"Mariya xanım, Rusiya vergiödəyicinin hesabına İrəvanı silahlandırmaq Kremlə nə verəcək?" - ETİRAZ
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 19-da keçirdiyi brifinqdə növbəti dəfə Rusiyanın Azərbaycan ilə Ermənistan arasında başa çatan münaqişəni nizamlanmaq əvəzinə İrəvana silah tədarük etməsinə aid suala verdiyi cavab Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qəbul edilməyib. Mariya Zaxarova “Silah tədarükü Rusiyanın suveren hüququdur” cavabı ilə ilk növbədə Rusiyanın sülhməramlı fəaliyyətini şübhə altına alıb, çünki müharibənin başa çatmasından sonra regiona iki tərəf arasında etimad mühitinin yaradılması üçün təşrif buyuran tərəf, məğlub tərəfi silahlandırması, bitərəf olmalı sülhməramlıların funksiyalarına uyğun deyil və neytrallıq məntiqinin sağlam məhsulu da hesab edilə bilməz.
Əslində Rusiya fəaliyyəti sıfıra yaxın olan ATƏT-in 30 ilə yaxın həmsədrlərindən biri olduğu halda, Ermənistanın silahlandırılmasında heç bir zaman fasilə verməyib. Buna təkrar aksent edənlər, özünü regiondan daha erkən qovdurmağa təhrik edirlər. Ermənistanın 30 ildə silahlandırması prosesləri rus vətəndaşları qıcıqlandırmamaq üçün gah “strateji tərəfdaşa hərbi yardım”, gah da “silah krediti” adı altında həyata keçirilib, lakin istənilən halda bu silahların dəyəri həmişə rus vergiödəyicilərin çiyinlərinə yüklənib. Görünür ki, proses bundan sonra da belə olacaq. Hərbi yardımın geri qaytarılması nəzərdə tutulmadığı v bu yükün rusların çiyninə əbədi yükləndiyi üçün buna toxunmayacam. Kredit müqaviləsi ilə Ermənistana silah tədarükündə isə ümumi müqavilə dəyərinin cəmi 10 faizi Ermənistan, qalan 90 faizi isə Rusiya büdcəsindən ödənilir. İndiyə qədər ən azı 3 partiyada silah kredit müqaviləsi ilə Ermənistana silah tədarük edilib. Bu rəsmi məlumatdır, qeyri rəsmi tədarük sayı isə hesaba gəlməz. Məsələn keçən il Tovuz hadisələrindən sonra Ermənistana 1300-dən çox təyyarə reysi ilə silah daşınıb. Mariya xanım, arasında YARS və OTRK-nın olduğu bu tədarük nə Ermənistanın, nə də onun havadarlarının arxasını xilas edə bilmədi. Əksinə onların birgə darmadağının və alçaldılmasının əsasını qoydu.
İndiyə qədər Ermənistanın müqavilə üzrə kredit borclarını geri qaytarmaq öhdəliklərini yerinə yetirməyib və rus vergiödəyicisini narahat etməyə bilməz. Yaxşısı budur müsahibələrinizdə və statuslarınızda bu məsələlərə də yer ayırın. İrəvana silah tədarükünə qanuni don geyindirmək və Rusiya vətəndaşlarına məxsus vəsaitlərinin nə zamansa büdcəyə geri qaytarılacağına inandırmaq məqsədi ilə Rusiya məcburən tədarüklərin kredit müqaviləsi adı altında həyata keçirilməsi, elektoratı aldatmaqdan başqa bir şey deyil.
Mariya xanım, Sizə bir sualım var: Rusiya vergiödəyicinin hesabına Ermənistanı silahlandırmaq Kremlə nə verəcək? İndiyə qədər bu silahlandırma kimə nə verib?
Mariya xanım yuxarıda qeyd edilən “Silah tədarükü Rusiyanın suveren hüququdur”kimi uğursuz açıqlamasının ikinci hissəsində bildirb: “Biz həm Ermənistan, həm də Azərbaycanla müvafiq qarşılıqlı əlaqə qurmuşuq. Bunu edərkən, bölgədə güc balansının qorunması ehtiyacını nəzərə alırıq”. Sülhməramlı funksiyasını üzərinə götürən tərəfin, münaqişə tərəfləri arasında güc balansının qorunması ehtiyacını nəzərə alması da tamamilə absurd açıqlamadır. Çünki, münaqişə tərəflərinin Rusiya ilə birgə imzaladığı birgə Bəyanatda Kremlə “münaqişə tərəfləri arasında güc balansının qorunması ehtiyacını nəzərə alması” kimi bir funksiya həvalə edilməyib. Əksinə Rusiya nəzarət etdikləri Azərbaycan ərazilərindən erməni silahlılarını və texnikalarını 9 ay əvvəl çıxarmalı idilər. Yaxşı olardı ki, Qafqazları təkrar qan gölünə çevirməkdənsə, tərəflərin sizə həvalə etdiyi funksiyaları yerinə yetirməklə məşğul olasınız. Əks halda Rusiya dünyada sülhməramlı fəaliyyətlərə yarasız bir ölkə imicini əldə edə bilər.
Son günlər Laçın dəhlizində baş verən hadisələri, Ermənistan ilə Rusiya müdafiə nazirlərinin görüşünü, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 19-da keçirdiyi brifinqdə verdiyi açıqlamanı, Xocalı soyqırımını, son 30 ildə, xüsusilə 1993, 1997, 2016 və 2020-ci ildə Rusiyadan Ermənistana göndərilən silah və texnika hədiyyələrini, edilən silahbaş verənləri, nəzərə alsaq, Kremlin Ermənistanı birmənalı şəkildə silahlandırmaqda qərarlı olduğu şübhə doğurmur. Vətən Müharibəsi zamanı Rusiyanın 102-ci hərbi bazasının silah və texnikalarının Azərbaycana qarşı tətbiqini Mariya xanım unuda bilər, amma biz bunu də unutmadıq. Rusiya silahını Qarabağda Azərbaycana qarşı istifadə etmək üçün Ermənistana verənlər, işğalçını və seperatizmi birbaşa dəstəkləyənlərdir.
Rusiya Ermənistana silah ötürməklə İrəvanın könlünü almağa məcbur olduğunu anlayırıq. 30 il Rusiya tərəfindən dəstəklənməsinə baxmayaraq işğal etdiyi ərazilərlə bərabər “Böyük Ermənistan” ideyasını birdəfəlik dəfn edən İrəvanın rus silahı ilə döyüşən “qəhrəman erməni ordusunu” qalib Əsgərimiz cəmi 44 gündə “10000 nəfərlik erməni fərari ordusuna” çevirdi. Fərari erməni ordusunu dəstəkləməklə, 2 milyonluq Ermənistan xalqını 130 milyonluq türkün əhatəsində niyə ölümə məhkum edirsiniz? Bunu Rusiyada və Ermənistanda anlayanlar artıq az deyil.
Üstəgəl Ermənistan işğal nəticəsində əldə etdiyi hər şeyi itirməsini Rusiyadan verilən silahların aşağı keyfiyyəti ilə əlaqələndirən ermənilərin sayı, dizertir erməni ordusunun fərarilərinin sayından daha çoxdur. Belə olan vəziyyətdə Ermənistan Rusiyanın orbitində qalması, yalnız məcburiyyətdən irəli gəlir. Qərb maliyyə ayırmaqla, Kreml də yararsız və saxmlama müddəti başa çatan silah və sursatlarından Ermənistana ötürməklə onu əldə saxlamağa çalışır. Ermənistanda isə bu prosesi Rusiyanın vassala “vəfa borcu” kimi dəyərləndirənlər də tapıldı. Halbuki Rusiyanın əsas məqsədi “başqa sahilə üzən Ermənistanı” öz orbitində saxlamaqdan ibarətdir. İrəvan isə hələlik “maliyyə Qərbdən, silah Rusiyadan” tamaşasının ən mahir ifaçısıdır. İki maşınla gətirilən 10 ton, yəni hər erməniyə 400 qram verdiyiniz suyu hər gün 10 dəfə fərqli resurslarda tirajlamaqla erməni əhalisini xoşbəxt etmək olmaz.
