Etibar Məmmədovun açıqlaması müxalif düşərgədə gərginlik yaratdı
AMİP lideri Etibar Məmmədovun mətbuata açıqlamasında AXC hakimiyyəti dövründə Heydər Əliyevi Bakıya İsa Qəmbərlə Pənah Hüseynin çağırdığını deməsi Azərbaycanın müxalifət düşərgəsində yenidən bu məsələnin müzakirəsinə səbəb olub.
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Etibar Məmmədova cavabında deyib ki, o, Azərbaycanın gələcəyi naminə keçmişdəki bəzi hadisələrin tarixçilərin öhdəsinə buraxılması üzərində düşünənlərdən, bunu dilinə gətirənlərdən və praktik siyasətdə bunu nümayiş etdirməyə çalışanlardandır.
Onun sözlərinə görə, son günlər 4 iyun hadisələri barədə sadəcə jurnalist marağı ilə şərtlənmədiyi aydın görünən çoxsaylı suallara kifayət qədər cavab verib:
“Lakin, görünür bəziləri milli-demokratik düşərgənin bu xoşməramlı yanaşmasından yanlış nəticələr çıxarıb "boşluğu" doldurmağa, qaşınmağa və ya qaşınmayan yerdən qan çıxarmağa girişiblər. Son günlər ölkənin demokratikləşdirilməsi istiqamətində birgə proseslər başlatdığımız AMİP rəhbərliyindəki bəzi şəxsləri bu məsələlər üzərində düşünməyə dəvət edirəm”.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə Reyting.az-a açıqlamasında Pənah Hüseynin onlara ünvanlanan fikirlərinə reaksiya verib.
Onun sözlərinə görə, AMİP dövlətin və millətin maraqları naminə həmişə siyasi partiyaların əməkdaşlığının və dialoq mühitinin yaradılmasının tərəfdarı olub: “AMİP bu istiqamətdə səylərini və təşəbbüslərini bu gün də davam etdirir. Mən də onun tərəfdarıyam ki, müxalifət düşərgəsində ziddiyyət və qarşıdurma yarada biləcək keçmiş hadisələrə təkrar-təkrar qayıtmaqla kimlərəsə fürsət verilməsin. Lakin keçmişlərdən dərs almasaq, buraxılan səhvlər və yanlışlıqlar təhlil edilib nəticə çıxarılmasa, hər kəs öz fəaliyyətinin məsuliyyətini daşımasa, ciddi uğurlar qazanmaq mənə görə çətin görünür. Biz qan çıxarmaq deyil, qan çıxan və qan çıxarılan yerə məlhəm olmağa, sarğılamağa çalışmışıq”.
Ə. Orucov qeyd edib ki, P. Hüseyn təcrübəli və hazırlıqlı siyasətçidir və bir çox məsələlərdən halidir: “Lakin Pənah bəyin nə qədər obyektiv olması barədə bir söz deyə bilmərəm”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:12-06-2019, 15:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:12-06-2019, 15:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti