“Harada görülüb ki, dənizə nümayəndə təyin edilə?” – Putinin Xəzərə "əl qoyması" hüquq pozuntusudr
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Xəzər üzrə yeni nümayəndə təyin edib. Belə ki, Putinin sərəncamı ilə İqor Bratçikov nümayəndə vəzifəsindən azad edilib. Onun yerinə Mixail Petrakov təyinat alıb.
Maraqlıdır, sözgedən dəyişiklik özündə nəyi ehtiva edir? Ümumiyyətlə, Rusiyanın Xəzərdə xüsusi nümayəndəlik yaratması nə dəcədə qanunidir?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Cümşid Nuriyev Xəzər üzrə nümayəndə təyin olunmasının beynəlxalq hüquqa zidd olduğunu bildirib:
"Putin hüquq üzrə mütəxəssis və hüquqşünasdır. Lakin bir tərəfdən də özü beynəlxalq hüququ pozur. Daxili dənizlər haqqında beynəlxalq konvensiyaya görə dəniz əgər ölkənin içindədirsə, bu ölkə o zaman həmin dənizə sahiblənmək hüququna sahibdir, yəni həmin ərazi üzrə göstərişlər verə bilər. Xəzər dənizi daxili dəniz olsa belə bu 5 dövlətin səlahiyyətindədir. Belə bir şəraitdə Putinin buraya xüsusi nümayəndə təyin etməsi beynəlxalq hüquqa ziddir. Digər tərəfdən isə bu, Azərbaycana bir mesajdır. Xəzərin təxminən 1/5-i Rusiyanın nəzarətindədir. Belə bir şəraitdə onun buraya xüsusi nümayəndə təyin etməyə nə ixtiyarı var?!”
Ekspert hesab edir ki, bunu həm də rəsmi Bakıya verilən mesaj kimi dəyərləndirmək olar: ”O Azərbayana mesaj verir ki, burada hərbi qüvvələr olacaq. Bu hərbi qüvvələr Putinin istədiyi vaxt problemi olan ölkələrə təzyiq göstərə biləcək. Lakin əsas hədəf Azərbaycana yönəldilib. Çünki Azərbaycan onların prizması ilə baxsaq, bəzi məsələlərdə "cığallıq” edir, Rusiyanın planlarını pozur. Sözgedən addım Azərbaycana cəza kəsmək məqsədilə ortaya atılıb".
Müsahibimiz Rusiyanın Xəzər üzrə nümayəndə təyin etməsini yenidən SSRİ-nin yaradılmaq cəhdi ilə əlaqələndirib: "Bu məntiqlə gərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ətrafındakı dənizlər – Qara dəniz, Aralıq dənizi, Marmara dənizi üzrə nümayəndələr təyin edə. Harada görülüb ki, dənizə nümayəndə təyin edilə?! Əgər ölkənin dəniz qoşunları varsa, burada artıq komandan olur və bütün əmrləri o verir. Səhv etmirəmsə, Rusiyanı 12 dəniz əhatə edir. Bəs nə üçün o biri dənizlərə deyil, Xəzərə nümayəndə təyin edir? Görünən budur ki, Putinin əsas məqsədi SSRİ-ni yenidən formalaşdırmaq addımlarını sürətləndirməkdir.
Bir neçə gündən sonr Rusiya Belarusla birgə ittifaq formalaşdırmaq istəyir. Yəni, SSRİ-nin əsasını təşkil edəcək ittifaqın mesajı verilib. Ermənistan və Qırğızıstan kimi ölkələr artıq buna çoxdan hazırdır. Çalışacaqlar ki, həmin ittifaqa da Azərbaycanı daxil etsinlər. Bəlkə də Belarus prezidenti Azərbaycana gəldikdə o mesajla gəlmişdi. Hər halda bu konfidensial söhbət olduğu üçün məxfiliyi gözlənilir.
Lakin bütün hallarda 5 dövlətin sahili olan bir dənizə nümayəndə təyin etmək qanunsuz bir addımdır. Bu addımla nə qədər beynəlxalq çərçivələr varsa, hər biri bir kənara qoyulub".
Paylaş:
Müəllif : Yazar
Tarix:21-04-2021, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-04-2021, 15:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti