində məlum olub ki, “Doing Business” hesabatının tərtib olunması zamanı bir çox ölkələrə qarşı qərəzli yanaşmalar özünü göstərib. Azərbaycana qarşı yanaşma isə, tam tərsinə ölkəmizin ziyanına olaraq qəsdən göstəricilərin aşağı salınması, ölkədə olan inkişafı daha zəif göstərilməsi ilə əlaqədar faktlar ortaya çıxarılmışdı. Buna görə də araşdırmaların nəticəsində Azərbaycanın “Doing Business” hesabatında reytinqi bir neçə pillə irəli çəkilmişdi.
Amma burada haqsızlıq sırf Azərbaycana qarşı olub. Ölkədə keçirilən islahatların bir neçəsinin nəzərə alınmaması nəticəsində göstəricilərin bilərəkdən aşağı salınması, reytinqdə ölkəmizin haqq etdiyi yüksək yerin aşağı salınması faktları ortalığa çıxıb. Bu da Azərbaycana qarşı haqsızlıq kimi qiymətləndirilir”.
T. Mirkişilinin sözlərinə görə, belə bir vəziyyətdə Dünya Bankının “Doing Business” hesabatını dərc etməkdən yayınması biznesin daha obyektiv qiymətləndirilməsi üçün yeni hesabatın hazırlanacağı realdır: “Biz də istəyirik ki, yeni hazırlanan reytinqlərdə Azərbaycanın həyata keçirdiyi islahatlar daha düzgün olaraq qiymətləndirilsin. Çünki bu son baş verənlər Azərbaycana qarşı haqsızlıq və həyata keçirilən islahatların bir neçəsinin nəzərə alınmaması idi. Ümid edirik ki, Azərbaycan bir daha belə haqsızlıqla üzləşməyəcək.
Qeyd edim ki, hesabatın araşdırılması ilə bağlı komissiya yaradılmışdı. Komissiyanın yaradılmasından sonra müəyyən olunmuşdu ki, Azərbaycanın göstəriciləri qəsdən reytinqdə aşağı salınıb. Hətta bunun nəticəsində sonradan Azərbaycanın reytinqi 34-cü pillədən 28-ci pilləyə qaldırılmışdı. Bu artıq sübut olunub və Dünya Bankı özü də qəbul etmişdi ki, Azərbaycana qarşı haqsızlıq olub”.
Onun sözlərinə görə, bu məsələnin təkrar gündəmə gəlməsinin səbəbi Dünya Bankının bu hesabatı dərc etməsindən imtina etməsi ilə bağlıdır: “Eyni zamanda, məsələnin gündəmə gəlməsi komissiyanın araşdırmasının nəticəsinə görədir. Çünki imtinanın səbəbləri də göstərildi. Bu səbəblər də komissiyanın apardığı yeni araşdırmanın nəticəsində ortaya çıxıb. Bir daha qeyd edim ki, hesabatda adı çəkilən dörd dövlətdən yalnız Azərbaycana qarşı haqsızlıq edilərək reytinqi aşağı salınmışdı. Digər 3 dövlətin reytinqi isə süni şəkildə şişirdilmişdi”.
Mövzu ilə bağlı deputat Kamal Cəfərov sosial şəbəkə hesabında qeyd edib ki, Dünya Bankının hesabatı ilə tanış olub:
“Dünya Bankının internet səhifəsinə daxil oldum və hesabatı oxudum. Hesabatda qeyd olunur ki, ABŞ-ın “WilmerHale” hüquq firmasının apardığı araşdırmaya əsasən Dünya Bankının top menecerlərindən, bolqarıstanlı Simeon Dyankovun tapşırığına əsasən Azərbaycanın balı 2 bal aşağı salınıb, 3 islahat nəzərə alınmayıb və ölkəmizin daha irəli mövqe tutmaması üçün son anda indeksin metodologiyasını dəyişdirib. Bu səhvini də daxili auditə etiraf edib. Yəni saxtakarlıq Azərbaycana qarşı olub. (səhifə 7, paraqraf 23-25). Dünya Bankı da özünün yüksək səviyyəli əməkdaşlarının bu cür əməllərinə görə bu hesabatdan imtina edir”.
Xatırladaq ki, ötən ilin dekabr ayında Dünya Bankının Daxili Audit strukturları tərəfindən aparılmış müfəssəl diaqnostika nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatındakı mövqeyi daha da yaxşılaşıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.
İlkin hesabatda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə arasında 34-cü olduğu halda, araşdırmadan sonra Azərbaycanın balı 78,5-ə yüksəlib, sıralamada isə ölkəmiz 6 pillə yüksələrək 28-ci olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-09-2021, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-09-2021, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti