reklam
Regionxeberlericom.az » Siyasət » Qarabağda minalar daha çox "Ohanyan xətti" boyunca basdırılıb - VACİB İPUCU!

reklam

Qarabağda minalar daha çox "Ohanyan xətti" boyunca basdırılıb - VACİB İPUCU!



Ermənistan Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün nə vaxtsa döyüşəcəyini bilirdi. Çünki ermənilər Azərbaycan xalqının qətiyyətini və xalqın ölkə başçısına inamını yaxşı görürdü. Ermənistan əvvəl-axır döyüşlərin olacağını bilirdi, ona görə də təmas xəttində illərlə mühəndis-maneələr sistemi yaradırdı. Belə maneə sistemlərinin biri də "Ohanyan xətti" idi. Bu sədd mərhələli maneələr sistemi idi. Konkret ərazidən Azərbaycan əsgərinin irəliləməsinin qarşısını almaq, müəyyən müddətdə ləngitmək üçün Ohanyanın tövsiyəsi (tələbi) ilə ermənilər təmas xətti boyunca piyada əleyhinə mina sahəsi yaratmışdı.


“Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov açıqlamasında deyib ki, ən çox mina ermənilərin keçilməz sədd hesab etdikləri “Ohanyan xətti” boyunca basdırılıb. Bu da Ağdamı, Tərtərlə Cəbrayılın müəyyən hissəsini, həm də Füzuli rayonunu əhatə edir. Bəs bu xəttin hansı özəllikləri var?

Sualımızı cavablandıran hərbi-ekspert Ədalət Verdiyev "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağda minaların daha çox "Ohanyan xətti" boyunca basdırılması dəfələrlə səsləndirilib. Ekspert qeyd edib ki, Vətən müharibəsi başa çatandan sonra bu artıq görüntülü faktlarla sübut olunub:

"Həmin "Ohanyan səddi" təxminən 10-a yaxın keçilməz elementlərdən ibarətdir. Onlardan bir neçəsi məhz minalanmış ərazilərdir. Məsələn, orada ilk öncə zirehli texnikalara qarşı tank əleyhinə minalar və piyada əleyhinə keçilməz minalı sahələr mövcuddur. Qeyd edim ki, həmin xətt ələ keçirilmiş mövqelərin saxlanılması, rəqibin qarşısının alınması üçün kompleks şəkildə qurulmuş güclü maneədir. Burada düşmən piyada əleyhinə minalı sahəni "himayə etmək" məqsədilə tank əleyhinə mina sahəsi yaratmışdılar. Üzəri və araları lent formalı məftillərlə hörülmüş bir neçə cərgə dəmir dirəklər basdırılmışdı ki, onların da burada qarşısı minalar sahəsi olub. Sonra yenə piyada əleyhinə mina sahəsi, sonra yenə tank əleyhinə mina sahəsi, sonra məftil maneələri, sonra tank əleyhinə xəndəklər və s. mövcuddur ".

Hərbi ekspert qeyd edib ki, minaların çoxunun da bu ərazidə basdırılması normal bir haldır:

"Çünki minalı sahələr hücuma keçəcək qüvvələrin hücumlarına imkan vermir. Bu mümkün olmadıqda isə heç olmasa minalı sahələrdə düşməni ləngitməklə ona maksimum zərər yetirmək məqsədi daşıyır. "Ohanyan xətti"ndə minaların daha çox basdırılması yuxarıda sadaladığım səbəblərlə bağlıdır".


Paylaş:


Müəllif : Tarix:
15-06-2021, 09:17
Sikayət   


loading...
Загрузка...