Qarabağda rus-fransız planına qarşı 2+2: - “Yaxın 5 ildə müharibə görməyəcəyik, ancaq...”
“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə də Ermənistanla imzalanan razılaşmaların həyata keçirilməsi və son proseslər çərçivəsində atıla biləcək ortaq addımlarla bağlı bir telefon danışığımız oldu”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib. Ərdoğan deyib ki, illərdir ki, çözümsüzlüyü çözüm kimi təqdim edənlərə ən gözəl cavabı Azərbaycanla birlikdə Qarabağda verdiyimizi bilirsiniz:
“Önümüzdəki günlərdə bu çərçivədə atacağımız addımları daha da konkretləşdirəcəyik”.
Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlamasında bildirib ki, Co Bayden haqsız, əsassız, həqiqətə uyğun olmayan ifadələrə yol verib:
“Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uymayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi”.
Ərdoğan deyib ki, Co Baydenin radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadəyə yol verdiyini düşünür:
“Bu vəziyyət ortaya çıxan mənzərənin iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hesab etmirik, amma əgər belə bir yarış keçirəcəklərsə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid toplu məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlar var. ABŞ və Avropa başda olmaqla bizə soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb”.
Ərdoğan deyib ki, erməni terror şəbəkələrini dəstəkləyən qüvvələr öz tarixlərindəki rüsvayçılığı ört-basdır etmək cəhdlərindədirlər: “Biz yenə də əvvəlki fikrimizdəyik. Tarixdəki hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox”.
Ərdoğan Azərbaycan rəhbərliyi ilə birgə atmağa hazırlaşdığı addımları açıqlamasa da, onun sözləri Türkiyənin yaxın perspektivdə regionda geosiyasi fəallığının artacağından xəbər verir. Son zamanlar ABŞ-ın və Rusiyanın Azərbaycana təzyiqlərinin artması Türkiyənin də regiondakı maraqlarına zərbə vurur. Ona görə də rəsmi Ankaranın Azərbaycanla birlikdə strateji əhəmiyyətli qərarlar qəbul edəcəyi gözlənilir.
Politoloq Fərrux Məmmədov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, ABŞ, Avropa Birlyi və Rusiya kimi Ermənistana havadarlıq edən dövlətlərin fəallaşması gözləniləndir. Bu baxımdan, Azərbaycana və Türkiyəyə qarşı diplomatik savaş hələ qabaqdadır:
“Döyüş meydanında əməliyyatlar Azərbaycanın qələbəsi ilə başa çatsa da, siyasi müstəvidə mübarizə hələ yekunlaşmayıb. ABŞ Prezidentinin “soyqırım” ifadəsini işlətməklə Avropa Birliyi ilə birgə erməniləri susdurmaq üçün bir gedişdir. Amerikadakı erməni diasporu və lobbisi seçki proseslərində müəyyən təsirə malikdir. Bu reallığı nəzərə alan Bayden bizim baxışımızdan yanlış olsa da, erməniləri əllərində saxlamağa hesabalanmış gediş etdi. Lakin ABŞ Prezidentinin bu addımı siyasi fəlakətlərə gətirib çıxara bilər. Çünki siyasi ritorika yanlış olduğu zaman BMT tərəfindən dövlətlərin ərazi bütövlüyü, suverenliyi və özünü qorumaq hüququnun tanınması hər bir ölkəyə ABŞ-a birbaşa olmasa da, dolayısı ilə cavab vermək imkanı yaradır. Azərbaycan və Türkiyə həmişə siyasi dialoqun və münaqişənin sülh yolu nilə həllinin tərəfdar olub. Lakin bunu qəbul etməyən düşmən sonda ən sərt şəkildə cavabını aldı. Buna baxmayaraq, Azərbaycan və Türkiyə növbəti təxribatlara hazır olmalıdır. Çünki Dağlıq Qarabağdakı “sülhməramlı” qüvvələrinin dəstəyi ilə erməni əsgərləri yenidən hazırlanır. Onlara Rusiya hərbi kontingenti tərəfindən silah və lojistik dəstək verilir. Bu da Rusiyanın Qarabağda qalıcı olmaq niyyətini nümayiş etdirir”.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Xankəndidə növəbti donmuş münaqişə yaradır:
“Bu proseslərdə Azərbaycan və Türkiyə birgə addımlar atmağa hazırlaşır. Prezident Ərdoğanın açıqlaması göstərir ki, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq daha yüksək səviyyəyə qalxacaq. Hesab edirəm ki, bu tərəfdaşlıq formatı İsrailin və Pakistanın cəlb olunması ilə “2+2” şəklində qurula bilər. Bu tərəfdaşlıq siyasi olmasa da, hərbi və strateji ola bilər. Çünki həm İsrail, həm də Pakistan dünya hərbi sənayesində güclü dövlətlərdir və Azərbaycanla müttəfiqlik əlaqələrinə malikdir. Lakin İsrail və Türkiyə arasında siyasi münasibətlər gərgin olaraq qalır. Ona görə də Azərbaycan bu iki dövlət arasında barışın əldə olunmasında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də istəyir ki, İsrail-Türkiyə münasibətləri yalnız bütün millətlərin dost kimi yaşadığı Azərbaycanda deyil, həm də digər regionlarda strateji ortaqlığa gətirib çıxartsın. Əgər İsrail Azərbaycan və Türkiyə ilə eyni mövqedə olarsa, böyük revanş əldə edə bilərik. ABŞ, Avropa Birliyi və Rusiya isə ermənilərin yekun silh prosesində ermənilərin maksimum daha çox hüquqa sahib olmasına çalışacaq. Yəni Dağlıq Qarabağın ermənilərə təslim edilməsini istəyirlər. Xüsusilə də Putinin və Makronun “Bu günlərdə Dağlıq Qarabağla bağlı açıqlama verəcəyik” açıqlaması da həmin ritorikanın çox təhlükəli həddə çatmasından xəbər verir və buna hazır olmaq lazımdır”.
Qeyd edək ki, ABŞ Prezidentinin qondarma erməni soyqırımını tanıması Paşinyan hakimiyyətinin timsalında Cənubi Qafqazda Rusiyaya qarşı yeni güc mərkəzinin formalaşdırmağa xidmət edən addım hesab edilir.
Ona görə də yaxın perspektivdə Rusiyanı Dağlıq Qarabağdan sıxışdırmasğa və bölgədə özünün nəzarət məntəqəsini yaratmağı planlaşdıran ABŞ-la Rusiya arasında siyasi qarşıdurmanın münaqişənin bərpasına gətirib çıxaracağına dair proqnozlar səslənir.
Fərrux Məmmədovun sözlərinə görə, Bayden administrasiyası Rusiyanın Dağlıq Qarabağdan çıxarılması üçün siyasi addımlar atacaq. Ağ Ev Qərbyönümlü Paşinyanı yenidən hakimiyyətə gətirməklə Rusiyanın Ermənistandakı “siyasi qanadını qırmağa” çalışır:
“Cənubi Qafqazda güclər balansı tamamilə məhv olub. Rusiyanın əlində cəmləşdirdiyi bu balans NATO üzvü olan Türkiyənin Qarabağa daxil olması ilə dəyişib. Putin hazırda qüvvələr nisbətini kiçik bir ərazidə öz nəzarətində saxlamaqdır. Yeni bir müharibənin başlaması mümkün deyil. Növbəti savaş hazırda ermənilərin yaşadığı Xankəndi, Ağdərə, Əskəran kimi əraziləri tamamilə itirməsi deməkdir. Nəticədə, Qarabağda erməni qalayacaq. Rusiya bunu yaxşı bilir. Ona görə də yaxın beş ildə bölgədə yeni savaş görməyəcəyik. Amma ermənilər Azərbaycana qarşı terror-diversiya əməliyyatları törədə bilər. Siyasi revanşın hərbi qarşıdurmadan daha ağır olacağını proqnozlaşdırmaq mümkündür. Çünki Makron və Putinin Qarabağ ssenarisini hazırlaması Azərbaycana güclü təzyiqlərin olacağını deməyə əsas verir. Türkiyə Prezideti Ərdoğanın da “Qardaşım Əliyevlə önümüzdəki günlərdə atacağımız addımları konkretləşdirəcəyik”deməsi də hazırlanan plana qarşı əks-əməliyyat tədbiri kimi qiymətləndirilə bilər. Azərbaycan bu prosesə siyasi masada güclü hazırlaşarsa, o zaman həmin plan fiaskoya uğrayar. Türkiyənin yaxın zamanda çox fəallaşmasının şahidi olacağıq. Eyni zamanda, İrana görə İsrail də Dağlıq Qarabağ məsələsinin həllində rol oynayacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-04-2021, 18:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-04-2021, 18:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01