“Ya məsələ iki ölkə ilə yüksək səviyyədə müzakirə edilməlidir, ya da...” - Qarabağdakı atəşə cavab
Ermənistan yenidən Azərbaycanla sərhəddə təxribatlara əl atıb.
Belə ki, iyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumay yayıb. Məlumatda bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Dünən Ermənistan tərəfi həm də Tovuz istiqamətində atəş açıb.
Qeyd edək ki, müharibədən sonra Ermənistan tərəfi dəfələrlə sərhəd təxribatı törədib və göründüyü kimi, hələ də davam edir. Bu, 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il razılaşmalarına ziddir və birbaşa olaraq Ermənistanın öhdəliklərini pozması anlamına gəlir. Əvvəlki təxribatlar “seçkinin” ayağına yazılsa da, artıq Ermənistanda seçki prosesi bitib və Nikol Paşinyan qələbə qazanıb.
Mövqelərimizin atəşə tutulması “Qarabağ klanı”nın Paşinyana təzyiq vasitəsidir, yoxsa rəsmi İrəvanın planı?
Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistan ordusu tam xaos içərisindədir. Yuxarı komandanlığın əmrlərini aşağı komandanlıq eşitmir:
“Digər tərəfdən də ordunun daxilində “Qarabağ klanı”nın sifarişlərini yerinə yetirənlərin olması da mümkündür. Onlar istəyirlər ki, onlar Azərbaycanı provakasiyaya cəlb edib cavab atəşi açmasını təmin etsinlər. Bununla da KTMT-yə müraciət etsinlər ki, Azərbaycan Ermənistan ordusuna atəş açır. Yəni hazırda Ermənistanda anarxiya vəziyyəti hökm sürür. Ermənistan ordusu belə bir görüntü yaratmaq istəyir ki, ayaqdadır, dağılmayıb. Lazım gəlsə, Azərbaycana dərs verə bilər. Bunun bir tərəfə daxili auditoriyaya yönəlsə də, bir tərəfi də Azərbaycana psixoloji təzyiq vasitəsi olaraq görülür.
Azərbaycan dayanmadan Ermənistan ordusunun bu hərəkətlərinə dözə bilməz. Ya Ermənistana öldürücü atəşlə cavab verməli, ya da bu məsələni Rusiya və Ermənistanla birlikdə yüksək səviyyədə müzakirə etməlidir. Çünki bu provakasiyalar sonsuz davam edə bilməz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2021, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-06-2021, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11