Ruslar rəsmi Bakının da SƏBRİNİ DAŞIRIB... - NƏ ETMƏLİ?
10 noyabr 2021-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra rəsmi Bakının icazəsi ilə Azərbaycanın Qarabağ bölgəsinə, 5 illik müddətə daxil olmuş Rusiya sülhməramlıları ilə bağlı ictimaiyyətdə narahatlıq və narazılıq artır.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-sinin suallarına cavab verərkən sülhməramlı mövzusundan da bəhs edib. “Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə ”müəyyən müzakirələr hələ davam edir" - deyə, dövlət rəsmisi bildirib. H.Hacıyev Qarababda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib. Hacıyevin sözlərinə görə, 10 noyabr üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün “siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni” müəyyən edib. “Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir”. H.Hacıyevin “...müəyyən müzakirələr hələ davam edir” fikri xüsusilə diqqət çəkir. Bir sıra ekspertlər hesab edir ki, Rusiya bölgədəki sülhməramlıların statusunun həllində maraqlıdır, hətta bəzi hallarda təzyiqlərin olması, qırmızı xətdən kənara çıxmalar bununla izah olunur. Dövlət rəsmisinin də sözlərindən ortaya çıxan qənaət budur ki, Rusiya sülhməramlılarının legitimlik problemi var.
Bəs ekspertlər nə düşünür, müzakirələrin aparılması sülhməramlıların qalması, yoxsa vaxtından əvvəl getməsi üçündür? Cəmiyyətdə və siyasi kuluarlarda sülhməramlılarla bağlı iki fikir var: Birincilər deyir ki, Rusiya tezliklə və asanlıqla sülhməramlı kontingenti Qarabağdan çıxarmaz. İkinci yanaşma müəlliflərinin fikrincə, Rusiya sülhməramlıları vaxtından əvvəl çıxacaq Qarabağdan. Yaxud ən pis halda 5 ildən sonra çıxıb gedəcəklər. Bəs cənab Hacıyevin dediyi “müzakirə” bu ikisindən hansının xeyirinədir?
Politoloq Elçin Mirzəbəyli bu mövzu ilə bağlı “Yeni Müsavat”a maraqlı fikirlər söylədi: “Hikmət Hacıyevin 10 noyabr bəyanatının müddəalarına uyğun olaraq, etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərində müşahidə aparan Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər, rəsmi Bakının mövcud reallıqları nəzərə almaqla suveren hüquqlarının üzərinə kölgə sala biləcək bütün ehtimallara qarşı önləyici addımlar atdığını bir daha təsdiqləyir. Hikmət Hacıyevin Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı müəyyən müzakirələrin aparıldığı barədə fikirlərinə gəldikdə isə qənaətimə görə, bu, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən bir yanaşmadır və Azərbaycan ərazilərində müşahidə aparan Rusiya sülhməramlıları ölkə konstitusiyasının, həmçinin digər hüquqi-normativ aktların tələblərindən kənara çıxa bilməzlər. 10 noyabr bəyanatında sülhməramlıların vəzifə və öhdəlikləri ilə bağlı çərçivə müəyyənləşməyib. Bunu başa düşmək olar. Çünki bəyanatın imzalandığı zaman kəsiyində bu kimi məsələlərin detallı həlli üçün imkanlar yox dərəcəsində idi. İndi isə bütün məsələlərin, o cümlədən sülhməramlıların fəaliyyətinin hüquq çərçivəsinə salınması zərurəti var. Rusiya sülhməramlılarının Azərbaycan ərazində mövcudluğunun legitim əsaslarını 10 noyabr 2020-ci il bəyanatı müəyyənləşdirir. Bəyanatı isə məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri imzalayıb və qeyd olunan sənəd beynəlxalq hüquqi status daşıdığı üçün burada yer alan müddəaların, o cümlədən sülhməramlılarla bağlı müddəaların legitimliyi barədə müzakirə açmaq doğru olmazdı. Çünki qeyd etdiyim kimi, 10 noyabr bəyanatı dövlətlərarası sənəd kimi hüquqi baxımdan legitimdir və ola bilməz ki, sənədin bir müddəası legitim, digəri isə qeyri-legitim olsun”.
