“Nə sülh, nə də müharibə” vəziyyəti uzun sürməyə bilər... - GƏLİŞMƏ
Ermənistana məxsus işğalçı qüvvələrin təmas xəttində təxribatları davam edir. Belə ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlimi zamanı Ermənistan silahlı qüvvələri OSA zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa cəhd göstərib. Lakin düşmən istəyinə nail ola bilməyib. Pilotlarımızın məharəti öz sözünü deyib.
Bu, Ermənistanda ötənilki hakimiyyət dəyişikliyindən və Düşənbədə iki ölkə rəhbəri - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında əldə edilmiş şifahi anlaşmadan sonra ilk belə ciddi insidentdir. Diqqətçəkidir ki, işğalçı ölkənin müdafiə naziri David Tonoyan özünün facebook statusunda bu faktı etiraf edib. Bununla da o, bir daha ərazilərimizin məhz Ermənistan tərəfindən işğal edildiyini təsdiqləmiş olub.
Ən önəmlisi odur ki, öz qanuni hava məkanında təlim keçən aviasiya vasitələrimizə qarşı bu qəbildən təxribatlar müharibənin “tətiyinin” hər an çəkilməsinə gətirə bilər ki, bunun da bütün məsuliyyəti torpaqlarımıza soxulmuş təcavüzkarın üzərində qalacaq. Hər halda, düşmənin hərəkətlərinin cavabsız qalmayacağı şübhəsizdir. Ekspertlər də bu barədə xəbərdarlıqlar edirlər.
*****
“Əgər Ermənistan tərəfi sərhəddən xeyli uzaq məsafədə təlim keçirən, təmas xəttini keçməyən və erməni hərbi hissələrinin üzərindən uçmayan hərbi təyyarələri vurmağa cəhd edirsə, bu, atəşkəsin kobud şəkildə pozuntusudur”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan aviasiya vasitələrinin Ermənistan silahlı qüvvələrinin OSA zenit-raket kompleksi vasitəsilə vurulması cəhdlərindən danışarkən deyib. O, təyyarələrimizin mürəkkəb müharibə şəraitinə yaxın döyüş hazırlıqları, bomba, raket atma, eləcə də digər növlü silahlardan atəş açmaq təlimləri həyata keçirdiyini bildirib.
“Birdən-birə Azərbaycan ərazisi üzərində, təmas xəttindən xeyli kənarda aviasiya vasitələrinə atəş açılması beynəlxalq hüquq normalarına, eləcə də müharibə ilə bağlı razılaşmalara kökündən ziddir. Bu, erməni tərəfinin növbəti provokasiyasıdır. Əvvəla, bu təyyarələr təmas xətti boyunca uçsa belə, ən azından təyyarənin uçuş xətti ilə sərhəd xətti arasında 50 km məsafə olur. Hərbi təlimlər əsasən döyüş hazırlığı xarakteri daşıyır. Bu təyyarələr çox böyük səs gücünə malikdir və cəbhə boyu xətdə erməni əsgərlərinə və burada yaşayan erməni əhalisinə mesaj məqsədi güdür. Azərbaycanın hərbi aviasiya təlimlərini keçirməkdə əsas niyyəti müharibə başlayacağı təqdirdə aviasiyanın gücündən tam istifadə ediləcəyini göstərməkdir”, - deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin növbəti təxribatçı addımı Azərbaycanı müharibəyə təhrik etmək xarakteri daşıyır: “Bütün bunlar onu göstərir ki, ermənilər özlərini həddindən artıq həyasız və davakar ruhda aparırlar. Onlar Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər, amma Azərbaycan bilir ki, bu prosesləri nə vaxt və necə yerinə yetirmək lazımdır. Bu gün aviasiya sahəsində tam üstünlük Azərbaycana məxsusdur. Azərbaycanın qırıcı, bombardmançı, eləcə də pilotsuz kamikadze təyyarələri Ermənistan ərazisində istənilən nöqtəni vurmaq qabiliyyətinə malikdir”.
