Türkiyənin NATO-dakı missiyası: - Şuşa Bəyannaməsindən sonra Krım Bəyannaməsi
Türkiyənin NATO daxilindəki missiyası yalnız Əfqanıstanla məhdudlaşmır, Krım və Qafqaz bölgələrini də əhatə etdiyini göstərir.
NATO-nun sonuncu sammitində qəbul edilən bəyanata diqqət çəkən Türkiyənin “Cümhuriyet” qəzeti “Ərdoğanın NATO-dakı missiyası: Krım-Qafqaz-Əfqanıstan” məqaləsində belə yazıb.
Qeyd edilir ki, bu missiyanın əhəmiyyəti ABŞ-ın Rusiya və Çinə qarşı əsas strategiyasından qaynaqlanır. ABŞ Baltikyanı ərazilərdən başlayan, Şərqi Avropa və Ukraynanı, Krımı və Qara dənizi əhatə edən, Gürcüstan ərazisindən Qafqaz və Əfqanıstana qədər uzanan anti-Rusiya cəbhəsi, həmçinin Əfqanıstandan başlayaraq Cənubi Çin dənizini əhatə etməklə Cənubi Koreya və Yaponiyaya qədər anti-Çin cəbhəsi yaradır.
Bu səbəbdən Ankaranın Krımdakı, Qafqazdakı və Əfqanıstandakı missiyaları yalnız taktiki vəzifələr deyil, Türkiyənin strateji cəhətdən yerləşdiyi cəbhə ilə bağlıdır. İyunun 15-də Türkiyənin Azərbaycanla hərbi müttəfiqliyini nəzərdə tutan Şuşa Bəyannaməsinin imzalanması “Cümhuriyet” qəzetinin yazdığı rəyi bir daha təsdiq edir. Prezident Rəcəb Tayyib Ərdoğanın
NATO-nun sammitində iştirak etmək üçün Brüsselə gələn amerikalı həmkarı Co Baydenlə görüşündən sonra baş verən proseslər Türkiyənin missiyasının artdığını nümayiş etdirirdi.
Bu baxımdan, Kabil hava limanının təhlükəsiziyinin Türkiyəyə həvalə edilməsi, eləcə də Əfqanıstana Cənubi Qafqazdan əsas tranzit marşrut rolu oynayan Azərbaycanla müttəfiqlik sazişinin imzalanması NATO-nun təhlükəsizlik strategiyasında rəsmi Ankaranın rolunun artdığını göstərir. NATO-nun cənub-şərq cəbhəsi sayılan Türkiyənin əsas geostrateji əhəmiyyəti “soyuq müharibə” dövründən sonra Yaxın və Orta Şərqə çıxış imkanlarına malik olması ilə bağlı olub. Lakin Türkiyənin son vaxtlar Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazda, Ukraynada,
Simali Afrikada, Şərqi Aralıq dənizində hərbi-siyasi fəallığının artması geostrateji təsir dairəsinin daha geniş miqyas aldığını göstərir.
Doğrudur, Türkiyənin geosiyasi güc mərkəzi kimi fəaliyyətini genişləndirməsi daha çox Ərdoğan hakimiyyətinin müstəqil siyasi kursa üstünlük verməsi ilə bağlıdır. Ancaq Türkiyə istənilən halda NATO-nun üzvüdür və alyansın rəqiblərinin təsir zonasında onun hərbi iştirakını artırması müttəfiqlərinin maraqlarına cavab verir. Artıq bu siyahıya Əfqanıstanın da əlavə olunması Türkiyənin daha geniş coğrafiyada siyasi oyunçuya çevrilməsini təmin edə bilər.
ABŞ-ın və NATO-nun yeni strategiyasında həm Rusiyaya, həm də Çinə qarşı Türkiyə ilə birgə hərəkət etmək yer alır. Bu baxımdan, Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsinin vacibliyi ilə bağlı müzakirələrin gündəmə gəlməsi təsadüfi deyil. Rusiya Azərbaycan ərazisində Türkiyənin hərbi bazalarının olmasını narahatlıqla qarşılayır.
Bu yalnız Rusiyanın Cənubi Qafqazdakı maraqlarından irəli gəlmir. Türkiyə Silahlı Qüvvələrinin rəsmi qaydada Azərbaycanda yerləşdirilməsi Rusiyanın cənubdan demək olar ki, NATO tərəfindən əhatə olunması deməkdir. Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ilə vahid sistemdə təkmilləşdirilməsi nəzərdə tutulur. Bu isə Azərbaycanı NATO-nun bərabərhüquqlu tərəfdaşına çevirir. Azərbaycanın digər qonşusu Gürcüstan isə NATO üzvlüyünə potensial namizəddir. Rusiya üçün bu, artıq qarşısıalınmaz prosesə çevrilib. ABŞ-ın planı Gürcüstanı üzvlüyə qəbul etdikdən sonra Poti limanında NATO-nun donanmasını, Vazianidə isə hərbi hava bazasını yerləşdirməkdən ibarətdir. Beləliklə, NATO-nun şərq cinahında Türkiyə-Gürcüstan-Azərbaycan təhlükəsizlik zolağı formalaşa bilər. Bu da Cənubi Qafqazda hərbi balansın və geosiyasi landşaftın dəyişməsinə gətirib çıxaracaq.
Lakin ABŞ Ukraynanı bu prosesdən ayrı tutmaq istəmir. Artıq Ukrayna NATO-nun bərabərhüquqlu tərəfdaş statusu almaq üçün ABŞ Konqresinə müraciət edib. Krım-Cənubi Qafqaz-Əfqanıstan cəbhəsinin formalaşmasını Türkiyəyə həvalə etmək bu regionlarda rəsmi Ankaranın hegemonluğunu artıra bilər. Ona görə də Konqresin qərarından asılı olmayaraq, Şuşa Bəyannaməsi kimi Ukrayna ilə Türkiyə arasında da müttəfiqlik sazişinin imzalanacağı gözləniləndir.
Hətta həmin sənəd Krım Bəyannaməsi də adlana bilər. Nəticədə, Türkiyə Şərqi Avropadan Cənubi Qafqaz və Əfqanıstana qədər formalaşacaq yeni geostrateji dəhlizin siyasi lokomotivi olmaq imkanı əldə etmiş olar. Bu isə Qara dəniz-Cənubi Qafqaz, Cənubi-Qafqaz-Mərkəzi Asiya geosiyasi sınıq xətlərinin yaranması səbəb olacaq. Əfqanıstana çıxış yaxın perspektivdə Türkiyəyə Mərkəzi Asiyanın türkdilli ölkələri ilə hərbi, siyasi və iqtisadi münasibətləri gücləndirmək imkanı verə bilər.
Lakin ABŞ qoşunlarının Əfqanıstandan çıxması ilə “Taliban” terror təşkilatının hücuma keçməsi bölgədə müharibənin miqyasının genişlənməsinə və Mərkəzi Asiyaya çatmasına səbəb olub. Bu da Çinin “Bir kəmər, bir yol” layihəsinin reallaşmasına mane olmağa çalışan ABŞ-ın maraqlarına cavab verir. Ona görə də Türkiyənin Əfqanıstanda təhlükəsizlik missiyası Çinin və Rusiyanın ciddi müqaviməti ilə rastlaşa bilər. Rəsmi Ankaranın Əfqanıstan Kabil hava limanını “Taliban”a ciddi təsir imkanına malik olan Pakistanla birgə mühafizə etmək təklifi hücumların qarşısının alınmasında mühüm rol oynaya bilər.
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2021, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-06-2021, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01