Qarabağda “sürünən müharibə” - düşmənə Naxçıvan xəbərdarlığı
Naxçıvanda iyunun 7-də başlayan Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi dünən başa çatıb. Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunmuşdu.
Təlimdə əsas məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq idi. Müşahidələr göstərir ki, hədəflərə tam nail olunub. Bunu ən əvvəl hər iki tərəfin hərbi rəhbərlərinin verdiyi açıqlamalar təsdiqləyir.
Bundan əlavə, diqqətçəkicidir ki, düşmən tərəfinin xüsusi narahatlıqla izlədiyi budəfəki ortaq hərbi manevrləri Türkiyənin müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti də izləyib. Naxçıvanda həmçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Hulusi Akar arasında görüş olub. Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, regiondakı sabitliyi təmin edən əsas amillərdən biridir.
Öz növbəsində türkiyəli nazir ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o sırada səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edib. Qonaq hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əhəmiyyətindən danışıb. Tərəflər Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar. Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
*****
Şübhəsiz ki, son birgə təlimlər və bu təlimlərin Naxçıvanda keçirilməsi, həmçinin iki qardaş ölkənin hərbi nazirlərinin “kiçik torpaq”da bir araya gəlməsi ilk növbədə Azərbaycana və Türkiyəyə qarşı əsassız torpaq iddiası ilə yaşayan ermənilərə özlərini yığışdırmaq üçün ciddi xəbərdarlıqdır. Eyni zamanda işğalçı ölkənin gizli-açıq havadarlarına NATO üzvü Türkiyənin Qarabağ məsələsində daim ölkəmizin yanında olmasının daha bir ismarışıdır. İşğalçıya iki qardaş ölkənin ortaq xəbərdarlığıdır.
Bu xəbərdarlıq son vaxtlar düşmən tərəfin təmas xəttində fəallaşması, İrəvan rəsmilərinin həyasız bəyanatları fonunda xüsusilə mühüm əhəmiyyət daşıyır. Ermənistanın müdafiə naziri David Tonoyanın hərbçimizin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verdiyini açıq bəyan və etiraf etməsi bu qəbildəndir. Azərbaycan tərəfi bu bəyanatı mütləq ciddiyə alacaq və gərəkən cavab tədbirləri görəcək. Ən yaxşı cavab isə, əlbəttə ki, işğalçı qüvvələri torpaqlarımızdan vurub çıxarmaqdır.
Aydındır ki, son hadisələr fonunda, erməni tərəfinin “bir qarış torpaq da verməyəcəyik” kimi bəyanatları fonunda işğalçı ilə sülh danışıqlarının anlamı qalmır. Azərbaycanın işğalçını güc yolu ilə cəzalandırmaqdan savayı yolu qalmayıb.
*****
“Tonoyanın Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı göstəriş verdiyini açıq bəyan və etiraf etməsi onların işğalçılıq siyasətini bir daha gözlər önünə sərir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri deputat Fazil Mustafa axar.az-a açıqlamasında təmas xəttindəki son insidenti şərh edərkən deyib. O bildirib ki, belə təxribatlar cavabsız qalmamalı və düşmənə ağır şəkildə cavab verilməlidir:
“Ermənistan tərəfi onsuz da atəşkəs rejiminə əməl etmir. Buna görə də Azərbaycan tərəfi düşmənə daha çox zərbə endirməlidir. Biz onları torpaqlarımızı işğal etdiyinə peşman etməliyik. Müharibə gedir və müharibənin də öz qayda-qanunları var. Biz də müharibəni qaydalarına uyğun şəkildə aparmalıyıq. Düşmənin təxribatlarına lazımi cavabı vermədikcə belə hallar hələ tez-tez yaşanacaq. Çünki düşmən tərəfi öz xain əməllərinə sadiq qalıb və hər zaman belə təxribatlara əl atacaq. Buna görə də biz şəhid olan hər bir Azərbaycan əsgərinin əvəzinə on erməni əsgərini məhv etməliyik ki, onlar ordumuza qarşı təxribatlarının cavabsız qalmayacağını anlasınlar”.
“Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının davam etdirilməsini istəmir”. Bunu isə politoloq Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, Ermənistan ordusunun son təxribatları nəticəsində ordumuzun iki hərbçisinin şəhid edilməsi iki ölkə XİN rəhbərlərinin görüşü ərəfəsində qarışıqlıq yaratmaq məqsədi daşıyır.
“Paşinyanın və Tonoyanın hərəsinin bir söz deməsi şəhidlərimizi geri qaytarmayacaq. Qarabağ məsələsində düşmənlərimiz birdir və bizə itki verdirməkdə davam edirlər. Ermənistanın müdafiə naziri David Tonoyan təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib. Paşinyan isə bununla bağlı təkzib verib. Bu isə onu göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarının imitasiyasıdır. İstənilən halda Ermənistan artıq öz yalanları ilə həmsədrləri, beynəlxalq ictimaiyyəti aldada bilmir. Erməni iqtidarı ya bilərəkdən, ya da bilməyərəkdən hər şeyi edir ki, Azərbaycan müharibəyə başlasın. Tonoyanın növbəti açıqlamasından sonra Azərbaycana yalnız bir şey etmək qalır: düşmənə qanla cavab verib, torpaqları azad etmək”, - deyə politoloq əlavə edib.
*****
Əslində cəbhə xəttindəki son baş verənlər “sürünən müharibə”dən, gerçək müharibənin yaxınlaşmasından xəbər verir. Hər halda fakt budur ki, işğalçı tərəf əlindən gələni edir ki, Azərbaycan onu cəzalandırmaq üçün, genişmiqyaslı olmasa da, hələlik lokal hərbi əməliyyatlara başlayıb daha bir qisim əraziləri azad eləsin. Bununla da 2016-cı ilin aprelindəki kimi düşmən tərədə yeni bir çaxnaşmaya, daxili didişməyə, növbəti ruh düşkünlüyünə nədən olsun.
O halda Paşinyan iqtidarı, onun Tonoyan kimi bu gün döşünə döyən müdafiə naziri Sərkisyan rejiminin aqibətini təkrarlaya bilər. Əlbəttə, bu, bizi qətiyyən maraqlandırmır. Bizim üçün ən önəmlisi, torpaqlarımızı erməni qəsbkarlarından azad eləməkdir. Həm də bacardıqca tez. Bundan ötrü Bakının erməni tərəfindəki daxili çəkişmələri də nəzərə almaqla, ən əlverişli məqamı seçməsi lazımdır...
Paylaş:
Müəllif : Yazar
Tarix:12-06-2019, 10:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-06-2019, 10:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11