“REGİONDA SABİTLİK İRANIN DƏSTƏYİ İLƏ POZULUR” - “Onların məqsədi İsraili tamamilə məhv etməkdi”
Doron Peer: “Bu münaqişə dini xarakter daşımır, biz hamı ilə sülh şəraitində yaşamaq istəyirik”
Son günlər Qəzza bölgəsində baş verənlər, İsrail-Fələstin münaqişəsinin yenidən hərbi qarşıdurma fazasına keçməsi, nəticədə dinc sakinlərin və xüsusən, uşaqların həlak olması bütün dünyada narahatlıq və həyacan yaradıb.
Belə bir şəraitdə sülh çağırışlarına, təşəbbüslərinə daha çox ehtiyac yaranıb. Vəziyyət dramatik olsa da, münaqişə tərəfləri sülhə hazır olduğunu bəyan edir.
İsrail Dövlətinin Azərbaycandakı missiya rəhbərinin müavini Doron Peer ilə müsahibəmizdə də Təl-Əvivin mövqeyini ayadınlaşdırmağa çalışdıq. Fələstinlə sülh danışıqlarının, Azərbaycanın vasitəçilik imkanlarının perspektivinə İsrailin baxışını müzakirə etdik.
-Cənab Peer, Qəzza bölgəsində nə baş verir? Hazırda dünya mətbuatının bir hissəsi gərginliyin İsraillə HƏMAS arasında olduğunu yazsa da, digər tərəf bunun İsrail-Fələstin münaqişəsinin növbəti dalğası adlandırır. Həmçinin, qeyd edilir ki, bu gərginliyin əsas səbəbi İsrailin daxili siyasi prosesləri ilə bağlıdır. Bəzi siyasi qüvvələr məqsədli şəkildə gərginliyin yaradılmasında maraqlı olub...
-Qəzza bölgəsində baş verənlər həm israillilər, həm də fələstinlilər - bütün mülki əhali üçün faciədir. Bu günlərdə həm HƏMAS, həm də İslami-Cihad təşkilatı tərəfindən İsrailin müxtəlif şəhərlərinə 4 mindən artıq raket atılıb, hava zərbələri endirilib. Onlar mülki əhalidən qalxan kimi istifadə edirlər. Hər iki tərəfdən insanlar terrorun içində yaşayır. Təəssüf ki, HƏMAS üzvləri silah-sursat, raket və hərbi qərargahlarını yerləşdirmək üçün uşaq bağçalarından, məktəb, xəstəxana və yaşayış binalarından istifadə edirlər. HƏMAS bir yandan İsrailin dinc əhalisini zərbə altında saxlayır, digər yandan öz əhalisini təhlükəyə atır. Bildiyiniz kimi HƏMAS əldə etdiyi vəsaitləri məktəblərin, xəstəxanaların tikintisinə deyil, silah-sursat, raket almağa, yeraltı tunellərdən terror üçün istifadəyə xərcləyir.
Bu günlərdə HƏMAS Qəzza zolağına hümanitar yardım daşıyan yük karvanını raket atəşinə tutub. Hansı ki, həmin yardım humanitar böhrandan əziyyət çəkən əhali üçün nəzərdə tutulmuşdu. İsrail dəfələrlə danışıqlara, münaqişənin həll yollarının tapılmasına çalışıb. Təəssüf ki, hər dəfə bu cəhdləri nəticəsiz qalıb. Bunun əsas səbəbi HƏMAS və İslami-Cihad təşkilatlarının bu danışıqlardan imtina etməsi olub. Onlar bu cür təşəbbüslərə həmişə müqavimət göstərib. Bu təşkilatlar öz maraqlarıından istifadə etməklə həm israillilərin, həm də fələstinlilərin həyatını məhv edib. Onların bir məqsədi var: İsraili tamamilə məhv etmək. Bütün fəaliyyətləri sırf buna yönəlib. Təsəvvür edin ki, kimsə öz siyasi maraqları üçün İsrail əhalisinin üzərinə 4 mindən artıq raket atır.
-Bu raketləri, silah-sursatı almaq üçün vəsait HƏMAS-da hardandır?
-Heç kim üçün sirr deyil ki, bu vəsaitin böyük hissəsi İrandan gəlir. İran həm açıq, həm də gizli şəkildə HƏMAS-ı maliyyələşdirir. Bir neçə beynəlxalq təşkilat tərəfindən məktəblərin, xəstəxanaların tikintisi, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün layihələr nəzərdə tutulmuşdu. Amma HƏMAS bu vəsaitlərdən başqa məqsədlər üçün istifadə edib. Həmin təşkilatlar bunu öz hesabatlarında da açıqlayıblar.
