Nəhənglər arasında geosiyasi qarşıdurma – Fransa Avstraliya və ABŞ-dakı səfirlərini niyə geri çağırdı?
Fransa ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırır. Səbəb anqlo-sakson dünyasının 3 böyüyü – ABŞ, Böyük Britaniya və Avstraliya arasında yeni müdafiə Paktının (AUKUS) təsis olunması və bu çərçivədə əldə olunan razılaşmalardır.
İlin hadisəsi olan bu tarixi əhəmiyyətli anlaşma strateji mənada Çinə qarşı yönəlsə də, cari mərhələdə zərbəsi Fransaya dəyib. Zərbə sözü bəlkə də bu kontekstdə yumşaq səslənir, Fransa özü bunu müttəfiqləri tərəfindən arxadan bıçaqlanmaq kimi qiymətləndirir.
Hadisəni şərh edən siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, söhbət hələ 2016-cı ildə Fransa hərbi sənayesi (Naval Group) tərəfindən Avstraliya hərbi dəniz donanması üçün 12 ədəd submarina tikintisini nəzərdə tutan müqavilənin ləğv olunmasından gedir: “Müqavilənin dəyəri 90 milyard Avstraliya dolları (66 milyard ABŞ dolları) təşkil edirdi və uzaq Okeaniya ölkəsi tarixinin ən bahalı hərbi anlaşması idi. Bu, Fransa üçün də olduqca mühüm sövdələşmə idi - təkcə sualtı qayıqların tikintisini deyil, onlar üçün infrastrukturun qurulmasını, texniki xidməti, ekipajların hazırlanmasını da əhatə edən 50 illik sifariş idi. Fransada bu anlaşma “Əsrin müqaviləsi” adlandırılırdı. Lakin Avstraliya hökuməti müqavilədən imtina edərək fransızları şoka saldı”.
Ekspert vurğulayır ki, əslində Avstraliya dövləti okeandakı hərbi donanmasını gücləndirməkdən vaz keçmir: əksinə, ABŞ və Britaniyanın köməyi ilə atom sualtı qayıqlarından ibarət donanma yaratmaq barədə strateji qərar qəbul edib.
“İki müttəfiqinin texnoloji və konsultativ yardımı ilə Avstraliya 8 ədəd atom sualtı qayığı inşa edəcək. Bu tip qayıqlar dünyada cəmi 6 ölkədə var: onlar adi sualtı qayıqlardan fərqli olaraq, çox sürətlə hərəkət edir və düşmən tərəfindən aşkarlanması çətin olur. ABŞ indiyədək bu sahədəki texnologiyasını yalnız bir ölkə - 1958-ci ildə Britaniya ilə bölüşüb”. -deyə təhlilçi əlavə edib.
AUKUS Paktı ümumilikdə 3 dövlətin hərbi-sənaye komplekslərinin inteqrasiyasını, texnoloji, o cümlədən kvant texnologiyaları sahəsində mübadiləni, süni zəka sahəsində birgə çalışmaları, daha sıx kəşfiyyat informasiyaları mübadiləsini və ABŞ-ın Avstraliyada hərbi mövcudiyyətinin genişləndirilməsini nəzərdə tutur. ABŞ-ın hər növ döyüş təyyarələri rotasiya qaydasında Avstraliyada olacaq, artıq bunun maddi-texniki bazası hazırdır.
Ş. Cəfərlinin sözlərinə görə, bütün məlumatların analizi onu göstərir ki, Vaşinqton Avstraliyanı Sakit okean regionunda Çinə qarşı mübarizənin bastionuna çevirir: “Avstraliyanın isə qlobal geosiyasətin mərkəzi halına gəlmiş regionda orta çaplı derjavadan aparıcı derjavaya çevrilmək ambisiyası hiss olunur. Yeni sualtı qayıqlar qanadlı raketlərlə təchiz ediləcək və hazır olduqdan sonra ABŞ gəmiləri və qayıqları ilə birlikdə Çinin ətrafında – Cənubi Çin dənizində və Tayvan boğazında üzməyə başlayacaqlar.
