Çipras AB-yə Türkiyədən şikayətləndi
Türkiyənin "Fatih" qazma gəmisini Kipr sahillərinə göndərməsi və regionda təbii qaz axtarması Qərbi narahat etməyə davam edir.
Məsələ ilə bağlı Yunanıstan Baş naziri Aleksis Çipras Türkiyədən Avropa Birliyinə şikayət edib. Çipras Türkiyənin fəaliyyətinin ikitərəfli deyil, bütün Avropa Birliyini maraqlandırdığını deyib.
Yunanıstan, Kipr, Fransa, İtaliya, Portuqaliya və İspaniya liderlərinin iştirakı ilə Maltada keçirilən 6-ci Avropa Birliyi Cənub Ölkələri Zirvəsində Kipr Prezidenti Nikos Anastasiadis Türkiyənin regiondakı fəaliyyətinə dair bəyanat verib. Bundan sonra Çipras da Türkiyənin Kipr bölgəsini iqtisadi cəhətdən məhdudlaşdırdığını, bu fəaliyyətə son qoyulmalı olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə ötən il “Fatih” adlı qazma gəmisini Aralıq dənizinə göndərmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında sözügedən gəminin geri çağırılmayacağını bəyan etmişdi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-06-2019, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-06-2019, 08:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11