İmamoğlu Dəmirtaş ilə Öcalandan DANIŞDI - "BU QƏDƏR TƏCRİD ETMƏK OLMAZ..."
CHP partiyasının İstanbulun bələdiyyi sədrliyinə namizədi Əkrəm İmamoğlu dünən axşam iştirak elədiyi televiziya proqramında PKK terrorçularının həbsdə olan rəhbəri Abdullah Öcalan ilə terror təşkilatını dəstəkləmək cinayətinə görə həbs edilmiş keçmiş HDP həmsədri Səlahəddin Dəmirtaşa münasibətini bildirib.
“Habertürk” kanalının “Türkiyənin nəbzi” verilişində iştirak edən İmamoğlu qatil Öcalanın mayın 2-dən sonra yenidən 26 may tarixində vəkilləri ilə görüməsi məsələsi ilə bağlı deyib: “Təbii ki, vəkilləri ilə görüşə bilər. Hüquqlarını müdafiə edənlərlə görüşməsi qədər təbii bir şey ola bilməz. Bu qədər təcrid eləməklə heç kimə ədalətli olduğumuzu söyləyə bilmərik”.
Dəmirtaşla bağlı açıqlamasında isə İmamoğlu bunları söyləyib: “Dəmirtaşı yaxından izləyən bir adamam. Təqdir etdim".
Verilişdə “Sözçü” qəzetinin əməkdaşı Deniz Zeyrek İmamoğluna belə bir sual verib: "HDP seçiçiləri ilə təmasdayam. Onlardan bunu eşitdim: “Qərarıma Dəmirtaşın “tvit”i təsir göstərdi”. Siz Dəmirtaş ilə bağlı açıqlama vermisiniz. O da qarşılıq verib. Bu məsələ ilə bağlı mövqeyinizdə dəyişiklik varmı?”
İmamoğlu cavabında söyləyib: “Mən düşüncəsini zamana, səsə görə dəyişən adam deyiləm. Olmayacağam da. Dəmirtaşı yaxından təqib edən biriyəm. Şəxsən tanış olmamışıq, kaş ki, olardıq. Ölkənin ehtiyac duyduğu bir dillə prosesi istiqamətləndirdi. Təqdir elədim. Bu metodunu bəyənirəm”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-05-2019, 13:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-05-2019, 13:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11