Tayvan demişkən, Avstraliyanı gücləndirməkdə əsas məqsədlərdən biri də Tayvanın müdafiəsidir. Məlumdur ki, Çin Kommunist Partiyası Tayvanı öz torpağı sayır və onu “ana vətən”ə birləşdirmək üçün hərbi gücə əl ata biləcəyini də gizlətmir. (Tayvandakı Çin Respublikasını vətəndaş müharibəsində kommunistlərə məğlub olaraq bu adaya qaçan Çan Kayşi və tərəfdarları yaradıb.)
Tayvanın hərbi-strateji, eləcə də ABŞ liderliyi baxımından simvolik əhəmiyyəti böyükdür, əgər Çin kommunist-totalitarizmi buranı ələ keçirə bilsə, bu o deməkdir ki, ABŞ erası başa çatdı. Bundan başqa, Tayvanın önəmini artıran daha bir amil yarımkeçiricilər sahəsində dünya lideri olan şirkətin (Taiwan Semiconductor Manufacturing Company - TSMC) bu ölkəyə məxsus olmasıdır. Pandemiyadan sonra, eləcə də avtomobil sənayesinin mikrosxemlərə tələbatı kəskin artdığından bir müddətdir ki, dünyada bu sahədə defisit yaranıb. Çin bu defisiti xüsusilə hiss edir, çünki ABŞ-ın basqısı ilə TSMC və digər nəhəng çip istehsalçısı olan “Samsung” çinlilərə mikrosxemlərin verilməsini dayandırıb. Çin ciddi texnoloji tərəqqiyə nail olsa da, yarımkeçiricilər sahəsində geri qalır.
Balaca ada-dövlətin özəl qurumu olan TSMC hazırda 600 milyard dolları ötən kapitalizasiyası ilə Asiyanın ən dəyərli şirkətidir. ABŞ regionda böyük hərbi qruplaşma saxlasa da, bunların Çinlə ehtimal olunan savaş ssenarilərində yetərsiz qalacağı məlumdur, bu səbəblə bilavasitə bölgə dövlətləri arasında yardımçı güc kimi Çini balanslaşdıracaq və çəkindirəcək müttəfiqlərin varlığı ABŞ üçün həyati məsələdir.
Bu məqsəd üçün Avstraliya ilə bərabər Yaponiya da düşünülür. Burada önəmli məqam ondan ibarətdir ki, adı çəkilən ölkələr ABŞ-ın təzyiqi ilə bu işə getmir, Tayvanın ÇXR tərəfindən işğalını və ümumilikdə Çinin ehtimal olunan hegemoniyasını özləri üçün ekzistensial təhdid saydıqları üçün buna qarşı ABŞ-la bərabər hərəkət etmə ehtiyacı duyurlar. Ümumiyyətlə, Çinin əsas problemi müttəfiqsiz olması, regionda onun dirçəlişindən narahat olan ölkələrin çoxluğudur. Avstraliya, Yaponiya və Tayvandan başqa, Vyetnam, Filippin, Malayziya və Bruneyin də Çinlə problemləri var. Regionun güclü dövlətlərindən Cənubi Koreya da ABŞ-la müttəfiqdir. Bu ölkələr Çin əndişəsi ilə həm ABŞ-la, həm də bir-biri ilə əməkdaşlığı gücləndirirlər. Məsələn, bir neçə gün əvvəl Yaponiya ilə Vyetnam arasında hərbi texnologiyalar və silahlanma sahəsində əməkdaşlığa dair müqavilə imzalandı. Bundan öncə - avqustun axırında ABŞ-ın vitse-prezidenti Kamala Harris Vyetnama və Sinqapura səfər edərək Çin əleyhinə sərt bəyanatlar səsləndirdi”.
ABŞ-Fransa münasibətlərindəki problemlərə qayıdan ekspert, Vaşinqtonun Parisə qarşı bu addımının səbəbləri barədə bir çox ehtimalların olduğunu qeyd edib: “Təməl səbəb əlbəttə ki, Çinlə strateji rəqabətdə ABŞ-ın daha etibarlı müttəfiqlərə ehtiyac duymasıdır. Uzaq keçmişdə Fransa amerikalıların ingilislərə qarşı Müstəqillik müharibəsində onlara hərbi dəstək verməklə ABŞ dövlətinin yaranmasında böyük rol oynayıb, “Luiziana alışı” ilə də bu yeni dövlətə “su qiymətinə” 2,1 milyon kv. km ölçüdə nəhəng ərazilər satıb - əslində bağışlayıb.