Politoloq xüsusilə qeyd etdi ki, beynəlxalq hüquqda sülhməramlı qüvvələrlə bağlı konkret konvensiya yoxdur, hüquqi əsas yaradan qətnamələr və digər president yaradan sənədlər var: “Öz ərazilərində başqa dövlətin sülhməramlı qüvvələrinin yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan Respublikasının müstəsna hüququdur və beynəlxalq statuslu hüquqi sənədlərdə bu hüququ məhdudlaşdıran heç bir müddəa yoxdur. Bununla yanaşı, qeyd edim ki, sülhməramlı missiyaların fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının 1325 (2000-ci il), 1612 (2005-ci il), 1674 (2006-cı il) saylı qətnamələri və BMT-nin sülhün qorunması ilə bağlı əməliyyatlarının prinsip və istiqamətləri, ”Ümumi doktrina"sı ilə tənzimlənir. Sözügedən sənədlər beynəlxalq hüquqi norma və prinsip sayıldığı üçün mandatından asılı olmayaraq, bütün sülhməramlı missiyalar üçün eyni qaydada hüquqi qüvvəyə malikdir. Bu prinsiplərə görə, sülhməramlılar ərazisində olduqları dövlətlərin qanunlarına istisnasız olaraq əməl etməli və icrasına görə məsuliyyət daşımalıdırlar. Lakin Rusiya sülhməramlılarının son günlər sərgilədiyi bir çox davranışlar Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Onlar nəinki etnik erməniləri Azərbaycan qanunlarına əməl etməyə dəvət etmir, hətta bu qanunların pozulmasına hərbi cinayətkarlar və separatçılar üçün əlverişli şərait yaradırlar".
E.Mirzəbəylinin qənəatincə, Rusiya sülhməramlılarının bu davranışları Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurur və onların missiyasına olan etimadsız münasibəti daha da gücləndirir: “Bu baxımdan, Rusiya sülhməramlılarının beynəlxalq hüququn onların missiyaları ilə bağlı norma və prinsiplərinə uyğun fəaliyyəti təmin edilməli, ya da sülhməramlıların Azərbaycan Respublikasının ərazisindəki fəaliyyətini tənzimləyən ayrıca sənəd imzalanmalı, bu sənəddə onların Azərbaycan qanunlarına uyğun fəaliyyət göstərmələri bir vəzifə olaraq göstərilməlidir. Subyektiv qənaətimə görə, aparılan müzakirələrin əsas predmetlərindən biri də Rusiya sülhməramlılarının səlahiyyət çərçivələrinin dəqiq şəkildə müəyyənləşdirilməsi ola bilər”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Prezident Administrasiyasının rəsmisinin Rusiya sülhməramlılarının statusu və bölgədəki rolu ilə bağlı cəmiyyətimizi narahat edən vacib məqama toxunması həm daxili, həm də bu məsələdə çox səbrsizlik nümayiş etdirənlərə, xüsusən ruslara bir mesajdır: “Şəxsi düşüncəmə görə, məhz rusların müvəqqəti yerləşdikləri ərazilərdən Azərbaycan Ordusunun mövqelərinə erməni silahlı tör-töküntülərinin ara-sıra, amma çox rahat və çəkinmədən atəş açması elə-belə məsələ deyil. Qorxaq və müti erməni heç vaxt belə cəsarətin sahibi olmayıb və bundan sonra da onda bu cəsarət olmayacaq. Onlara ”yaşıl işıq" yandıran və “dobro” verən, özü görünməsə də, naxələf əməlləri açıq-aydın görünən məhz həmin mavi dəbilqəlilərdir. Burada bəzi görünən və görünməyən məsələlər var ki, onların içərisində Rusiya sülhməramlılarının yerləşdikləri ərazidə qalmalarını tezliklə legitimləşdirmək və buna hüquqi don geyindirmək cəhdləridir".
Polkovnik bir məsələyə diqqət çəkdi: “Başa düşürəm ki, ortada 3 ölkənin rəsmilərinin imzası olan 10 noyabr 2020-ci il bəyannaməsi var. Amma o sənəd beynəlxalq aləmdə rusların sabah sığortalanması üçün kifayət etmir və etməyəcək. Ona görə də ruslar bəzi addımları ilə çalışırlar ki, ermənilərin əli ilə müəyyən proseslərə təsir göstərsinlər. Faktiki olaraq bu missiya Rusiya Silahlı Qüvvələri üçün ən uğursuz və qısamüddətli olacaq. Günahı da özlərində axtarmalıdır şimal qonşumuz. Biz onlara şərait yaratdıq, amma onlar üzərinə düşən ən vacib məqamı yerinə yetirmir və problemlərin kökündə də məhz bu amil durur. Bu da bilərəkdən edilir. Onlar özlərini çox ”ağıllı" hesab edirlər. Amma belə gedişlə yaxın aylarda biz tamam başqa mənzərənin şahidi olacağıq. Mənə qəribə gələn odur ki, məgər Rusiya tərəfi guya görmür ki, son vaxtlar Azərbaycan cəmiyyətində, eləcə