ABŞ Əfqanıstandan çıxardığı qoşunlarını hansı keçmiş sovet respublikasında yerləşdirmək istəyir... - İLGİNC
ABŞ Əfqanıstandan çıxarmağa başladığı qoşunlarını başqa ölkələrdə yerləşdirməyi planlaşdırır. Bu qüvvələrin Mərkəzi Asiyada, Əfqanıstanla qonşu olan Özbəkistan və Tacikistanda yerləşdirilməsi imkanları nəzərdən keçirilir. Virtualaz.org xəbər verir ki, bu haqda “The Wall Street Journal” Pentaqondakı mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, ABŞ-a Əfqanıstandan çıxardığı hərbi qulluqçular və döyüş texnikası üçün bazalar lazımdır. Belə ki, ABŞ Əfqanıstandan qoşunlarını çıxarsa da yerli hökuməti dəstəkləmək və “Taliban”ı çəkindirmək üçün yeni müdaxiləyə də hazır olmalıdır. Lakin qəzetə danışan mənbələr deyiblər ki, ABŞ qoşunlarının Mərkəzi Asiyada yerləşdirilməsini Rusiyanın orada “böyük hərbi iştirakı” və Çinin artan təsiri xeyli mürəkkəbləşdirir.
Bildirilir ki, ABŞ rəhbərliyi hələlik Özbəkistan və Tacikistana bu ölkələrin ərazisində hərbi baza yerləşdirmək barədə sorğu verməyib. Hələlik ABŞ Müdafiə Nazirliyində bu planla bağlı yekdil mövqe yoxdur, lehinə olanlar da var, əleyhinə olanlar da. Müzakirələrdə Dövlət Departamenti və Ağ ev də iştirak edir.
Xəbər verildiyi kimi prezident Cozef Bayden Əfqanıstana hərbi müdaxilədən 20 il sonra qoşunların bu ölkədən çıxarılmasına qərar verib. Qoşunların çıxarılması prosesi mayın 1-dən başlayıb. Lakin Əfqanıstanda situasiya olduqca kövrəkdir və “Taliban”la Kabil hökuməti arasında danışıqlar mürəkkəb keçir. Əfqanıstan hökuməti narahatdır ki, amerikalıların çıxmasından sonra “Taliban” yenidən hakimiyyəti ələ keçirə bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-05-2021, 10:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-05-2021, 10:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11