Minsk Qrupu Məşədi İbadın hambalı rolunda: - “Bəs statusum hara getdi...”
Qarabağ münaqişəsinin bütün mərhələlərində ermənilərin işğalçı siyasətini dəstəkləyən, 44 günlük Vətən müharibəsində isə əsl simasını bir daha ifşa edən Fransa Minsk Qrupunun “sınıq qulpundan” əl çəkmir. “Fransa və Rusiya prezidentləri telefon danışığı zamanı ATƏT-in Minsk Qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər”. Bunu isə sevincək Fransanın İrəvandakı səfiri deyib.
Minsk Qrupunun yenidən ermənilər üçün “dirildilməsində” ABŞ və Fransanın mövqelərinin üst-üstə düşdüyü sirr deyil. Onların məqsədi Minsk Qrupunu danışıqlarda tərəf kimi salmaq, gorbagor olmuş “status danışıqlarına” başlamaqdır. Rusiyanın Azərbaycanla bu məsələdə üz-üzə gəlməməyə çalışdığı da deyilir. 28 il ərzində torpaqlar işğal altında qalıb və bütün bu proses Minsk Qrupunun müşahidəsi altında baş verib. Minlərlə ölən və yaralananlar var, 4 min nəfərdən çox Azərbaycan vətəndaşı itkin düşüb. 1992-ci ildən vasitəçilik edən bu qrup heç nəyə nail olmayıb, əksinə, işğalı pərdələməklə məşğul olub və ermənilərə imitasiya danışıqları aparmağa şərait yaradıb. Düşmən Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Azərbaycan artıq münaqişənin bitdiyini deyir və Qarabağdakı erməni əhalisini öz vətəndaşı sayır.
Politoloq Elxan Mehdiyev Minsk Qrupunun dirildilməsi səylərini “Turan”a şərh edərkən maraqlı bir bənzətmə edib: “Bu məsələ artıq de-fakto və de-yure daxili məsələyə çevrilib. Rusiya, Fransa və ABŞ da daxil, bütün ölkələr bu ərazini Azərbaycan ərazisi kimi tanıyır. İndi isə həmin həmsədrlər gəlib ki, bizim o zaman ”sizə məlum olan sülh planımız var idi" və orada sonda status məsələsi də var idi. Gəlin bu ərazinin statusunu beynəlxalq qarantiya ilə həll edək..? Onlara demək lazımdır ki, a kişi, bu iş sənin planın əsasında həll olunub ki, indi də bu planın son hissəsini həll edək? İkincisi, ermənilər bu planı qəbul etmişdi ki, indi də bu plan əsasında hərəkət edək? Bu cür çağırış, təbii, mənəviyyat baxımından riyakarlıqdır, siyasi baxımdan isə anti-Azərbaycan layihəsidir, onun suverenliyi və siyasi müstəqilliyinə müdaxilədir. İndi ABŞ və Fransanın bu çağırışı Məşədi İbadın hambalının davasına bənzəyir. O, yalnız “mənim bir abbasım hara getdi?” deyirdi, bunlar da “mənim statusum hara getdi?” deyir... Məgər 28 ildə statusla bağlı razılıq olub ki, onu da Azərbaycan pozmuş ola? Və ya pozduğuna görə yenidən müzakirəyə çıxara. Azərbaycan üçün status məsələsi bitmişdir. Qarabağ ermənilərinin statusu Azərbaycan vətəndaşlarının statusu ilə eyni olacaqdır".
Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a şərhində bildirdi ki, əvvəla, Minsk Qrupu 30 ilə yaxın müddətdə yarıtmaz fəaliyyətlərinin hesabatını verməlidir: “30 ilə yaxın Qarabağ məsələsinin həlli üçün heç bir addım atmayan, əksinə, problemin həll edilmədən qalmasına çalışan Minsk Qrupunun artıq heç bir haqqı yoxdur ki, məsələyə müdaxilə etsin. Qarabağ münaqişəsini məhz Minsk Qrupu həll etmədiyi üçün Azərbaycan Ordusu bu işi öz üzərinə götürdü və 44 günə həll etdi. 30 ilə yaxın Minsk Qrupunun həll etmədiyi məsələni 44 günə Azərbaycan Ordusu həll etdi. Artıq Dağlıq Qarabağ adlanan Dağlıq Qarabağ adlı inzibati struktur, bölgə yoxdur və biz Minsk Qrupunun fəaliyyətinin başa çatdığını hesab edirik. Əslində bu mənasız formatı təkrar diriltməyə ehtiyac yoxdur. Həmsədrlik institutunun yenidən dirçəlməsində ən çox maraqlı olan Ermənistan və Fransadır. Ermənistan həmsədrlər vasitəsilə Azərbaycana yenidən təzyiq etmək, gorbagor olmuş statusu yenidən gündəmə və masaya gətirmək istəyirlər. Azərbaycan Prezidenti həmsədrlərlə bağlı mövqeyini ortaya qoyub. Həmsədrlərin özlərinə hörməti olsaydı, Azərbaycan Prezidenti sonuncu dəfə onları qəbul edərkən dediklərindən sonra özlərini buraxmalıydılar. Ancaq biz görürük ki, onlar, xüsusilə Fransa bu mənasız formatı yenidən meydana gətirməyə çalışırlar. Məqsədləri isə Qarabağ məsələsinin həll olunmadığı görüntüsünü yaratmaq və yenidən illərlə uzanacaq mənasız danışıqlar ”ənənəsini" davam etdirməkdir. Onlar özləri də bilirlər ki, status məsələsi artıq Azərbaycan tərəfindən qəbul edilmir. Bunu bilə-bilə status məsələsini yenidən qabartmaları problemi yenidən sonu görünməyən bir prosesə çevirmək istəyindən xəbər verir".
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan Minsk Qrupu həmsədrlərinə bu sualı ünvanlamalıdır: “Sizin 44 günlük müharibədən əvvəlki dövrlərdə irəli sürdüyünüz ”həll variantları"nı məgər Ermənistan qəbul edirdi? Azərbaycanın 30 ilə yaxın işğalda olan torpaqları məgər sizin “həll variantı”ınızla azad edilib ki, indi də deyirsiniz gəlin sonuncu məsələni-status məsələsini də həll edək? Öncə zəhmət çəkib bu cür suallara cavab versinlər. Sonra da yeni reallığa uyğunlaşsınlar, köhnə və arxası deşilmiş “qazan”ı danqıldatmaqdan əl çəksinlər".
Politoloq bəyan etdi ki, Azərbaycan cəmiyyətində Minsk Qrupuna inam tamamilə itib. Fransa həmsədrlikdə qaldığı halda isə bu vasitəçilik, ümumumiyyətlə, qəbul edilmir: “Ona görə də ya ATƏT-in Minsk Qrupunun həmsədrlik formatı qalacaqsa, orada Fransanı başqa ölkə əvəz eləməlidir. Biz hesab edirik ki, bu ölkə Türkiyə olmalıdır. Azərbaycan belə bir şərt irəli sürməlidir ki, Minsk Qrupu ilə yalnız o halda işləməyə hazırdır ki, Türkiyə həmsədrlərdən biri olsun. Ermənistanın hərbi müttəfiqi Rusiya həmsədrdir, Azərbaycanın da müttəfiqi Türkiyə Minsk Qrupunun üzvü olaraq həmsədrlərdən biri olmalıdır. Minsk Qrupu həmsədrlərinin hazırkı tərkiblə Qarabağ probleminin həllinə nail olmaq mümkün olmayıb. Müharibə də məhz bu üzdən baş verdi və Azərbaycan torpaqlarını güc yolu ilə azad etməli oldu”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2021, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-05-2021, 09:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11