də dünyanın ağıllı dairələrində rusların sülhyaratma missiyasının nüfuzunun günbəgün deyil, saatbasaat aşağı düşməsi prosesi gedir, görürlər və bilirlər. Belə gedişlə, onlar çox tez vaxtda bölgədən çıxmalı olacaqlar. Buna onları Azərbaycan xalqı məcbur edəcək. Onlar düşünür ki, biz onlara 5 il şans tanımışıq və hələ vaxtları var. Mənsə əksini düşünürəm. Bir neçə belə biabırçılıq olacaqsa, sülhməramlıların müvəqqəti məskunlaşdıqları ərazilərdə, necə deyərlər, ivanlar şələ-şülələrini hazırlaya bilərlər Rostova və ya Moskvaya qayıtmağa. Bu uzun müddət belə davam edə bilməz". Ü.Cəfərov dövlət rəsmisinin açıqlamasını təsadüfi hesab etmir: “Prezident Administrasiyasının rəsmisi hörmətli Hikmət Hacıyevin də diplomatik formada bu məsələni indi dilə gətirməsi o anlama gəlməlidir ki, məsələ ən yüksək səviyyədə diqqətdədir və Rusiya tərəfi bəyannamədə qeyd olunanları yerinə yetirməlidir və sonra digər məsələlər müzakirə oluna bilər. Vaxt get-gedə daralır və sülhməramlıların bölgəyə gəlmələrinin 1 ili tamamlanır. Ən önəmli və ən vacib məsələ-erməni silahlı dəstələri hələ də ortalıqda sülənir və aranı qarışdırmaqla məşğuldurlar. Azərbaycan cəmiyyəti isə təkidlə soruşur: nə vaxta kimi? Belə gedişlə, Rusiya sülhməramlılarının da erməni təxribatları nəticəsində canlı qüvvələrindən itki verəcəkləri qaçılmaz olacaq. Yəqin ki, onlar bunu da çox arzulayırlar ki, öz uzaqgedən məqsədlərini həyata keçirmək üçün addımlar atsınlar. Baş verə biləcək hadisə və ya hadisələrə görə ən böyük məsuliyyət məhz Rusiya və Ermənistanın üzərində olacaq və olmalıdır”.
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a dedi ki, 10 noyabr razılaşmasına əsasən, Azərbaycan sülhməramlı missiyanın bölgədə fəaliyyətinə razılıq verib: “Razılaşmaya əsasən, növbəti mərhələdə sülhməramlı missiyanın mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə müzakirələr aparılmalı idi ki, bu gün həmin müzakirələr davam edir”. Sülhməramlı missiyanın fəaliyyətinə gəldikdə, millət vəkili qeyd etdi ki, bu məsələyə Prezident İlham Əliyev də münasibət bildirib: “Missiyanın 5 ili tamam olduqdan sonra onun fəaliyyətini davam etdirməsi tərəflərin razılığından, əldə olunan nəticədən asılı olacaq. Tərəflər istəsə, missiya fəaliyyətini davam etdirəcək, istəməsə, fəaliyyətinə xitam veriləcək. Bir də sülhməramlı missiyanın fəaliyyəti beynəlxalq hüquqla tənzimlənir. Missiyanın adından göründüyü kimi, onun əsas işi iki xalq arasında sülh və etimad mühiti yaratmaq olmalıdır”.
C.Məmmədov bildirdi ki, bu gün fərqli yanaşma müşahidə olunur: “Sülhməramlı qüvvələrin yerləşdiyi ərazilərdə qeyri-qanuni silahlı qüvvələr silahalandırılır, bölgəyə silah-sursat daşınır, missiyanın yerləşdiyi ərazilərdən Azərbaycanın mövqelərinə atəş açılır. Ancaq buna heç bir ciddi reaksiya verilmir və qarşısı alınmır. Bu mövqe və yanaşma sülhməramlı missiyanın fəaliyyəti ilə bağlı ciddi suallar və etimadsızlıq mühiti yaradır. Belə çıxır sülhməramlı missiyanın məqsədi sülh yaratmaq yox, tərəflərdən birinə dəstək vermək, məğlubiyyətlə barışmasına imkan verməmək, onu silahlandırmaq və müharibəyə hazırlamaqdır. Bu isə missiyanın mandatı ilə uyğun gəlmir və ciddi narazılıq yaradır. Bu kimi məsələlər tərəflər arasında ciddi müzakirə olunmalı və onların hər birinə aydınlıq gətirilməlidir. Sülhməramlı missiya hər iki tərəfin etimadını qazanmağa çalışmalı, sülhə və qarşılıqlı etimada töhfə verməlidir”.
Qeyd olunduğu kimi, dövlət başçımız da vaxtaşırı sülhməramlıların öz missiyasından kənara çıxdıqlarını vurğulayıb, dolayısı və birbaşa xəbərdarlığını ifadə edib. Prezident köməkçisinin bu mövzuda açıqlaması isə Rusiya Müdafiə Nazirliyinin və onun Azərbaycandakı heyətinin daha korrekt davranmalı olduğunu diplomatik şəkildə ifadə edir. Nəticəni gözləyək...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:7-09-2021, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-09-2021, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01