Laçın təlimləri bir mesajdır: - “Bu birlik hər an düşmənlərə qarşı çevrilə bilər”
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən sentyabr ayının 6-dan Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Bundan əlavə olaraq, təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.
Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya Laçın döyüşlərini şərh edən zaman bildirib ki, hərbçilərimizin əllərindəki silahlar hələ ki, təlim üçün istifadə edilir, amma bu silahlar hər an bizi hədələyən, torpağımıza göz dikən, bizi zəif sanıb üstümüzə gəlmək istəyən düşmənlərə qarşı çevrilə bilər.
“Azərbaycan və Türkiyə hərbçilərinin bütün təlimlərini çox yüksək qiymətləndirirəm. Amma Laçında keçirilən bu təlimin xüsusi bir əhəmiyyəti olduğunu düşünürəm. Həm də bu təlimin bir mesaj olduğunu zənn edirəm. Çünki Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Qubadlı, Zəngilan ərazilərində təxribatlarla ilə qarşılaşırıq və gələcəkdə də qarşılaşma ehtimallarını görürük. Bu ərazilər, xüsusən sülhməramlılara yaxın olan hissələr çox həssas bölgələrdir. Biz tez-tez sülhməramlıların kürəyi arxasında gizlənən qanunsuz birləşmələrinin hücumlarının, atəş açmalarının şahidi oluruq.
Bu təlimlərdə həm Azərbaycana, həm Türkiyəyə göstərmək istəyirlər ki, biz birlikdəyik, hərbi birlikdəliyimiz var və Azərbaycan ona qarşı yönəlmiş bütün təxribatlara cavab verməyə qadirdir.
Azərbaycan cavab verəcəyi təqdirdə hər an Türkiyə bizim yanımızda olacaq və hərbi dəstək olacaq”.
Siyasi şərhçi onu da qeyd edib ki, baxmayaraq ki, Türkiyənin Azərbaycanda hərbi bazası yoxdur, amma iki ölkə arasında bağlanmış çoxsaylı müqavilələr və sonuncu Şuşa Bəyənnaməsi tam olaraq imkan verir ki, Azərbaycana qarşı hərhansı bir hərbi təcavüz olacağı təqdirdə Türkiyə öz qardaş ölkəsi olan Azərbaycanı müdafiə etsin.
“Bunun ən yüksək şəkildə icra ediləcəyi isə heç kim şübhə doğurmamalıdır. Hesab edirəm ki, bu təlimlərin gələcəkdə genişləndirilməsinə, Pakistanın və müxtəlif türkdilli dövlətlərin təlimlərə qoşulmasına ehtiyac var. Hazırda Pakistanla bu barədə danışıqlar aparılır, görüşlər keçirilir. Bu təlimləri, görüşləri, müzakirələri genişləndirib bu birliyin hərbi qurumunu yaratmaq lazımdır”.
Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2021, 13:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2021, 13:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26