-Yəni, deyirsiniz ki, bu, İsrail-Fələstin deyil, İsrail-HƏMAS münaqişədir?
-Bəli, bu, HƏMAS-la olan münaqişədir. Bizim Fələstin xalqına qarşı heç bir pis niyyətimiz yoxdur və onlara qarşı çıxmırıq. Bu münaqişə dini xarakter daşımır. Biz hamı ilə sülh şəraitində yaşamaq istəyirik.
-Azərbaycanda Fələstin-İsrail münaqişəsinin yenidən alovlanmasını, dinc insanların həlak olmasını narahatlıqla izləyirlər. İstər Əl-Əqsa Məscidi ilə bağlı baş verənlər, istərsə də, İsrailə raket hücumları Azərbaycan cəmiyyətində dərin narahatlıq doğurur. Azərbaycan müsəlman ölkəsidir, həmçinin, İsraillə müttəfiqliyi var. Bir çox müsəlman ölkələrində də bu hadisələr narahtlıq yaradır, ictimai rəy ikiyə bölünüb. Bir çox təhlilçilərimiz hesab edir ki, bu hadisələr sülh təşəbbüslərinin necə vacib olduğunu bir daha nümayiş etdirdi. Bir daha bu hadisələrin baş verməməsi üçün İsrail müsəlman dünyası ilə geniş dialoq imkanlarını nəzərdən keçirirmi?
-Siz də görürsünüz ki, İsrail münaqişənin həll olunması üçün özünün bütün imkanlarından istifadə edir. Həmçinin, münaqişənin yenidən başlanmasının qarşısını almağa çalışır. İsrail müsəlman ölkələri və digər ölkələrlə sülh şəraitində yaşamaq üçün danışıqlara hər zaman hazırdır. Bu, dini münaqişə deyil. Misir, İordaniya, Bəhreyn, BƏƏ, Mərakeş bizimlə sülh bağlamaq istəyəndə, biz onlarla sülh müqaviləsi bağladıq. Çünki həqiqətən də, bu ölkələr İsraillə sülh bağlamaq istəyirdi. Dinindən aslı olmayaraq, hər hansı ölkə bizimlə sülh bağlamaq istəyirsə, İsrail buna hazırdır.
Təkrar edirəm, bu münaqişə, bu baş verənlər dini xarakter daşımır. Məlumat üçün deyim ki, Azərbaycanda olduğu kimi İsraildə də hər zaman müqəddəs məkanlar insanlar üçün açıq olub və hər zaman da belə davam edəcək. On illərdir ki, İsrail dünya xristianlarının Yerusəlimdəki müqəddəs atəş mərasimində və müsəlmanların Əl-Əqsa Məscidində hər həftə cümə namazında, xüsusilə də Ramazan bayramı zamanı iştirakını təmin edib.
-Ümumiyyətlə, bölgədə davamlı sülhün əldə olunması perspektivini neçə görürsünüz?
-Bu, maraqlı və çox da siyasi xarakter daşımayan bir sualdır. Bilirsiniz ki, ötən il İsrail bir sıra müsəlman ölkəsi ilə “İbrahim razılaşması” adlanan sülh razılaşması əldə edib. Bu razılaşma onu göstərir ki, sülh istəyən ölkələrlə İsrail hər zaman sülh bağlamağa hazır olan bir dövlətdir. Hər hansı bir ölkə sülh şəraitində yaşamaq istəyirsə, İsrailin bunun üçün yaxşı bir tərəfdaş olduğunu görə bilər. İsrail inanır ki, bütün qonşuları ilə sülh şəraitində yaşamaq mümkündür. Biz illər boyu bu cür razılaşmanı Fələstinlə də əldə etmək istəyirdik. Uzun illər əvvəl Kemp-Devid müqaviləsinə, Oslo anlaşmasına və digər müqavilələrə baxsanız, görərsiniz ki, sülhə tərəf addım atsaq da, qarşı tərəfdən rədd cavabı almışıq. Bu razılaşmaların bir neçə məqamı əslində israillilər üçün çox çətin idi. Buna baxmayaraq, biz buna hazır idik. Bir az əvvəl dediyim kimi, etdiyimiz təkliflərə dəfələrlə rədd cavabı verilib. Sülh əldə etmək üçün həmişə kompramisə getməlisən. Amma onu əldə etmək üçün ilk növbədə bütün radikal qrupların qarşısını almalıyıq. Bütün qonşularımızla sülh əldə etmək bizim üçün çox vacibdir. İsrail ümid edir ki, tezliklə fələstinlilərlə sülh əldə olunacaq. Amma bununla yanaşı İsrail öz vətəndaşlarının mühafizəsini təmin edəcək.
