“Rusiya qüvvələri olmasaydı, indi Qarabağda ermənilər də olmazdı” – Fransa səfiri
Fransanın Ermənistandakı səfiri Conatan Lakot iyulun 23-də AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna müsahibə verib.
Lakot bildirib ki, Fransa Ermənistanın müdafiə sferası üzrə bütün müraciətlərini nəzərdən keçirməyə hazırdır:
“Əlbəttə, bir sıra reallıqları nəzərə almaq lazım gələcək: Fransa və Ermənistan eyni hərbi alyansın üzvü deyillər. Ümumilikdə bizim rolumuz gələcək müharibəyə hazırlıqda deyil. Bizim rolumuz yeni münaqişədən çəkinməkdə və regiondakı bütün problemli məsələləri kökündən həll edəcək siyasi prosesdədir”.
Radionun müxbiri səfirə sualında deyib: Ermənistanda bir çoxları Rusiyanı 44 günlük müharibədə hərəkətsizliyinə, öz müttəfiq öhdəliklərini yerinə yetirməməkdə ittiham edir və hesab edirlər ki, Azərbaycan Rusiyanın dəstəyi olmadan Ermənistanın suveren ərazisinə hücum etmək üçün özündə cəsarət tapmazdı.
Fransa səfiri bir daha reallıqlara nəzər yetirməyi tövsiyə edib:
“İndiki reallıqlar belədir ki, Qarabağ ermənilərinin təhlükəsizliyini Rusiya təmin edir. Rusiya qüvvələri olmasaydı, indi Qarabağda ermənilər də olmazdı. 9 noyabr bəyanatı hazırda, ümumən, elə indi də riayət olunan atəşkəslə nəticələnib. Eyni zamanda 8 aydan sonra biz görürük ki, 9 noyabr bəyanatı bütün məsələləri həll etmir. Bu bəyanatın bəzi müddəalarına, o cümlədən hərbi əsirlərin azad edilməsinə tam əməl olunmayıb. Ümumilikdə 9 noyabr bəyanatı Qarabağın gələcək statusu barədə heç nə demir. Beləliklə, 9 noyabr bəyanatı birinci mərhələ idi. Amma indi sülhü, atəşkəsi möhkəmləndirmək və ATƏT-in Minsk qrupunun egidası altında Ermənistan və Azərbaycan arasında siyasi prosesə başlamaq lazımdır”.
Naxçıvanla sərhəddə gərginlik yaşanarkən Fransa səfiri öz səhifəsində “Yerasx (Arazdəyən - red) yatmırsa, Yerevan da yatmır” yazmışdı. Onun bu postu Ermənistanın sosial media istifadəçiləri tərəfindən müsbət qarşılanmışdı. Lakot bu Facebook postunun mənasını da izah edib:
“Mən bu Facebook postumla iki şeyi ifadə etmək istəmişəm. Hər şeydən əvvəl mən reallığı təsvir etmək istəyirdim. Reallıq isə bundan ibarət idi: bazar ertəsindən çərşənbə axşamına keçən gecə, saat 2-də hamı internetdə idi. Heç kim yatmırdı. Yerevanda və Ermənistanda hamı narahat idi. İkinci mesajım isə həmrəylik idi. Mən postlarımı izləyənlərə demək istəyirdim ki, Fransa sərhəddəki vəziyyəti müşahidə edir. Adamlar əmin olmalıdırlar ki, Fransa hökuməti ən yüksək səviyyədə Ermənistan-Azərbaycan sərhədində nə baş verdiyindən tam xəbərdardır. Yerasx həm simvolik, həm də strateji yerdir. Stratejidir ona görə ki, Azərbaycanla sərhəddə Yerevana ən yaxın olan yerdir. Həm də simovolikdir, ona görə ki, burada dörd dövlət qovuşur (Azərbaycan, Ermənistan, Türkiyə, İran - red). İndi orda gərginlik var, amma biz ümid etməliyik ki, Yerasx gələcəkdə, bir vaxtlar olduğu kimi yollar qovşağı olsun”.
Səfirə Fransa prezidenti Emmanuel Makronun Ermənistana mümkün növbəti səfəri, bu səfərin gündəliyinin nə olacağı, onun həm də Bakı və Tbilisiyə gedib-getməyəcəyi barədə də sual verilib.
Conatan Lakot xatırladıb ki, prezident Makron 2018-ci ildə Frankofoniya sammitinə gələrkən mütləq Ermənistana ikitərəfli səfər də edəcəyini vəd etmişdi:
“Əgər bu səfərin nə vaxt baş tutacağını soruşursunuzsa, mən cavab verirəm ki, bu səfər üçün ən faydalı ola biləcəyi vaxtda. Faydalı vaxt isə o vaxt olacaq ki, regionda siyasi prosesi irəlilətmək, Ermənistana və Azərbaycana problemli məsələlərdə irəliləyişə nail olmalarında kömək etmək imkanı olacaq”.
Lakot bildirib ki, belə bir səfər regional xarakter daşıyacaq: “Əgər Makron regionun bütün liderləri ilə danışa bilsə, daha məntiqli olardı. Bizim bütün tərəflərlə danışmaq, vasitəçilik rolunu təmin etmək, Ermənistan və Azərbaycan arasında siyasi prosesə dəstək vermək imkanımız var”.
Azatutyun ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirlərinin mayın 9-10-da Şuşaya səfərdən imtina etməsi barədə də sual verib. Səfir deyib:
“Reallıqlar var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlarda müəyyən olunmalıdır. Bu status müəyyən edilmədikcə, Fransanın nə Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa gedə bilməzlər. Mənim Bakıdakı həmkarım Şuşaya səfər etmir, mən də Stepanakertə (Xankəndiyə - red) səfər etmirəm. Minsk qrupunun həmsədri olan üç ölkənin hamısının mövqeyi belədir”.
Lakot əlavə edib ki, bununla belə, Paris Dağlıq Qarabağda daha geniş beynəlxalq mövcudiyyətə, məsələn orada BMT agentliklərinin olmasına tərəfdardır.
Fransa səfiri Azərbaycan tərəfinin bəyanatlarında tez-tez səslənən “Zəngəzur dəhlizi” termininə də münasibət bildirib. Azatutyun müxbiri deyib ki, Ermənistanda bunu onun ərazi suverenliyinə qəsd kimi qiymətləndirirlər. Lakot sualın cavaında deyib:
“Dəhlizlər, məsələn Dansiq dəhlizi (İki dünya müharibəsi arasındakı dövrdə Almaniyanın iki ərazisini ayıran Polşadan keçən dəhliz - red) kimi, diplomatiya tarixində çox pis iz buraxıblar. Biz hesab edirik ki, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış və region ölkələri və onların qonşuları arasında regional kommunikasiyaların bərpasını nəzərdə tutan 11 yanvar üçtərəfli bəyanatının əsasında işləmək lazımdır”.
Səfir bildirib ki, Fransa bu istiqamətdə region ölkələri ilə birgə işləməyə hazırdır: “Biz artıq özgə əraziləri hesabına yaradılan dəhlizlər dünyasında yaşamırıq. Biz bütün sərhədlərin açıq olmalı olduğu dünyada yaşayırıq. Elə bir dünyada ki, adamlar hərəkət edə bilsinlər, mal dövriyyəsi olsun. Biz Avropa İttifaqını məhz beləcə, dövlətlər arasında həmrəylik yaratmaqla qurmuşuq. Elə bir həmrəylik ki, onun sayəsində müharibə nəinki mümkün deyil, həm də tamamilə absurddur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-07-2021, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-07-2021, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11