RUSİYANIN MƏKRLİ TƏLƏBLƏRİNƏ QARŞI BAKININ DİRƏNİŞİ... - Prezident İlham Əliyev Moskvanı niyə səmimi olmağa çağırdı?
"Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır...Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır..."
Dünən Prezident İlham Əliyevin dövlət televiziyasına müsahibəsində verdiyi mühüm mesajların içərsində bu sitat xüsusi ilə diqqət cəlb edir. Dövlət başçısı bununla Azərbaycanın açıq narazılığını birbaşa ünvanına çadırıb. Söhbət 44 günlük müharibədən sonra Dağlıq Qarabağda Azərbaycan cəmiyyətini ciddi narahat edən hadisələrdən gedir.
Konkret ifadə etsək, bölgədə Rusiya sülhməramlılarından gözlənilən fəaliyyət özünü doğrultmayıb. Kreml məqsədli şəkildə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, milli təhlükəsizliyinə qarşı addımlar atır.
Müharibədə darmadağın edilmiş separatçı rejimin qalıqlarını yenidən təşkilatlandırır, ermənilərin ərazilərə qayıdışını təşkil edir, habelə oradakı silahlı dəstələrin və Ermənistan ordsunun döyüş qabiliyyətini yenidən gücləndirməyə cəhd edir.
Prezident İlham Əliyev bu cəhdlərin bölgədə erməni faşizmini dirçəltməyə xidmət etdiyini vurğulayıb: "Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir".
Dövlətimizin baçəsı bu konteksdə Şuşaya ballsitik "İskəndər - M" operativ taktiki raketinin atılması faktını qabardır və izahat tələb edir. Çünki bu məsələ həm də Azərbaycan-Rusiya münasibətlərinin yenidən şəkilləndirə biləcək çox dəhşətli cinayət aktıdır. Sözügedən raketin tətbiq edilməsi Ermənistanın işi deyil və bu təkzibedilməz faktlarla sübut olunub.
Prezident də müsahibəsində onlara müraciət edir və Rusiyadan konkret izahat tələb edir: "“İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirib. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib".
Bunun ardınca ölkə başçısı müharibə dövründə Rusiyadan Ermənistana silah daşınmasının əksər iştirakçıları və mexanizmləri barədə müfəssəl məlumatlar açıqlayır. Və Rusiya qarşısında daha bir məsələ qaldırır ki, Kreml ən azı erməni oliqarxlarının cinayətkar fəaliyyətinə göz yumub.
Əlsində bu mesajda birbaşa ifadə edilir ki, Rusiya Moskvadakı erməni lobbisi ilə əlbir olaraq Ermənistanı silahlandırıb. Bu, Azərbaycanla tərəfaşlıq münasibətləri ilə daban-dabana zidd olmaqla yanaşı münaqişənin həllində Moskvanın tərəfsiz vasitəçi obrazını darmadağın edib: "Biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq".
Beləliklə, Azərbaycan atəşkəsdən 5 ay sonra ən yüksək səviyyədə Rusiyadan açıq narazılığınıbir daha ifadə edib.
Şübhəszi ki, bu narazılıq sözlə ifadə olunmaqla yekunlaşmayacaq, rəsmi Bakı Kremli Dağlıq Qarabağdakı təcəvüzkar hərəkətlərinə qarşı addımlar atmağa başlayacaq.
Bəs vəziyyətin bu səviyyədə mürəkkəbləşməsi Rusiya rəhbərliyinə niyə lazımdır?
Məntiqlə Kremlin regionda maraqları təmin olunub, Azərbaycan səbrlə 10 noyabr bəyanatının tam icra olunmasını gözləyir. Bu icraat məsələsi ilə isə Rusiyadan asılıdır.
Ancaq görünür, Kreml rəsmilərinin Bakıdan başqa gözləntiləri və tələbləri var. Onlar Dağlıq Qarabağda yerləşməklə kifayətlənməyib regionda hərbi-siyasi vəziyyətə tam nəzarət etmək üçün region ölkələrinin daxili və xarici siyasətlərinə müdaxilə etmək istəyirlər. Bu məqsədlə ardıcıl təzyiqlər və təxribatlar həyata keçirilir.Mayın 9-da Xankəndində qələbə paradının keçirilməsinə hazırlıq hələlik bu təxribatların sonuncusudur.
Rusiyanın tələblərinə gəldikdə, onları müxtəlif vaxtlarda bu və ya başqa siyasətçilərin, diplomatların dili ilə ifadə olunub.
Moskva Azərbaycandan 3 tələbinin yerinə yetirilməsini istəyir:
1. Qarabağdakı sülhməramlı kontingentə dövlətlərarası müqavilə ilə status verilməsi;
2. Azərbaycanın Moskvanın patronajlığı altında olan Avrasiya İttifaqına və Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması;
2. Türkiyə ilə güclənən hərbi-siyasi əlaqələrin məhdudlaşdırılması və ağırlığın Rusiya ilə münasibətələrə yönəldilməsi.
Rusiyanın həm imperiya maraqlarını qorumaq, həm də Qərbi sərhədlərindən uzaqda tutmaq üçün qonşu ölkələrinin özünün təsir dairəsində saxlamağa çalışır. Bu baxımdan Cənubi Qafqaz ölkələrində gedən proseslərdən ciddi narahatdır. Beləı ki, Gürcüstan NATO-ya can atır, Ermənistanda qərbyönlü siyasi qüvvələr əhali tərəfindən dəstəklənir, Azərbaycanda isə cəmiyyətin böyük əksəriyyəti Rusiyayas nifrət edir, Türkiyə və Qərblə strateji tərəfdaşlığı məqbul sayır.
Bu şəraitdə Moskvanın regionda mövcudluğunu qorumaq üçün Cənubi Qafqaz ölkələrində müxtəlif adlar altında hərbi qüvvələrini yerləşdirməyə, onları öz nəzarətində olan təşkilatlara üzv etməyə çalışması, eləcədə bu ölkələrdəki “5-ci kalon” üzvlərini aktiv fəaliyyətə keçirməsi təəcüblü deyil.
Hazırda Rusiya sülhməramlılarının varlığı müddətlidir və o üçtərəfli siyasi bəyanat əsasında Dağlıq Qarabağa gətirilib. Bu bəyanat ölkə parlamentindən keçməyib, onun hüquqi əsasları yoxdur. Sadəcə Rusiya hərbi elementlərlə zəngin güclü siyasi təzyiqlə bu bəyanat əsasında ordusunu tələsik Qarabağda yerləşdirib. Kremldə bu kövrək sənədi mətnini özü yazdığı dövlətlərarası müqavilə ilə möhkəmləndirmək istəyir. Amma Azərbaycan bu məsələyə spektik yanaşır. Prezident İlham Əliyev bu barədə ADA-da kemirilən konfransda bildirmişdi ki, Ermənistanla sülhməramlıların olmadığı başqa sərhədyanı bölglərdə heç bir insident baş vermir. Yəni bu kontingent əslində Azərbaycana lazım deyil, Rusiyaya gərəkdir.
Azərbaycanı KTMT və Avrasiya İttifaqına qoşmaq ideyası isə yeni deyil. Moskva daim Bakını bu təşkilatlara qoşmağa çalışsa da səyləri nəticəsiz qalıb.
Əvvəla, Qarabağ problemi Azərbaycanı Ermənistanla bir təşkilatda təmsil olunmasına imkan verməyib.
İkincisi, Azərbaycan balanslı xarici siyasət yeridərək həm də Qərblə güclü iqtisadi, siyasi əlaqələr saxlayır. Kremlin siyasi nüfuz dairəsində olmaq, Bakının müstəqil xarici siyasətini əngəlləyə bilərdi. Odur ki, Rusiyanın köləsi olan “5-ci kalon” üzvlərindən başqa heç kim bu təşkilatlara müsbət yanaşmayıb.
İndi Moskvada hesab edirlər ki, 44 günlük müharibədən sonra yeni konfiqurasiya yaranıb. Azərbaycan Ermənistanla kommunikasiyaları açıb regional əməkdaşlığa razıdırsa, məntiqlə Avrasiya İttifaqı və KTMT-yə də inteqrasiya edə bilər.
Amma bu məsələ Rəsmi Bakının maraqlarına cavab vermir. Hazırda yürüdülən xarici siyasətin başlıca prioriteti strateji müttəfiq Türkiyə ilə hərbi, siyasi, iqtisadi. humanitar əlaqələrin gücləndirilməsidir. Kremlin gizli və açkar narazılıqlarına baxmayaraq, rəsmi Bakı inamla bütün platformalarda Ankara ilə uzlaşdırılmış siyasət yürüdür.
Azərbaycan ordusu Moskvanın agentura şəbəkəsindən, Sovet hərbi məktəbinin yetirmələrindən təmizlənir. Onları ölkənin ali məktəblərində və Türkiyənin təhsil ocaqlarında yetişdirilən bacarıqlı kadrlar əvəzlyir. Habelə ordunun təchizatı müasirləşdirilir, Rusiyanın heç nəyə yaramayan hərbi texnikasından, silahlarından imtina olunur. Onun yerinə Türkiyə və İsrail kimi müttəfiq ölkələrin ərbi sənaye kompleksinin istehsalı olan, dünyaca məşhur yeni nəsil silahlar alınır.
Ölkənin siyasi müstəvisinin də Rusiyanın köləsi olan “5-ci kalon”un təmsilçilərindən təmizlənməsi istiqamətində inamlı addımlar atılır. Türkiyə ilə iqtisadi vəı humanitar əlaqələr də gücləndirilir və sair.
Həyata keçirilən siyasi kurs və Prezidentin dünənki mesajları ondan xəbər verir ki, rəsmi Bakı heç bir halda Rusiyanın yuxarıda qeyd olunan 3 tələbi ilə razılaşmayacaq. Çünki bu tələblər ölkənin milli təhlükəszilik maraqları, gələcəyinə qarşı məkirli cəhdlərdir.
İlham Əliyev Rusiyanı bundan əl çəkməyə və dostluğa, tərəfdaş kimi səmimiyyətə dəvət edir.
Bununla yanaşı regionda Azərbaycanın hədəflərini də açıqlayır: "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır..."
"AzPolitika.info"
Paylaş:
Müəllif : Yazar
Tarix:22-04-2021, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-04-2021, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11