“İran, Rusiya və Fransa Cənubi Qafqazda Ermənistana eyni mövqedən yanaşır” - FAKT BUDUR!
İran Prezidenti İbrahim Rəisi və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Məlumata görə, prezidentlər iki ölkə arasında ikitərəfli və regional əməkdaşlığa dair yeni səhifə açmaq barədə razılığa gəliblər. Telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlər, nüvə razılaşmasının tam şəkildə həyata keçirilməsi və ABŞ-ın razılaşmaya qayıtması da müzakirə edilən məsələlərdən olub.
İran Prezidenti isə Tehranla Paris arasındakı əlaqələrin, xüsusilə iqtisadi və ticarət sahələrindəki əlaqələrin güclənməsinin zəruri olduğunu, Avropa ilə qurulacaq əlaqələri bilavasitə Fransa ilə başlamağa hazır olduqlarını ifadə edib.
İbrahim Rəisi və Makron həmçinin Livanda yeni qurulacaq hökumətlə bağlı da danışıqlar aparıb və Rəisi İran, Fransa və “Hizbullah”ın dəstəyi ilə Livanda güclü bir hökumətin qurula biləcəyini bildirib.
“Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri, iranşünas-politoloq Sədrəddin Soltan mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.
Sədrəddin müəllim, İran və Fransanın bu əməkdaşlığını necə başa düşmək olar? Yəni bu əməkdaşlıqda əsas məqsəd nə ola bilər?
– Fransa Avropa ölkələri və Qərb bloku arasında Şərq ölkələri ilə daha mülayim davranan yeganə yeddilik ölkəsidir. Yəni ABŞ-dan, Almaniyadan, Britaniyadan fərqli olaraq Fransa həmişə Şərqlə “oynamaq” istəyib və ənənəvi olaraq Şərq də Fransa ilə yaxın olub. Odur ki, Fransa ilə İran arasında ötən dövr ərzində elə bir ziddiyyətli məqam da olmayıb. Məsələn, Ayətullah Xomeyninin Fransada sığınacaq əldə etməsindən tutmuş, sonrakı dövrə qədər Fransa İrana qarşı tətbiq edilmiş sanksiyalara baxmayaraq, ona qarşı mülayim davranıb və münasibətlərdə kəskinlik olmayıb. Məsələn, Böyük Britaniya ilə İran arasında bankların bağlanması, səfirlərin qarşılıqlı olaraq deportasiya edilməsi ilə bağlı addımlar atılıb, amma Fransa ilə İran arasında belə bir kəskin addımlar atılmayıb. Üstəlik, Fransa ilə İranın ortaq problemləri də var. Məsələn, Livanda hökumət müsəlmanlar və xristianların iştirakı ilə qurulur. Müsəlmanlar hissəsi “Hizbullah” adı ilə İrana bağlı olduğu kimi, xristianlar da daha çox Fransanın himayəsi altında olur. Ona görə, Fransa ilə İran arasında müzakirə olunacaq məsələlərdən biri də Livan məsələsidir. Yəni, bu ölkələri həm yaxınlaşdıran, həm də ziddiyyətli məqama gətirib çıxaran məsələlərdən biri də Livan məsələsidir. Son günlər isə Livanda vəziyyətin gərginləşməsi, “Hizbullahın” İsrailə qarşı yeni bəyanatları və davranışı Livanda vəziyyəti gərginləşdirib, “Hizbullah”a və İrana qarşı etirazları artırıb. Belə bir şəraitdə təbii ki, İran hökumətinin başçısı Fransa dövlətinin başçısı ilə bu istiqamətdə danışıqlar aparmağa cəhd göstərir. Həmçinin, İran həm də Fransa vasitəsi ilə yeddilik ölkələrinə çıxış əldə etməyə cəhd edir. Düzdür, bunu İtaliya vasitəsi ilə də edə bilər, lakin Fransa həm də Avropa İttifaqının (Aİ) lider dövləti olduğundan, daha çox bunu Fransa vasitəsi ilə həyata keçirməyə cəhd göstərir. Amma əsas məsələlərdən biri İrandakı hakimiyyət bölgüsü ilə bağlıdır. Məlum olduğu kimi, İbrahim Rəisi İranda söz sahibi deyil. Ölkənin əsas söz sahibi Ayətullah Seyid Əli Xameneidir. İbrahim Rəisi isə yalnız icraedici şəxsdir. Yəni, ona Makronla danışmağı əmr ediblər, o da danışıb. Onun da nəticələrini müzakirə edib, sonrakı mərhələlərdə addım atacaqlar.
İkinci bir tərəfdən, müzakirə və danışıqların əsas mövzularından biri Əfqanıstan, Suriya və İraqla bağlıdır. Bildiyiniz kimi, Əfqanıstanda yeni şərait yaranıb. Fransa beynəlxalq koalisiyanın üzvü olduğu üçün bu ölkələrdə iştirak edib. İndi bütün ölkələr Əfqanıstandan çıxır deyə, növbəti addım “Taliban”la necə davranmaqla bağlı olacaq. Çünki “Taliban” Avropa İttifaqi ilə, Avropa İttifaqı isə “Taliban”la münasibətlər qurmağa hazır olduğunu bildirib. G-7 ölkələri də perspektivdə “Taliban”la əməkdaşlıq edəcək. Odur ki, İran da ola bilsin ki, Fransanın təmsil olunduğu blokda “Taliban”la bağlı öz həmkarlığını təqdim edə bilər. Yəni adi diplomatik danışıqlardır. İrana qarşı sanksiyaların götürülməsi və.s deyil.
Fransa həm də İran vasitəsi ilə Cənubi Qafqaz regionuna daxil olub Ermənistana dəstəyini artırmaq, həmçinin proseslərə müdaxilə etmək istəyə bilərmi?
– 44 günlük müharibə dövründə Fransa, Rusiya və İranın təbliğat maşını Azərbacana qarşı eyni informasiyalarla işləyirdi. Rusiyanın təbliğat maşını Azərbaycanda terrorçu qruplaşmaların olduğunu deyir, İran və Fransa rəsmiləri də eynisini təkrarlayırdı. Bu, onu göstərir ki, İran da, Rusiya da, Fransa da Cənubi Qafqazda Ermənistana eyni mövqedən yanaşırlar. Ola bilər ki, perspektivdə bu ölkələrin Ermənistanla əməkdaşlığı buna rəvac versin, lakin bütün hallarda indiki şəraitdə elə bir addım atılmayıb. Amma perspektivdə hər şey mümkündür, çünki 3+3 regional əməkdaşlıq məsələsi var ki, orada Rusiya da, İran da iştirak edir. Geridə Fransa qalır. Fransa isə region ölkəsi olmadığı üçün və regiona bu istiqamətdə hər hansı təsiri olmadığından iştirak edə bilmir. Amma Fransa ATƏT-in Minsk qrupunun keçmiş həmsədr ölkələrindəndir. Ona görə, bu istiqamətdə də onların oxşar mövqdən əməkdaşlıq edəcəyi istisna deyil. Çünki 44 günlük müharibənin təcrübəsi də bunu göstərir ki, Azərbaycanın dostları bir blokda, Azərbaycana qarşı olanlar isə digər bir blokda idi.
Məlum olduğu kimi, Fransa Rusiya və ABŞ-la yanaşı ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir və Birləşmiş Ştatlarla birgə Qarabağdakı proseslərdən kənarda qalıblar. Fransanın həm də sülhməramlı missiya kimi Qarabağa daxil olmaq, bununla Rusiyanı cəzalandırmaq və ya regionda söz sahibi olmaq kimi istəyi ola bilərmi?
– Rusiya əvvəldən də elan elədi ki, sülhməramlıların tərkibini artırmağı istisna etmir. Yəni başqa ölkələr də BMT-nin bayrağı altında bu missiyada iştirak edə bilərlər. Yəni, bununla həm məsuliyyəti bölüşür, həm də Azərbaycana daha çox beynəlxalq qüvvələrin yeridilməsinə cəhd göstərib, təzyiq mexanizmini artırır. Əslində isə bütün bunlar “gözdən pərdə asmaq”dır. Rusiya Qarabağa özüdən başqa heç bir xarici ölkənin sülhməramlısının yerləşdirilməsini istəmir. Çünki bu, o anlama gələr ki, Rusiya Azərbaycanda və Cənubi Qafqazda tutduğu mövqeyi hansısa dövlətlərlə bölüşür. Bunu Rusiya edərmi? Təbii ki yox! Çünki Rusiya bunu etmək istəsəydi, Dnestryanı bölgədə, Cənubi Osetiyada, Abxaziyada və digər işğal etdiyi ərazilərdə də edərdi. Təbii ki, Rusiya bu addımı heç vaxt atmaz. Amma bütün hallarda Fransa bölgəyə Ermənistan vasitəsi ilə daxil olmaq istəyir. Çünki Fransa həm də lobbi və diasporanın maraqlarının təmsilçisidi. Çünki erməni diaspor və lobbisi Fransa vasitəsi ilə Ermənistanda bir sıra məsələlərə dəstək verir, hətta Qarabağda qurulmuş nəhəng istehkam qurğularının hazırlanmasında Fransa mütəxəssislərinin iştirakı məlumdur. Müharibə vaxtı atəşkəs barəsində sənəd imzalanada da Rusiya rəsmiləri bəyan elədilər ki, məsələ ilə bağlı Fransanı məlumatlandırıblar. Bu isə onu göstərir ki, Fransanın bölgədə baş verən hadisələrdən xəbəri var. Amma inanmıram ki, Fransa yenidən bu məsələyə maliyyə yardımı ayırıb, özünə yenidən problem yaratsın. Fikrimcə, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi çərçivəsində fəaiyyətini davam etdirmək istəyəcək və bundan artığı ona heç lazım da deyil.
Sizcə Qarabağda sülhməramlı ölkələrin sayının artması Azərbayacana sərf edərmi? İndiki məqamda buna ehtiyac varmı?
– Təbii ki, yox! Azərbaycana heç bir halda Rusiya da daxil olmaqla, öz ərazisində sülhməramlı bir əsgərin, bir hərbçinin yerləşməsi belə, sərf eləmir. Sadəcə olaraq, şərait elə gətirib ki, Rusiyanın yerləşməsindən başqa Azərbaycanın variantı olmayıb. Əslində, Azərbaycan Xankəndini də, Xocavəndi də, Xocalını da işğaldan azad etmək ərəfəsində idi. Bu ərəfədə də atəşkəs barəsində sənəd imzalandı və sənəddə də Rusiya sülhməramlılarının 5 il müddətinə yerləşməsi nəzərdə tutuldu. Həmçinin, bəyanatın 4-cü maddəsində nəzərdə tutulub ki, rus sülhməramlarının yerləşdiyi ərazilərdən erməni silahlı birləşmləri çıxarılmalıdır. Lakin bu maddə icra edilmir. Belə olan şəraitdə Azərbaycan hansı sülhməramlının bölgəyə yerləşdirilməsinə razılıq verər? Azərbaycana nə üçün sülhməramlı qüvvələr yerləşdirilməlidir?
Ümumiyyətlə, Azərbaycanda sülhməramlıların yerləşdirilməsinə ehtiyac var idimi?
– Təbii ki, yox idi. Çünki Azərbaycanın iki vətəndaşı arasına xarici qüvvənin yerləşdirilməsi, həmin erməni olan Azərbaycan vətəndaşlarının Azərbaycandan qopmasına xidmət edir. Bu sülhməramlıların əsas missiyası Azərbaycan vətəndaşı olan erməniləri Azərbaycan hakimiyyətinə və Azərbaycana bağlamaq olmalıdır, nəinki, azərbaycanlılarla ermənilərin arasına girib, onları Azərbaycandan uzaqlaşdırmaq və hansısa oyunlar qurmaq. Deməli, sülhməramlılar Azərbaycan vətəndaşı olan erməniləri Azərbaycandan uzaqlaşdırmağa xidmət edir. Ona görə də əlavə xarici ölkələr gəlsə belə, onlar da həmin missiyanı yerinə yetirəcəklər. Ona görə də Azərbaycana xarici ölkələrin istənilən sülhməramlı missiyasının yerləşməsi, Azərbaycan dövlətinə, onun suverenliyinə və müstəqilliyinə zərbədən və ziyandan başqa heç bir xeyir gətirmir və gətirməyəcək də.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-09-2021, 16:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-09-2021, 16:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01