ERMƏNİSTANDA NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ - Nəticələr açıqlanmağa başladı... (Yenilənir)
Ermənistan Mərkəzi Seçki Komissiyası bütün seçki məntəqələrinin 5% -i olan 106 seçki məntəqəsindən 23.055 seçici ilə səslərin 1.7% -nin nəticələrini açıqladı: "Vətəndaş Müqaviləsi" - 61,5%; "Konqres" -% 0,5; "Şərəfim var" bloku - 4.1%; "Aydınlanmış Ermənistan" -1,5%; "Ermənistan" ("Hayastan") bloku -18.5%.
***
İlkin hesablamalara görə, Sünik (Zəngəzur) bölgəsinin 34 kəndində seçicilər səslərin 45% -ni hazırkı baş nazir N.Paşinyana verib, seçicilərin 40 %-i Robert Köçəryanın "Ermənistan" blokuna səs veriblər.
***
İlkin məlumatlara görə, Ermənistanda parlament seçkilərində seçicilərin 49,4% -i iştirak edib. Səsvermədə 1 milyon 281 min 174 seçici iştirak edib. Bu barədə MSK sədri Tiqran Mukuçyan Mərkəzi Seçki Komissiyasının Məlumat Mərkəzində açıqlama verib.
Seçicilərin 48,63 faizinin (1 milyon 260 min 840 seçici) 2018-ci ilin dekabrında keçirilmiş erkən parlament seçkilərində iştirak etdiyi qeyd olunur.
Yerevandakı seçkilərdə 51,55%(442,846 seçici), Ermənistanın ikinci şəhərində - Gümrüdə 38,42 %(46,912), üçüncü - Vanadzorda 47,55 % (44,554) iştirak edib.
Bu arada, hökumətyönlü medianın xəbərlərinə görə, səlahiyyətlilərin verdiyi "Exit-poll"un nəticələrinə görə, saat 19:00-da - Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" bloku 50,2%, Köçəryanın "Ermənistan ("Hayastan")” bloku 15,7%, "Şərəfim var" bloku 8.4 % səs toplayıb.
Seçkilərdə 25 siyasi təşkilat iştirak edib. Əsas mübarizə baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası ilə "Ermənistan" blokunu formalaşdırmış sabiq prezident Robert Koçaryan arasında gedib.
Partiya blokları üçün keçid baryeri 7 %, partiyalar üçün 5 % təşkil edir. Qanunvericiliyə görə, parlamentdə azı üç siyasi qüvvə təqdim edilməlidir. Səsvermələrin ilk nəticələri yerli vaxtla saat 00:00-dan sonra açıqlanacaq.
Yekun nəticələr səsvermə günündən sonra yeddinci gün ərzində açıqlanmalıdır.
Parlament seçkilərində bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Baş Prokurorluq 64 seçki pozuntusunu qeydə alıb, cinayət işi qaldırılıb.
***
Ermənistanda nadir istisnalar olmaqla, saat 20:00-da bütün seçki məntəqələri bağlanıb. Bu barədə yerli KİV məlumat yayıb.
Artıq seçicilərin seçki məntəqələrinə girişi qadağan olunub. Tezliklə səslərin sayılması prosesinin başlanacağı gözlənilir.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 21 partiya və 4 siyasi blok iştirak edib.
***
Ermənistanın Baş Prokurorluğu bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələrin gedişatında 64 qanun pozuntusu barədə məlumat alıb.
“Report” xəbər verir ki, bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan jurnalistlərə bildirib.
"Saat 08.00-dan başlayaraq, saat 13.00-a qədər biz (pozuntular haqqında-red) 64 məlumat aldıq, onlardan 26-ı üzrə informasiya materialların hazırlanması üçün istintaq orqanlarına verilib. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı üzrə bir cinayət işi qaldırılıb", - Arsenyan deyib.
Qeyd edək ki, Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. İnsident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib. "Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb.
***
15.20
Yerevanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan ailə üzvləri ilə birlikdə səsvermə məntəqəsinə gedib, səs vermək üçün bir neçə dəqiqə növbədə gözləyib.
Bülleteni qutuya atdıqdan sonra jurnalistlərin suallarına cavab vermədən seçki məntəqəsini tərk edib.
***
11.49
Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri bir sıra problemlərlə müşahidə edilir. Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Bunlardan biri seçki məntəqələrində uzun növbələrin yaranmasıdır. Qeyd edilir ki, ajiotaj heç də seçkiöncəsi mübarizənin nəticvəsi ilə yox, səsvermə prosedurunun uzadılması ilə əlaqədardır.
Əvvəlcə seçicilər ikili pasport və barmaq izi üzrə eyniləşdirmə posedurunu keçir. Sonra ona 25 bülleten (hər partiya üçün 1 bülleten) paketi sayırlar. Seçilmiş bülleten zərfə qoymaq və ona holoqram yapışdırmaq lazımdır. Sonra zərf urnaya qoyulur.
Bəzi seçicilər seçki məəntəqələrində çox gözləmələrindən ciddi narazılıq edirlər.
Qeyd edək ki, Ermənistanda bir neçə aydır davam edən daxili ictimai-siyasi böhran fonunda bu gün növbədənkənar parlament seçkiləri keçirilir. Ölkədə yerli vaxtla saat 7:00-da 2 008 seçki məntəqəsi açılıb. Səsvermə Bakı vaxtə ilə saat 20:00-da başa çatacaq. Seçici siyahılarına 2 583 823 nəfərin adı var.
***
09:30
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
“Report”un məlumatına görə, sayca 8-ci olan seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb, saat 20:00-da başa çatacaq.
Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Hazırkı seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edir.
Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf veriləcək. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılacaq.
Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşir.
Ölkədə 2 583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs verəcək.
Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçiriləcək.
Növbəti gün MSK ilkin, yeddi gün ərzində isə yekun nəticəni açıqlamalıdır. Parlamentdəki mandat bölgüsündən sonra konstitusiyaya görə, qüvvələrdən heç biri səslərin 54 faizini qazanmazsa, seçki məcəlləsinə görə bütün partiyaların koalisiya hökuməti qurması üçün altı gün vaxt veriləcək.
Əgər koalisiya qurulmasa, seçki günündən 28 gün sonra ilk turda ən çox səs qazanan iki siyasi qüvvənin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan hesab olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-06-2021, 23:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-06-2021, 23:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti