“Vaşinqton gördü ki, Azərbaycan və Türkiyəni itirir, ona görə də...” - Ağ ev səhvini düzəltməyə çalışır
“Prezident Co Baydenin “erməni soyqırımı”nı tanınması hüquqi əsas yaratmayacaq”.
Cebhe.info xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi “Azadlıq” radiosuna müsahibəsində deyib.
Səfir “Baydenin bu ifadəni işlətməsi ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyə və ya Ermənistana münasibətində dəyişikliyə hüquqi əsas yaradacaqmı?” sualına cavabında bildirib k, “soyqırım” 1915-ci ildə olub: “Soyqırım haqqında Konvensiya isə 1951-ci ildə qəbul edilib. Hüquqi baxımdan Konvensiyanın geriyə qüvvəsi yoxdur”.
Türkiyə və ABŞ-ın münasibətlərinə gəlincə, səfir Ankaranın NATO üzrə vacib müttəfiqi olduğuna diqqəti çəkib: "Bayden administrasiyası bildirib ki, iki ölkə arasında ayrı-seçkiliyin aradan qaldırılması effektiv formada tənzimlənmlidir”.
ABŞ səfirinin bu açıqlaması ermənilərin son günlər uydurma soyqırımın reallaşması ilə bağlı illüziyaları puç edib. Əslində, rəsmi Vaşinqtonun belə mövqe sərgiləyəcəyi gözlənilən idi. Çünki erməni analitiklər özləri Prezident Baydenin açıqlamasının sadəcə bəyanatdan ibarət olduğunu, heç bir məcburi və ya hüquqi qüvvə daşımadığını etiraf etmişdilər. Erməni ekspert Ernest Vardayenyan Baydenin “soyqırım”ın tanınması barədə çıxışının heç bir hüquqi əsası olmadığını bildirib.
“Prezident Co Baydenin açıqlaması “soyqırım”ın hüquqi cəhətdən tanınması kimi təfsir edilə bilməz. Bəyanatla (Statement) qanuni akt sayılan Prezident Fərmanı (Order) qarışdırılmamalıdır. Dövlət tərəfindən qanuni tanınma Federal Qanundur. Bu günə qədər prezident administrasiyanın mövqeyini əks etdirən konkret açıqlaması var”,-deyə Vardayenyan yazır.
Ermənilər Baydenin ABŞ Senatının 2019-cu ildə qondarma erməni soyqırımını tanıyan qərarının icrasına dair sənədi imzalayacağına və Türkiyəyə qarşı təzminat davası açacaqlarına ümid edirdilər. Lakin Ağ Evin rəhbəri siyasi nitqində şifahi şəkildə “soyqırım” ifadəsini işlətməklə kifayətləndi. Bu isə heç bir hüquqi qüvvə daşımır. Yəni Prezidentin bəyanat şəklində çıxışı (Statement) məhkəmə qərarı deyil. Ona görə də məcburi qüvvəsi yoxdur.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Ronald Reyqan da 1984-cü ildə çıxışı zamanı “erməni soyqırımı” ifadəsini işlətmişdi. Ancaq bu da ermənilərin arzularının əksinıə olaraq, ümumi yanaşma idi və hüquqi mexanizmi mövcud deyildi. Ermənilər 1975-ci ildən bəri Senat tərəfindən tanınmış, amma prezidentlər tərəfindən icrasına veto qoyulan “soyqırım” haqqında qərara nəhayət Co Bayden tərəfindən icrasına imza atılacağına ümid edirdilər.
Buna baxmayaraq, ermənipərəst Bayden də ABŞ-ın strateji maraqlarını üstün tutaraq saxta soyqırımı sözdə tanımağa qərar verdi. Yəni Senatın qərarının tətbiqinə imza atmadı. Ardınca ABŞ-ın səfiri xanım Treysinin Baydenin çıxışının heç bir hüquqi qüvvəsi olmadığı barədə açıqlaması ermənilər arasında yaranmış siyasi coşqunun üzərinə “soyuq su səpib”.
Politoloq Tofiq Abbasov Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezident Baydenin “soyqırım” açıqlamasının emosional tərkibi çox güclüdür. Ona görə də ermənilər siyasi eyforiyaya qapılıblar. İdraka və məntiqə uyğun nüvəsi isə demək olar ki, yoxdur:
“Baydenin bəyanatından sonra Ermənistanda həm hakimiyyətdə, həm də müxalifətdə olan qüvvələr dedilər ki, “Nəhayət, ədalət zəfər çaldı”. Axı bu ədalət nədən ibarətdir? Baydenin sözü BMT Təhlükəsilik Şurasının qərarına bərabərdir? Onun hüquqi əsası var, yoxsa nəyisə dəyişə biləcək? Sadəcə olaraq, bəzi məsələlər şişirdilib. Burada ən çox uduzan da erməni xalqıdır, Ermənistandır. Çünki Ermənistan xalqını avantüra hesabına meydana çıxarıblar və oynadırlar. Bu, ona bənzəyir ki, fırıldaqçı ekstrasenslər seanslar verir, insanları aldadır, onların pulunu alır, bir yerə yığıb trans vəziyyətinə salır. İnsanlar da trans vəziyyətində ixtiyarını itirirlər. Yəni hipnoz vəziyyətinə düşür. Fırıldaqçıalar da insanları təsir altına salır və yanlış yollara yönəldir. Ermənistan xalqı da bu durumdadır. Onları kütləvi şəkildə transa salıblar. Bu prosesin iştirakçıları sırasında erməni diasporu da var. Onlar fırıldaqçılarla bir sıradadır. Diaspor nümayəndələri çalışırlar ki, Ermənistan xalqı oyanmasın və daim qəflət yuxusunda qalsın”.
Ekspert bildirib ki, Ermənistan xalqı üçün bir missiya biçilib:
“Bu missiya ondan ibarətdir ki, onlar daim qonşularla münaqişədə olsun, başı ayılmasın, heç bir inkişaf meyillərinə yaxınlaşmasınlar. Ermənistan xalqını aldadırlar ki, biz sizə pul verəcəyik, resursla təmin edəcəyik ki, siz bu qarşıdurmada duruş gətirə biləsiz. Halbuki, 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə onlara bu yoldan çəkilmək üçün bir şans verib. Artıq məğlub oldunuz, biabır oldunuz, heç olmasa indi inkişaf haqqında düşünün. Ona görə də burada heç nə baş verməyib. Ermənilərin dediyi o ədalət nədən ibarətdir? Amerikanın Ermənistandakı səfirinin açıqlaması reallığı əks etdirir”.
Tofiq Abbasov qeyd etdi ki, Prezident Bayden “soyqırım” ifadəsini işlətməklə sadəcə olaraq, seçkiqabağı ermənilərə verdiyi vədi yerinə yetirib. Amma onun bu gedişi Türkiyəni və Azərbaycanı itirmək riski yaratdı. Ona görə də Vaşinqton yol verdiyi səhvi düzəltməyə çalışır:
“Ermənilərdən ABŞ-a heç bir xeyir gəlməyəcək. ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi İrəvanda olsa da, Ermənistandan xeyir əldə etmir. Amerika Türkiyədən və Azərbaycandan xeyir götürür. Ona görə də ABŞ-ın bölgədəki strateji maraqları bu iki ölkə ilə bağlıdır. ABŞ Dövlət Departamenti bildirir ki, dərin riskə getmək olmaz. Əks halda, bu iki ölkəni itirə bilər. Öz mövqelərini itirməmək üçün ABŞ-ın siyasi istiblişmenti artıq hər şeyi əvvəlki qaydasına qaytarmağa cəhd göstərir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-04-2021, 15:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-04-2021, 15:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11