Bakı Kremlə görə Krım zirvəsinə qatılmır, Kiyev giley edir - Ukrayna anlayışla qarşılamalıdır ki...
Ukrayna Azərbaycanın avqustun 23-də Kiyevdə keçiriləcək Krım Platforması zirvə görüşünə getməməsindən narazılıq edib. “Yeni Müsavat”ın xəbərinə görə, bu haqda Ukrayna rəsmi mənbələri “BBC”-yə deyib. Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan imtina barədə əvvəlcədən rəsmi Kiyevə xəbərdarlıq edib. Ukrayna diplomatları rəsmi Kiyevin bundan məyus olduğunu bildiriblər. Azərbaycan Xarici İşlər Nazirliyindən məsələyə münasibət bildirilməyib.
Ukraynalı diplomatlar Azərbaycanın imtina etməsinin Rusiyanın təzyiqlərinin nəticəsi olduğunu və əsas təsir mexanizminin Dağlıq Qarabağ məsələsi və oradakı sülhməramlı missiyası olduğundan şübhələnirlər.
Qeyd edək ki, Kiyev bu Platformanı Krımın necə qaytarılacağı ilə bağlı yeni strategiya çərçivəsində qurur və müstəqillik günü tədbirdə müzakirələr aparılacaq. Krım Platforması Ukraynanın diplomatik təşəbbüsüdür və beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir. Ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunacaq.
Azərbaycanın Krım məsələsində əlverişsiz vəziyyətdə olduğu kimsəyə sirr deyil. Ukraynanın gərək ki bu məsələdə anlayışlı olsun. Çünki rəsmi Bakı hər zaman dost ölkənin ərazi bütövlüyünü dəstəklədiyin bildirib. İndisə yeni geopolitik reallıq yaranıb və həmin Platformada iştirakımız Ukraynanın işini yüngülləşdirməyəcək, əvəzində bizi çətin vəziyyətlə qarşılaşdıracaq. Ona görə ən azı Ukrayna özü anlayışla qarşılamalıdır ki, Azərbaycan niyə tədbirdə iştirakdan imtina edib.
Ən əsası, Ukraynanı Rusiya ilə üz-göz edən ABŞ və Avropa Birliyidir. Onlar, xüsusilə də ABŞ Ukraynanı Rusiya qarşısında tək-tənha qoyub, lazımi səviyyədə müdafiə etmir. Əgər Qərb Kiyevi atıbsa, biz nə edə bilərik? Elə Azərbaycanın da ərazi bütövlüyünün bərpasında Qərbin və ABŞ-ın heç bir dəstəyi olmadı. BMT-nin 4 qətnaməsi icra edilmədi, nəticəsə özümüz 44 günlük müharibə ilə torpaqları işğaldan azad etdik. Əksinə, bu gün Ukraynanı Rusiya ilə toqquşduran ABŞ və AB Ermənistana dəstəyini davam etdirir. O baxımdan Azərbaycan Rusiya ilə dil tapmağa çalışır və üçtərəfli komissiyanın işini bərpa etdiyi zamanda Krımın ilhaqı ilə bağlı tədbirdə iştirak Moskvanı qıcıqlandıra bilər. Bu halda Kiyev-Bakı əlaqələri zirvə görüşündə iştirak etməməyimizə görə soyuqlaşa bilərmi, yoxsa Zelenski hökuməti Azərbaycanın indiki həssas dönəmini anlayışla qarşılayacaq?
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu məsələdə tərəddüdümüz yoxdur. Onun fikrincə, hazırda Qarabağla və kommunikasiyaların açılması ilə bağlı bir sıra mühüm məsələlərin razılaşdırılmasında Rusiyanın aktiv rolu, əlində rıçaqları var: “Ona görə Moskva ilə münasibətləri korlayacaq addım atmaq istəmirik. Azəbaycanın Ukraynanın problemlərinə bənzər çətinlikləri var. Azərbaycan rəhbərliyi bu problemləri həll etmək üçün ciddi iş aparır və həllinə çalışır. Ukrayna tədbirini bizsiz də keçirə bilər, orada olmağımız nəyisə həll etmir”.
Politoloqun sözlərinə görə, postsovet məkanında münaqişə ocaqlarının taleyi Rusiyadan eyni dərəcədə asılıdır: “Ona görə addım atanda Rusiyanı unutmaq olmaz. Biz kulminasiya nöqtəsindəyik və ehtiyatlı, ölçülü-biçili siyasət aparmalıyıq. Üstəlik, Ukraynanın Rusiya probleminə ABŞ, Fransa, Almaniya məsuliyyət daşımırlar. Halbuki, hadisələrin bu cür cərəyan etməsi xarici faktorlarla bağlıdır. Odur ki, Ukrayna bizi başa düşməlidir və vaxtında onun üzləşdiyi vəziyyətlə bağlı mövqe bildirmişik”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycanın Krım Platformasına qoşulmasına ehtiyac yoxdur. “Azərbaycanın öz maraqları mövcuddur, diplomatik və siyasi fəallıq da bu maraqların üzərində qurulmalıdır. Ona görə biz aktual olan mövzuları yaddan çıxarıb digər mövzularla onları əvəz etməməliyik. Hesab edirəm ki, indiki mərhələdə bizim buna imkanımız və şəraitimiz yoxdur”, - T.Zülfüqarov “BBC News Azərbaycanca”ya deyib.
O deyir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bunu beynəlxalq sənədlərdə təsdiq edib. T.Zülfüqarovun sözlərinə görə, Krım Platforması hələ təzə təşəbbüsdür və hələlik bu platformanın real işləri hansı şəkildə icra edəcəyi barədə yetərli məlumat yoxdur.
Deputat Asim Mollazadə də razılaşır ki, Azərbaycan Ukraynanın beynəlxalq təşkilatlarda dəstəkləyib və onun ərazi bütövlüyünü tanıyır.
“Müqayisə üçün Ermənistan Kuba, Venesuela, İranla birgə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin əleyhinə səs verib, Azərbaycan isə yox. Azərbaycanın bu platformada iştirak etməməsinin əsas səbəbi bölgədə qarşıdurmaları artırmamaq məqsədi daşıyır”. O hesab edir ki, Ukrayna Azərbaycanın iştirak etməməsini anlayışla qarşılayıb və bu addım Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirməyəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-08-2021, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-08-2021, 10:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01