Gəncə və Bərdəyə atlan raketlərə susan ABŞ: - “Baydenin ədaləti bundan artıq olmadı”
“ABŞ Qəzzadan atılan raketlərə qarşı İsrailin özünümüdafiə hüququnu tam dəstəkləyir”.
TASS-ın verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Bayden administrasiyası İsrail və HƏMAS arasında əldə edilmiş atəşkəs razılaşmasına riayət olunmasını da dəstəkləyir.
ABŞ 44 günlük Vətən müharibəsində Azərbaycanla Ermənistana münaqişəni sülh yolu ilə həll etməyə çağırışlar edirdi. Qəzzadan atılan raketlərdə İsrailə dəstək verən ABŞ nədənsə ermənilər Gəncə və Bərdəyə raket zərbələri endirəndə sakit qalmışdı.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin sözlərinə görə, Amerika bəzi məsələlərdə tərəfkeşlik edir:
“Bu, bir daha göstərir ki, dünya 3-5 ölkənin əlində əsir olub. Bu dövlətləri strateji bağlar, xristian həmrəyliyi, adını bilmədiyimiz müxtəlif lobbiçilik fəaliyyətləri birləşdirir. Bayden hakimiyyətə gələndə hay-küylə dünyaya yeni ədalət gətirəcəyini vəd edirdi. Onun gətirəcəyi ədalət də bundan artıq olmadı. BMT 1949-cu ildə Fələstin və İsrail dövlətlərinin yaranması ilə bağlı qərar verib. Fələstin üçün hər bir şərait yaradılıb və icra edilir. Bu mövqeyi beynəlxalq hüquq normalarına, Amerikanın beynəlxalq münasibətlərlə əlaqədar üzərinə götürdüyü öhdəliklərin tələblərinə ziddir. Tərəfkeşlik etməklə dünya düzəninə ziyan gətirəcək, ona qarşı etimadsızlıq yaradacaq hərəkət etmiş olur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2021, 16:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-05-2021, 16:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26