Q.Hüseynlinin fikrincə, sonuncu təxribat cəhdi həm də bir növ bizim aviasiya üçün özünütəsdiq imkanıdır: “Düşünürəm ki, bu uçuşlar ermənilərin potensial imkanlarını öyrənmək üçün yaxşı bir şəraitdir. Onsuz da aviasiya təlimləri artıq bir neçə gündür başlayıb. Ordumuzun istismarında olan bütün qırıcı, qırıcı-bombardmançı, həmçinin pilotsuz kamikadze təyyarələrindən geniş istifadə edilir. Bu, indiyə qədər keçirilən yerüstü hərbi təlimlərin sonuncu fazasıdır. Bu təlimlər həm əməliyyat şəraitinin öyrənilməsi, həm də düşmən tərəfinin özünün əhval-ruhiyyəsinə təsir üçün çox prinsipial əhəmiyyətə malikdir”.
*****
Təmas xəttindəki hazırkı durum, düşmən ölkənin davamlı provokasiyaları təbii ki, sülh danışıqlarına olan-qalan ümidləri də sarsıdır. Yeri gəlmişkən, tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında növbəti görüş olmalıdır. Lakin işğalçı tərəfin davranışları qarşıdakı görüşün əhəmiyyətini bəri başdan sıfırlayır, sülh anlaşmasını deyil, savaş gününü yaxınlaşdırır.
“Hazırda Dağlıq Qarabağ konfliktinin nizamlanması mümkünlüyündən danışmağa dəymir. İndi gedən proses daha çox onun idarə edilməsinə bənzəyir. Məhz bu proses vasitəsilə hansısa daha yüksək etimadın qurulması, paralel surətdə isə humanitar problemlərin həlli başlana bilər. O məqsədlə ki, sonra hansısa siyasi danışığa çıxmaq mümkün olsun”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı siyasi təhlilçi və analitik Sergey Markedonov konfliktin dinc nizamlanma perspektivindən danışarkən deyib.
Politoloqun sözlərinə görə, yaxın zamanlarda böyük ehtimalla elə bununla məşğul olunacaq: “Bununla belə, bu heç də o anlama gəlmir ki, Qarabağda dəmır-beton atəşkəs var və o, dinamik ola bilər. Mövqelərin yoxlanması cəhdləri var, həmişə də olacaq, güc komponenti isə burada, yaxındadır. Lakin bu, günü sabah mütləq müharibə olacağı anlamına gəlmir. ”Nə sülh, nə də müharibə" vəziyyəti uzun çəkə bilər. Bu, Qarabağ konfliktinin hansısa özəlliyi deyil. Bu qəbildən olan istənilən münaqişə üzücü ola və uzun illər ərzində nizamlanmaya bilər".
*****
Maraqlıdır ki, bu arada Ermənistan Kommunist Partiyası Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdə Putindən şəxsən Qarabağ konfliktinə müdaxilə etməsi və bütün imkanlarından Azərbaycan rəhbərliyinə təsir üçün istifadə edilməsinə çağırış edilib. Erməni kommunistlər yalnız Putinin Qarabağda yaranacaq eskalasiyanın qarşısını ala biləcəyini bildiriblər. “Qarabağ konflikt zonasında Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi imkanları haqqında məsələyə baxılmasını aktual hesab edirik. Bu həm də erməni xalqının maraqlarına xidmət edəcək. Ermənistan Kommunist Partiyası regionda digər geosiyasi oyunçuların güclənməsini arzuolunmaz proses kimi dəyərləndirir. Ümid edirik ki, sizin situasiyaya birbaşa aktiv müdaxiləniz hadisələrin arzuolunmaz inkişafının qarşısını ala bilər” - müraciətdə qeyd olunur.
Əslində bu müraciətsiz də hamıya aydındır ki, Azərbaycan torpaqlarının işğalının arxasında Ermənistandan çox, özünün regiondakı geosiyasi maraqları ilə Rusiya dayanıb. Konfliktin yaradıcısı da məhz Rusiya, Moskvadır. Rusiya çoxdan Dağlıq Qarabağdadır - Bako Saakyan kimi özünün sadiq itləri, agenturası ilə birgə. Bakı isə sözsüz ki, bu amili ciddiyə alır və alacaq. Bu mənada Azərbaycan müharibəyə təhrik edilsə də, savaş qərarını yalnız özünün məqbul saydığı tarixdə verəcək...
Paylaş:
Müəllif : Yazar
Tarix:15-06-2019, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-06-2019, 10:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11