“Zəngəzur dəhlizinin əleyhinə olan yeganə dövlət İrandır” - FAKT BUDUR!
10 noyabr razılaşmasının bəndlərindən biri kommunikasiyaların açılmasıdır. Məlumdur ki, kommunikasiyaların bərpası deyəndə ağla ilk olaraq Zəngəzur dəhlizi gəlir. Zəngəzur dəhlizinin açılması ilə regionun mənzərəsi və geosiyasi konfiqurasiyası əhəmiyyətli dərəcədə dəyişəcəyi aydın məsələdir. Dəhlizin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Dövlətimiz Vətən müharibəsindən sonra bu müstəvidə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib.
Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.
Dəhlizin əhəmiyyətini “Sherg.az”a şərh edən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli bildirib ki, Zəngəzur dəhlizi Cənubi Qafqazın ən mühüm kommunkasiyalarından biridir:
“Dəhlizin açılması labüddür. Çünki bu məsələdə ən azı iki böyük dövlətin- Türkiyə və Rusiyanın iradəsi var. Görünür ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ təsadüfən və tez zamanda meydana çıxmayıb. Burada hər iki dövlətin maraqlarının təmin olunması var. Söhbət Rusiyanın cənub ölkələri, həmçinin Türkiyə, Azərbaycan üzərindən isə Ermənistanla əlaqələrindən gedir. Ona görə də Zəngəzur dəhlizi çox vacib nəqliyyat xəttidir.
Türkiyə də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki həm Azərbaycanla, həm də Orta Asiya və Çinlə birbaşa əlaqə qurmağa şərait yaradır. Düşünürəm ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistanda iyunun 20-dəki parlament seçkilərindən sonra xeyli aktuallaşacaq. Hazırda Ermənistanın dəhlizlə məşğul olmağa halı yoxdur. Ancaq bu dəhliz Ermənistan üçün də bir çox iqtisadi üstünlüklər qazandırır. Ermənistanın region ölkələrinə çıxışı, Rusiya ilə əlaqələri baxımdan önəmlidir. Hesab edirəm ki, burada istək, siyasi iradə və kommunikasiyanın reallaşdırılması məsələsi önəm daşıyır”.
Q.Məhərrəmli qeyd edib ki, bölgədə Zəngəzur dəhlizinin əleyhinə olan yeganə dövlət İrandır:
“Çünki İran Ermənistanla əlaqələrdə prioritet rol oynayır, onu oksigenlə təmin edir. Bu baxımdan dəhlizin açılması İranın heç də ürəyincə deyil. Lakin İranın istəyindən asılı olmayaraq bu məsələ 10 noyabr sazişində əksini tapıb. Zəngəzur dəhlizi ümumi ad olaraq yazılmasa da, bütövlükdə kommunikasiya xətlərinin açılması deyəndə ilk növbədə ağla gələn məhz bu dəhlizidir. İnanıram ki, regiondakı sabitlik, qarşılıqlı əlaqələr dəhlizin işə düşməsindən asılıdır. Ona görə də Zəngəzur dəhlizi nəzərdə tutulmuş strateji plan kimi mütləq reallaşacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-06-2021, 18:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-06-2021, 18:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11