Nazir müavini Bulqakov Xankəndinə hansı yolla və razılıq alaraqmı gəlib? - NƏ BAŞ VERİR?
İki gün əvvəl Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndinə gəlib. Nazir müavini Azərbaycan şəhərində 250 nəfərlik növbəti blok-modul tipli şəhərciyin açılış mərasimində iştirak edib. Məlumatda deyilir ki, aprelin sonunda Qarabağda Rusiya sülhməramlıları üçün səyyar hospital qurulacaq. Hətta bununla bağlı Rusiya telekanalları geniş süjet təqdim ediblər, modul tipli şəhərcikdə hərbçilərin şəraiti, yeməkxanası göstərilib. Yeri gəlmişkən, hərbçilərə yemək bişirənlər arasında ermənilər də var.
Bulqakovun sözlərinə görə, yaxın gələcəkdə Laçın və Şuşa da daxil olmaqla, müxtəlif yaşayış məntəqələrində bir o qədər daha şəhərcik salınacaq. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Amma Azərbaycan Müdafiə Nazirliyi Bulqakovun Xankəndi səfəri ilə bağlı açıqlama yaymayıb. Nazir müavininin hansı yolla Xankəndinə gəldiyi isə məlum deyil. Onun Gəncəyə, oradan isə Xankəndinə səfər etməsi, yaxud Bakıda olub-olmaması, ümumiyyətlə, hərəkət trayektoriyası haqda informasiya yoxdur. Niyə Azərbaycan Xarici İşlər Nazirliyi və ya Müdafiə Nazirliyi səfərlə bağlı məlumat yaymır?
Üstəlik, Rusiyanın Şuşada da sülhməramlılar üçün şəhərcik tikəcəyi nə deməkdir? Buna aydınlıq gətirilməlidir. Çünki Şuşa ətrafında sülhməramlılar olsa da, şəhərdə onlara ehtiyac yoxdur. Ümumiyyətlə, bu davranışlar, səfərlər sülhməramlıların statusunun razılaşdırılmasının sürətlənməsini tələb edir. Çünki Rusiyanın bəzi rəsmiləri və sülhməramlıları Dağlıq Qarabağı ayırırlar və özlərini az qala həmin ərazilərin sahibi kimi aparırlar.
“Rusiya 10 noyabr bəyanatından sonra Azərbaycana qoşunla gəldiyi gündən o fikirdəyəm ki, onlar mahiyyət etibarı ilə işğalçı qüvvədir və özlərini belə də aparacaqlar. Unutmamalıyıq ki, Azərbaycanın əzəli torpaqlarına erməniləri köçürən də, bu münaqişəni yaradan və bizimlə müharibəni aparan da Rusiya olub. Sadəcə, Ermənistan və Qarabağdakı separatçı rejim Rusiyanın ”vəkili" kimi çıxış edirdi və indi bu “vəkillər” yoxdur, özü var" - Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Bulqakovun Xankəndi səfərini “Yeni Müsavat”a belə şərh etdi.
Onun sözlərinə görə, üçtərəfli bəyanatı ilk gün dəyərləndirənlərdən biri olub və zənnincə, Qarabağ məsələsində sıfır nöqtəsinə qayıtmışıq. S.Əkbər hesab edir ki, Rusiya üçün “dqr” qalır: “Onlar üçün bu qondarma respublika yaşayır. Rus qoşunları sovet vaxtı olduğu kimi yenə oradadır və bundan istifadə edərək həm Azərbaycana, həm Ermənistana təzyiq rıçaqı kimi istifadə edir. Sadəcə, əvvəl çar Rusiyası idi, sonra sovet Rusiyası, indi Putin Rusiyasıdır və onların imperiya mahiyyəti dəyişməyib. Nə qədər Rusiyada xalq hakimiyyəti qurulmayıb, Azərbaycana münasibət dəyişməyəcək”. Partiya sədrinin fikrincə, Dağlıq Qarabağın statusu məsələsi gələcəkdə təkcə Rusiya yox, ABŞ və Rusiya tərəfindən də qaldırılacaq.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, rus general açılışda bunları deyib: “25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq, hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək. O da vurğulanıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə keçmiş Dağlıq Qarabağda səyyar xəstəxana tikilir. Rusiya müdafiə nazirinin müavini Xankəndinə gəlməzdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarı ilə görüşməli və Xankəndinə səfərinin məqsədini bəyan etməli idi”.
Ekspertin dediyinə görə, o da izah olunmalı idi ki, 10 noyabr bəyanatında rusiyalı hərbçilərin Qarabağda sayı 1960 nəfər göstərildiyi halda, Qarabağda hərbi şəhərciklərin sayı niyə artır: “Normalda rusiyalı general Xankəndində açılışlar edərkən yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi”.
Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya tərəfi məhz Azərbaycanın razılığı ilə burada sülhməramlı missiyada iştirak edir: “Amma elə bir siyasət ortaya qoyur ki, Qarabağ fəaliyyətində müstəqil siyasət aparır. İlk növbədə Rusiyanın burada atdığı addımlar Azərbaycanla razılaşdırılmalıdır. Bulqakovun xüsusi missiyası prosesləri qızışdırmaqdan ibarətdir”.
Politoloq İlqar Vəlizadənin teleqraf.com-a bildirdiyinə görə, əgər o, Xankəndinə gəlirsə, demək ki, razılıq var: “Ola bilər ki, Bulqakov Xankəndindən sonra Monitorinq Mərkəzinə də baş çəkib, oradakı proseslərlə maraqlanıb. Bu, normal haldır, ajiotaj yaratmaq düzgün olmazdı. Əgər o, Xankəndinə rəsmi icazə olmadan gəlsəydi, o zaman Azərbaycan Xarici İşlər Nazirliyi nota verməli olacaqdı. Madam ki, bu, belə deyil, demək, bu, razılaşdırılmış səfərdir”.
Onun fikrincə, əgər onlar bölgəyə daimi əsaslarla gəlsəydilər, yəqin ki, şəhərcik salardılar, ailələri ilə birlikdə orada yerləşərdilər: “Hər halda, Rusiyanın hərbi bazasının olduğu Gümrüdə elədir. Amma biz burada modul tipli yaşayış məntəqələrindən danışırıq. Yəni sabah lazım olmasalar, özləri ilə apara bilərlər.
Bu da o deməkdir ki, Rusiya sülhməramlıları bölgəyə müvəqqəti əsaslarla gəliblər. Erməni mətbuatı isə çaşdırıcı məlumatlar yayır. Nəticədə bizdə də elə fikir formalaşır ki, onlar bölgəyə daimi gəliblər. Bu, ermənilərin istəyidir, bundan siyasi məqsədləri üçün istifadə edirlər. Əlbəttə, Ermənistan tərəfi çalışır ki, Rusiya sülhməramlıları bölgədə daimi qalsınlar. Bu, belə olmamalıdır. Çünki sülhməramlıların harada fəaliyyət göstərməsindən asılı olmayaraq, bu, müvəqqəti xarakter daşıyır. Əsas məqsəd və ya planlar sülhməramlıların üzərində qurulmur. Planlar sülh prosesinin inkişafı üzərində qurulmalıdır".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:2-04-2021, 09:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-04-2021, 09:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11