“RUSİYA HƏMİŞƏ TƏCAVÜZ ÜÇÜN FÜRSƏT GÖZLƏYİR...” - “ABŞ Rusiya təhdidinə üç yolla cavab verməlidir”
"Rusiya siyasətinin təməlində, digər dövlətlərə təcavüz etmək və möhkəmlənmək dayanır. Əgər bu zaman Rusiya müqavimətlə qarşılaşırsa, sadəcə dayanaraq növbəti əlverişli fürsəti gözləyir."
İngiltərənin keçmiş Baş naziri Lord Palmerstonun bu fikirləri Beynəlxalq Araşdırma Asossasiyasının “Rusiyanın ABŞ-a qarşı mövcud təhdidləri” adlı araşdırmasında yer alıb.
Rusiyanın ənənəvi silah və müharibə taktikasının NATO-nun 29 avropalı üzv və tərəfdaşlarını birbaşa təhdid etdiyi qeyd edilən araşdırmada buna əsas səbəbi kimi, Rusiyanın beynəlxalq qaydalara əsasən hərəkət etməməsi və Avropada sabitlik və rifahı təşviq etməkdə maraqlı olmaması göstərilib: “Əslində, Rusiya Prezidenti Vladimir Putin 2014-cü ildə "Rusiya maraqlarına daha çox uyğun olan" yeni bir dünya düzənini inkişaf etdirməyə çalışdığını bildirdi. Və buna nail olmaq üçün Rusiyanın hərbi gücünü şiddətlə artırmaqda və modernləşdirməkdədir. Bu gün Rusiya çoxlu sayda silah və iki milyon nəfərlik ümumi hərbi gücə sahibdir. Bu hərbi potensialı yaratmaq və strateji olaraq yerləşdirilməkdə əsas məqsəd isə təhlükəni daha da artırmaqdır. Məsələn, Rusiya NATO üzvü Litva və Polşa ilə həmsərhəd olan Kalininqrad eksklavını yüksək dərəcədə hərbiləşdirib. Rusiyanın Baltik Donanmasının mənzil-qərargahı da məhz orada yerləşir. Nəticədə, Rusiya həmin ərazidəki NATO hərbi təyyarələri ilə gərginliyi yüksək tutaraq Baltik dənizi üzərində qəsdən təhdid yaratmış olur.”
Araşdırmada Rusiyanın həmçinin, ABŞ-a qarşı kiberhakerlik etməklə, dezinformasiya yaymaqla və digər yollarla böyük hibrid savaş açdığı qeyd edilib: “Moskva, birmənalı olaraq, dünyanın ən yaxşı haker supergücüdür. 2020-ci ildə Rusiyanın ABŞ-dakı seçkilərə kiberhücumunda əsas məqsədi əslində, nəticəni dəyişdirmək deyil, Amerika cəmiyyətində vətəndaşların seçki prosesinin şəffaflığına inamlarını sarsıtmaq idi. Və demək olar ki, Rusiya bu missiyanı böyük ölçüdə bacarmış oldu.”
Rusiyanın ABŞ-ın beynəlxalq maraqlarına qarşı təhlükə yaratdığı bildirilən araşdırmada buna misal olaraq Suriya, Liviya və İrandakı hadisələr xatırladılıb. Qeyd olunub ki, Liviyada ABŞ-ın maraqlarına uyğun olaraq 2020-ci ilin avqust ayından qalıcı atəşkəs tətbiq edilsə də, orada fəaliyyət göstərən rus muzdluları sabitliyi pozmaq üçün hər yola əl atırlar: “Rusiya və İran, ən azı Tehranın fikrincə, “bölgədəki müxtəlif strateji məsələlərdə eyni fikirləri” bölüşürlər. Rusiya BMT Təhlükəsizlik Şurasında İranı müdafiə edir və hər zaman İrana beynəlxalq sanksiyalardan yayınmağa kömək edir.“
Araşdırmada ABŞ-ın üzləşdiyi son və yeganə mövcud təhlükə olaraq nüvə təhlükəsi göstərilib: “Rusiya beynəlxalq nüvə ehtiyatının 45 faizindən çoxuna və ABŞ ərazisinə təxminən 30 dəqiqə ərzində nüvə zərbəsi endirilməsinə imkan verən sistemlərə sahibdir. Sualtı raketlərlə isə daha az vaxtda - 10-15 dəqiqə ərzində ABŞ-a zərbə endirə bilər. Rusiya nüvə potensialını inkişaf etdirməklə taktiki nüvə silahları ehtiyatını artırırmaqdadır. Lakin bu, Rusiyanın ABŞ-ı nüvə silahı ilə məhv etmək niyyətində olduğu demək deyil, sadəcə, böyük nüvə arsenalı təhlükəsini artırmaq üçün Moskvanın düşüncəsi və ambisiyasıdır. Bəli, təhdid realdır. ABŞ Rusiya təhdidinə ciddi yanaşmalı, müdafiəsini zəiflətməməli və təhdidlərə üç yolla cavab verməlidir:
- 1.NATO müttəfiqlərini və beynəlxalq tərəfdaşlarını dəstəkləməyə davam etməklə.
- 2.Gələcəkdə daha da artacaq olan Rusiyanın nüvə təhdidlərinə qarşı öz nüvə silahlarını gücləndirməklə.
- 3.Putinin etibarlı bir tərəfdaş olduğuna heç vaxt inanmamaqla.
Göründüyü kimi, Rusiya həmişə bir sonrakı əlverişli fürsəti gözləyir və bu fürsətçi düşüncə tərzi Moskvanın hərbi gücü ilə birləşərək ABŞ üçün çox real bir təhlükə yaradır.”
Paylaş:
Müəllif : Fuad
Tarix:28-04-2021, 18:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-04-2021, 18:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11