Mariya xanım, əgər bir əsrdə erməni xalqına tərəqqi gətirmədinizsə, onu bu əzik vəziyyətində heç olmasa silahlandırmaqla genofonduna qənim kəsilməyin. Neçə olsa onlar da insandır və oz doğulduğu ərazinin qanunlarını pozmursa, həmin yerdə azad şəkildə yaşamaq hüququ var.
Erməniyə silah vermək Rusiya silah ixraçına da ziyansız ötüşmür. Son 3 münaqişənin hər birində imkanlarını nümayiş etdirə bilməyən rus silahı, ermənilərin istifadəsində fiaskoya uğradı. Son 10 ildə 10 dəfə azalan rus silah satışında Ermənistanın xidmətləri az deyil. Artıq kimsə rus silahını uzun müddətli faizsiz kreditdən başqa şərtlərlə almaq istəmir. Alan ölkələr isə müasir mmüharibə formatından çox geridə qalan kasıb ölkələrdir.
Onilliklər boyu seperatizmi dəstəklədiniz və bunu ermənilər üçün ağır nəticəsi göz qabağındadır. Pribaltika sayıqlıq göstərdi və dərhal sizdən imtina etdi. Abxaz və osetinləri qızışdırıb, Gürcüstanı itirdiniz. Krım və Donbassı qızışdırıb Ukraynanı itirdiniz. Dnestryanını qızışdırıb Moldovanı itirdiniz. Qarabağı da itirməyinizlə barışın. Ermənistanı onsuz da itirmisiniz, sadəcə bunu hələlik görməzdən gəlirsiniz. Ukraynanı da itirəndə 3 milyard dollar xərclədiniz. Batdı. Azərbaycanı da itirmək istəyirsinizsə, seçim sizindir- Ermənistanı silahlandırmağda davam edin. Azərbaycan səbrli davranar, gözləyər, ölçüb biçər və hər kəsi “Mat” qoya bilər. Bunu Siz də bilirsiniz. Rusiyanın Qafqazdan birdəfəlik getmək üçün əlinizdən gələni etməli deyil. Silah tədarükünüz Azərbaycana təsir edəcək faktor deyil, bu regional güc balansına da təsir etməyəcək. Bu artıq Müharibədə sübut olunub. Amma Ermənistanı daha rəzil duruma sala bilər. Bəlkə də Rusiyaya Ermənistanın bərbad vəziyyəti daha sərfəlidir, burasını mən bilmirəm.
Bu silah tədarükündən itirən də Rusiya olacaq. Ermənistana indi silahdan çox sabitlik lazımdır. Ermənistan müharibə və revans arzu etsəydi, rus KİV-lərinin geniş piarını apardığı namizədiniz və son müharibədə Şuşadan fərarilik edən R.Köçəryana səs verərdi. Ermənistanı növbəti fəlakətə sürükləməyin. Bu son nəticədə Azərbaycana da təsirsiz ötüşməyəvəcək. Bakının dəniz kənarı ərazilərinin hamısının Hərbi Qənimətlər Parkına çevrilməsi şəhərdə əhalinin və qonaqların, o cümlədən Rusiyadan olan turistlərin istirahəti üçün digər əyləncə məkanlarını məhdudlaşdıra bilər. Yeri gəlmişkən Bakıya son dəfə gələndə bu Parkı ziyarət təklifimi səssiz qoydynyz. Protokol və digər bəhanələr öz yerində, amma təmsil etdiyiniz ölkənin Ermənistana verdiyi silahların məhv edilmiş vəziyyətini seyr etmək Sizin üçün həzm olunaması asan məsələ olmadığını anlayışla qarşılayıram.
Yenə Bakıya gəlsəniz, Sizi Hərbi Qənimətlər Parkında müşaiyət etməyə, hər bir eksponatı haqqında ətraflı məlumat verməyə təkrar hazıram. Yetər ki, sizlər də bu Parkın genişlənməyinə razı olmayasınız.
Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2021, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2021, 16:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01