Erməni polkovnikin 17 maşın mina etirafına BAKIDAN REAKSİYA
Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi, üstəlik, Azərbaycan ərazisinə diversiya qrupları göndərib yeni minalar yerləşdirməsi, nəticədə mina partlayışlarından jurnalistlər də daxil həlak olanların sayının getdikcə artması terrorçu dövlətə qarşı diplomatik cəbhədə ciddi addımların atılması üçün yeni fürsətlər yaradıb. İrəvan nəinki minalanmış ərazilərin xəritəsini vermir, hətta heç nədən çəkinmədən ərazidə saysız-hesabsız minaları basdırdığını elan edir. Məsələn, erməni polkovnik Koryun Qumaşyan bəyan edib ki, Laçın və Kəlbəcərdə 17 yük maşını dolusu mina basdırıblar. Ekspertlər hesab edir ki, bu məqam da diplomatik cəbhədə Ermənistanın üstünə getmək üçün yaxşı fürsət yaradır. Eyni zamanda bu vəziyyətin hərbi əməliyyatlara başlamaq üçün də fürsət açdığını düşünənlər var. Bəs Azərbaycan B planını işə salacaqmı? Ermənistan mina xəritələrini vermir. Onları buna vadar etmək üçün lokal hərbi əməliyyatlar başladılmalıdırmı? Təklif var ki, biz də onların ərazisində mina basdıraq. Son olaydan sonra Azərbaycan diplomatik və informasiya sahəsində hansı həmlələri etməlidir?
Politoloq Elxan Şahinoğlu öncə bildirdi ki, erməni hərbçilər həmin minaların əksəriyyətini müharibədə məğlub olduqlarını anladıqdan sonra, yəni 10 noyabrdan sonra yerləşdiriblər. Xüsusilə də Ağdam, Laçın və Kəlbəcər ərazisində olan minaların əksəriyyəti məhz 10 noyabrdan sonrakı günlərdə basdırılıb. Bəlkə də buna görə 10 noyabr üçtərəfli bəyanatının əksinə olaraq Ermənistan Ağdam və Kəlbəcəri boşaltmağı və bizə təhvil verməyi üst-üstə təxminən bir ay yubatdı. Ermənistan bu müddətdə ərazilərdə minalar yerləşdirdi. İndi bununla kifayətlənməyib diversiya qrupları vasitəsilə ərazilərimizdə mina basdırırlar. Ermənilər minaları iki istiqamətdə Azərbaycan ərazisində yerləşdirə bilər. Bunu ya Ermənistandan gizli yollarla Azərbaycan tərəfə keçən diversantlar yerləşdirir, ya da Qarabağdakı separatçılar terror fəaliyyətlərini davam etdirirlər: “Bu vəziyyət, minaların partlaması nəticəsində vətəndaşlarımızın, həmçinin peşə fəaliyyətini həyata keçirən jurnalistlərin həyatını itirməsi Bakıya iki istiqamətdə hərəkətə keçməyə imkan yaradır. Sərhədi - bu sıraya Laçın üzərindən sərhədin qapadılması da daxildir - qapatmalıyıq ki, diversantlar Azərbaycan tərəfə keçə bilməsinlər. İkincisi, Qarabağdakı separatçıları da tərk-silah etməliyik ki, yolları və meşələri minalaya bilməsinlər. Sərhədimizi pozan diversantlar isə yerindəcə zərərsizləşdirilməlidir. Gözləmək olmaz. Gözlədikcə mina partlayışlarından həlak olan vətəndaşlarımızın sayı artacaq”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2021, 10:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2021, 10:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11