reklam
Regionxeberlericom.az » Siyasət » Moldova Prezidentinin səlahiyyətləri əlindən alındı

reklam

Moldova Prezidentinin səlahiyyətləri əlindən alındı


Moldovada Konstitusiya Məhkəməsi prezident səlahiyyətlərini İqor Dodondan alaraq Demokrat Partiyasından olan müvəqqəti baş nazir Pavel Filipə həvalə edib.

Məhkəmə qərarda bildirib ki, P. Filip parlamenti buraxmalı və növbədənkənar seçkilər təyin etməlidir.

Xatırladaq ki, Moldovada 24 fevralda parlament seçkiləri keçirilib. Seçkidə heç bir partiya üstünlük qazanmadığı üçün koalisiya hökuməti qurulmalı idi. Hökuməti forlaşdırmaq üçün 7 iyuna qədər vaxt verilsə də, bu, mümkün olmayıb. Belə ki, ötən gün Sosialist Partiyası və ACUM bloku parlamentdə çoxluq təşkil edərək hökumət qurduğunu elan edib, lakin Konstitusiya məhkəməsi qərarı qanunsuz elan edib. Parlament isə Demokrat Partiyasını hakimiyyəti mənimsəməyə cəhddə ittiham edib. Baş nazir Pavel Filipin parlamenti 10 iyuna qədər buraxmayacağını elan etməsi ölkədəki siyasi vəziyyəti daha da gərginləşdirib.

Səlahiyyətləri əlindən alınan prezident İqor Dodon isə Demokrat Partiyasının hakimiyyəti mənimsəməyə cəhd etdiyini dilə gətirib. İ.Dodan partiyanın hakimiyyəti dinc yolla təhvil verməkdən imtina etdiyini bildirib və beynəlxalq ictimaiyyətdən hakimiyyətin ötürülməsi məsələsində kömək istəyib. O, həmçinin əhalini aksiyalarda iştiraka səsləyib.


Paylaş:


Müəllif : Tarix:
9-06-2019, 13:01
Sikayət   


loading...
Загрузка...