Bayden-Putin görüşü Bakıda qərbpərəstlərin “kefinə soğan doğradı” - NİYƏ?
ABŞ və Rusiya liderlərinin iyunun 16-da baş tutan Cenevrə görüşü ərəfəsində rus müxalif qüvvələrinin ciddi gözləntiləri varıydı. Xüsusən bloger Aleksey Navalnı tərəfdarları ümid edirdilər ki, danışıqlar masasında onun həbsi məsələsi olacaq. “Yeni Müsavat”ın məlumatına görə, yeni amerikalı prezident Cozef Baydenin Demokratlar Partiyasından olması müəyyən təxminlər yaradırdı ki, demokratiya, insan haqları mövzusuna diqqət ayıracaq.
Hətta onun rusiyalı həmkarı Vladimir Putindən Navalnını azadlığa buraxmağı tələb edəcəyi ehtimal olunurdu. Lakin Bayden rus müxalifətinin və Navalnı tərəfdarlarının ümidlərini yerə vurdu. Bayden yalnız Navalnının həbsxanada səhhəti ilə bağlı Rusiya hakimiyyətinin məsuliyyət daşıdığını bildirib. Yəni onun azad olunması məsələsi ikinci planda qalıb. Putin isə öz növbəsində müxalifətçinin qanunları pozduğunu, hətta ABŞ-da Quantanamo həbsxanasının fəaliyyət göstərdiyini, bunun beynəlxalq qanunlara zidd olduğunu Baydenin yadına salıb.
Əlbəttə ki, liderlərin görüşünün belə nəticələnməsi Rusiya müxalifətini məyus edib. Navalnının iki dövlət arasında artıq bir bazarlıq predmeti olduğu hiss olunmaqdadır. Rusiya liberalları, qərbpərəst müxaliflər tamamilə fərqli danışıqlar, hətta Putinə ciddi təzyiqlər gözləyirdi. Bu, özlüyündə Azərbaycandakı liberalların, amerikapərəst fəalların da “kefinə soğan doğradı”. Onlar Bayden administrasiyasından hakimiyyətlərə təzyiq olacağını hesablamışdı. Amma yeni Ağ Ev rəhbəri andiçmədən sonra verdiyi demokratiya vədlərinə xilaf çıxmış kimi görünür. Əslində təəccüblü hal yoxdur, ənənəvi Amerika siyasəti belədir: təhdid edir, sonra masa arxasında anlaşıb, təhdid etdiyi tərəflərdən böyük güzəştlər qoparır. Və o güzəştlər heç də demokratiya ilə bağlı olmur. Belə desək, ABŞ siyasi məhbus, insan haqları və demokratiyanın boğulması, azad seçki, müstəqil mətbuat faktorlarından siyasi bazarlıq üçün istifadə edib. Bayden-Putin görüşündə də Navalnı masada siyasi alver rolunu oynadı və bu, Azərbaycanda liberal müxalifətin, Qərbdən nicat gözləyən ictimai fəalların, bəzi QHT rəhbərlərinin, siyasətçiləri növbəti dəfə ümidlərini suya düşürdü. Çünki Bayden administrasiyasının bölgədə demokratiya və insan haqları ilə bağlı daha irimiqyaslı planları olduğu güman edilirdi.
Parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, liderlərin Cenevrə görüşü strateji xarakter daşıyırdı. Onun sözlərinə görə, ABŞ və Rusiya dnüyada ən böyük nüvə ölkələridir. Deputatın fikrincə, iki superdövlətin rəhbərinin qlobal sülh və təhlükəsizlik məsələsində kompromisə gəlməsi dünyanı daha az təhlükəli edir, kataklizmlərin qarşısını alır: “Lakin dialoq mühitinin olmaması dünyada yeni təhdid mənbələri yaradır. Əslində ABŞ-Rusiya münasibətlərinin gərgin olması reallığında onların görüş ehtimalı az hesab edilirdi. Çünki Bayden Putini kəskin ifadələrlə tənqid etmişdi”.
E.Nəsirov hesab edir ki, bu görüşdə əldə olunan əsas nəticə geri çağırılan səfirlərin diplomatik işini bərpası etməsi oldu: “Bununla iki ölkə arasında diplomatik müharibə dayandırıldı. Düzdür, bir sıra fundamental məsələlərdə ortaq mövqe olmadığını görürük. Lakin irəliləyişə nail olmaq cəhdi hiss olunur. Bu ilin sentyabrında Rusiyada Dumaya seçkilərdir. Seçkiqabağı Qərbin Rusiyaya total hücumu, Navalnı faktorundan istifadə edəcəyi ehtimalı vardı. Amma Baydenlə Putin görüşü bu proqnozların üstündən xətt çəkdi. Məlum oldu ki, Bayden üçün qlobal sülh məsələsi prioritetdir, Navalnı ikinci plandadır. Bu da rus liberallarını məyus edib. Analoji yanaşma Azərbaycana da aiddir”.
Deputatın sözlərinə görə, müəyyən radikal siyasi dairələr ABŞ-ın yeni administrasiyasının Azərbaycanla münasibətlərinin gərgin olacağına ümid bəsləyirdi: “Onlar ümid edirdi ki, ABŞ-ın Rusiya ilə olan gərginliyi bizə də sirayət edəcək. Əksinə oldu, Ərdoğan və Bayden görüşü həmin gözləntiləri alt-üst etdi.
Baydenin həm Ərdoğan, həm Putinlə görüşü göstərdi ki, əsas qlobal sülh və təhlükəsizlik məsələləridir. Yəni demokratiya və insan haqlarını bayraq edib təzyiq etmək taktikasında Vaşinqtonun indi fərqli mövqeyi var. Bu da radikal dairələri çox narahat edib, apatiya vəziyyətinə salıb".
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ Rusiya qarşısında həmişə demokratiya və insan haqları məsələsini qabardır. Onun fikrincə, bu məqsədlə Vaşinqton rus müxalifətini hər zaman dəstəkləyir.
“Rusiya müxalifəti Amerikadan daha çox şey gözləyirdi. Amma Moskva ilə təzyiq formasında danışmaq yersizdir. İndi ABŞ yeni sanksiyaları gündəmə gətirmək istəyir. Əlbəttə, iqtisadi cəhətdən təsirləri qaçılmazdır. Amma Rusiyanın bu məsələdə ”islanmışın yağışdan nə qorxusu..."
Politoloq hesab edir ki, Amerika məqsədinə çatmaq üçün demokratiyadan bir vasitə kimi istifadə edir: “Ermənistan seçkilərində seçki pozuntuları haqda məlumatlar eşidirdik. Belə olan halda özünü demokratiya qarantı kimi təqdim edən Amerika bu məsələdə səsini çıxarmadı. Yəni ABŞ demokratiyanı əlində qalxan edib”.
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bu mövzuda yazıb ki, ABŞ nə Navalnını həbsdən çıxarmaq üçün ciddi addım atmaq istədi, nə də KİV və QHT-lərlə bağlı Rusiyada olan bərbad vəziyyətlə bağlı ciddi narahatlığını büruzə verdi: “Bu bir daha sübut edir ki, insan haqları, demokratiya, sivil toplum və mətbuat məsələsi Qərb üçün dəyərlər olsa da, həm də danışıq və güzəşt predmetidir. Yəni Qərb bu məsələləri qaldırır, təzyiq edir, sonra öz əsl gündəliyində olan, milli maraqlarına xidmət edən məsələlərdə nəsə güzəşt qoparıb, dəyərləri ritorikaya, çağırışlara çevirir”.
N.Cəfərlinin sözlərinə görə, ABŞ üçün əsas məsələlərdən biri kibercinayətkarlıqla bağlı addımlar idi: “Məncə, bu məsələdə anlaşdılar, Kreml dedi ki, siz insan haqları mövzusunu və sanksiyaları zəiflədirsiz, biz də kiberhücumları saxlayırıq, həm də Arktikadan yeni dəniz yolunun açılması məsələsində sizinlə birgə işləyirik”.
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Bayden Putinə görüşü özü təklif etmişdi: “Putin görüşdən imtina edə bilərdi, amma etmədi. O halda tərəflər danışıqlarda öz şərtlərini diktə edir. Amerika prezidenti həmkarı ilə sərt ritorika xətti seçmədi. Bayden Putinə sanksiyalarla təzyiq etməyə hazırlaşır. Ona görə Navalnı məsələsi Vaşinqtonun bir nömrəli mövzusu olmadı. Rus müxalifəti bu mənada məyus olub ki, ABŞ Rusiyanı daha çox sıxışdırmalıydı”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-06-2021, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-06-2021, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01