ABŞ da öz növbəsində 2-ci dünya müharibəsində Fransanı nasizmdən xilas edərək və sovet-rus kommunizmini Avropanın qərbinə buraxmayaraq, bir növ, borcundan çıxıb. Lakin Şarl de Qollun dövründə Fransanın ABŞ-ın siyasi, hərbi və kultural hegemoniyasına qarşı siyasət aparmağa başlaması, NATO qərargahını ölkədən qovması, NATO-nun hərbi qanadından çıxması yaddaşlarda təzədir. General Qolldan sonra da günümüzə qədər qollist fəlsəfə - milli suverenliyin prioritetliyi və onu qorumağın əsas şərti kimi ABŞ eqosentrizminə müqavimət Fransa xarici siyasətinin ana xətti olaraq qalır. 2003-cü ildə Fransanın ABŞ-ın İraq əməliyyatına qarşı çıxması iki ölkə arasında soyuqluq yaratmış, hətta ABŞ Fransadan idxalatı azaltmış və Parisi ziyarət edən amerikalı turistlərin sayıda azalma olmuşdu.
ABŞ-ın mədəni təsirləri fransız kültürünü daha elit, seçkin və ümumbəşəri hesab edən Fransa siyasətçiləri və mədəni elitasında hər zaman qıcıq doğurub, hətta dövləti bəzən əks tədbirlərə sövq edib. Məsələn, bununla əlaqədar 1983-cü ildə sosialist hökumətin dövründə keçirilmiş Sorbonn kollokviumu məşhurdur. Günümüzdə də Fransada bu baxış və yanaşmalar qalmaqdadır. NATO-dan kənar Avropa ordusunun yaradılması ideyasının Paris tərəfindən dəstəklənməsi, Makronun “NATO-nun beyin ölümü gerçəkləşib” bəyanatı buna misaldır”.
Şahin Cəfərlinin sözlərinə görə, ABŞ-ın “Şimal axını-2” məsələsində Almaniya ilə tez-tələsik razılığa gəlməsinin səbəblərindən biri də məncə, bu məsələ - yəni AUKUS proyektinin hazırlanması olub.
“Avstraliyanın Fransa ilə müqaviləyə birtərəfli xitam verməsinin Prasidə dərin məyusluq və qəzəbə səbəb olacağını bilən ABŞ, belə görünür ki, bu mərhələdə Almaniyanı da incitmək istəməyib və Putinlə alverində Merkelə mane olmamağa qərar verib. Çünki eyni anda həm Almaniyanı, həm də Fransanı narazı salmaq ABŞ-ın Avropadakı maraqları baxımından ciddi risklər yarada bilərdi. Birini “kötəkləyərkən” o birinə “kökə” vermək lazım idi. Fransa hər nə qədər ABŞ tərəfindən arxadan xəncərləndiyini düşünsə də, bu ölkə ilə əlaqələri qırmaq lüksünə sahib deyil, aralarında çox dərin iqtisadi və sivilizasion bağlılıq var. Lakin “xəncər yarası”nın izi tez silinmir və son hadisə Fransada ABŞ-a qarşı etimadsızlığı artırıb”,-deyə təhlilçi əlavə edib.
Ekspert qeyd edir ki, Əfqanıstandakı fiaskodan sonra ABŞ-ın bu mühüm geopolitik həmləsi onu “dəfn etməyin” hələ tez olduğunu göstərir: “Gələn həftə isə Vaşinqtonda Quad formatında görüş - ABŞ, Avstraliya, Yaponiya və Hindistan liderlərinin zirvə toplantısı keçiriləcək. Bu dördtərəfli təhlükəsizlik dialoqu formatı da Hind-Sakit okean regionunda Çini balanslaşdırmağa və çəkindirməyə yönəlmiş təşəbbüsdür”.(Azpolitika)
Paylaş:
Müəllif : Fuad
Tarix:18-09-2021, 13:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-09-2021, 13:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01