-Üç gün əvvəl ABŞ Prezidenti C.Bayden münaqişənin nizamlama planından danışıb. Müxtəlif illərdə ABŞ administrasiyasının rəhbərləri münaqişə ilə bağlı sülh planı ilə çıxış edib. Qarşı tərəf iddia edir ki, beynəlxalq təşkilatların qəbul etdiyi sülh təşəbbüsləri ABŞ tərəfindən ləngidilir. Yəni Amerika sözdə başqa, əməldə isə İsrailin maraqlarına uyğun addım atır...
-Əminliklə deyə bilərəm ki, ABŞ və digər ölkələr tərəfindən təklif olunan razılaşmalar Fələstin tərəfindən rədd edilib. Hər zaman qarşı tərəf bunun üçün səbəb gətirməyə çalışıb, nəyisə bəyənməyib. Razılaşmanı onlar üçün hansı ölkənin təklif etdiyi fərq etməyib, razılaşmaya qarşı çıxıblar. Buna baxmayaraq, biz öz səylərimizə davam edəcəyik. Hər şeyə pozitiv yanaşacağıq, sülh əldə etməyə çalışacağıq.
-Təhlilçilər tərəfindən vurğulanılır ki, İran-ABŞ münasibətlərində yeni mərhələnin başlanması ehtimallarının yüksək olması Təl-Əvivi narahat edir və bu da bölgədə gərginliyin artmasında rol oynayır...
-İsrail ABŞ və İran arasındakı münasibətdən ehtiyat etmir. Çünki yaxın gələcəkdə nəyinsə dəyişəcəyini düşünmürük. Bölgədəki gərginliyin İranın fəaliyyəti, nifrəti ilə təhrik edildiyi şübhəsizdir. Onlar terrorçu fəaliyyətinə son qoymur, silahla təchiz olunurlar. Söhbət tək HƏMAS-dan getmir, bura Hizbullah, eləcə də Səudiyyə Ərəbistanı, İraq, Livan və digər ölkələrdə fəaliyyət göstərən qruplaşmalar da aiddir. Həmçinin, bizdə olan məlumata görə, Cənubi Amerika və Afrikada da bu cür qruplar var. İranın bu bölgədə, Afrika və digər ölkələrdə, həmçinin, Avropada sabitliyi pozmağa təsir göstərməsi beynəlxalq səviyyədə məlumdur. Tək İsrail deyil, eyni zamanda bölgədə və bölgədən kənarda olan ölkələr də bu cür təşkilatların fəaliyyətindən narahat olmalıdır. İran tək HƏMAS-a deyil, bölgədə olan digər terror təşkilatlarına da maliyyə dəstəyi verir. Heç bir ölkə üçün sirr deyil ki, regionda sabitlik İranın dəstəyi ilə həmin qruplar tərəfindən pozulur.
-Cənab Peer, necə düşünürsünüz, rəsmi Bakı İsraillə Fələstin arasında vasitəşilik edə bilərmi?
-İsrail bütün təkliflərə açıqdır və bunları nəzərdən keçirməyə hazırıq. Əslində, hər yeni sülh təşəbbüsü bəlkə də bizim üçün bir pəncərədir. Bölgədə sülh əldə edib bir yerdə yaşamaq istəyirik. Amma ilk növbədə bunu başa düşməliyik ki, hər hansı bir sülhün əldə edilməsi üçün ilk növbədə hər iki tərəf bir-biri ilə danışıqlara başlamalıdır. Əgər biri digər tərəfin məhvinə, ölümünə çağırışlar səsləndirirsə, sülhün əldə edilməsi mümkün olmayacaq.
İsrail digər ölkələrin vətəndaşlarının ölümünə çox üzülür. Təəssüf ki, biz vətəndaşlarımızı qorumaq üçün silahdan istifadə edirik, onlarsa silahlarını qorumaq üçün vətəndaşlarından. Ümid və dua edirik ki, yenidən yaranan bu münaqişəyə son qoyulacaq.
Son olaraq, hərtərəfli dəstəyə görə, Azərbaycan xalqına təşəkkür edirik.(Azpolitika)
Paylaş:
Müəllif : Fuad
Tarix:22-05-2021, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-05-2021, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01